Həkimlərdən xəbərdarlıq: “Saat 11-dən 17-dək açıq havada qalmayın”
Bununla da, yay mövsümü başlayandan günvurma diaqnozu ilə stansiyaya müraciət edənlərin sayı 43-ə çatıb. Bu haqda APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib. Onun sözlərinə görə, son müraciət edən 5 nəfərdən 2-si xəstəxanaya yerləşdirilib, 3-nə isə tibbi yardım göstərilib və evə buraxılıb: “Ümumiyyətlə, indiyədək günvurma ilə bağlı bizə müraciət edənlərdən 14 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları isə tibbi yardım göstərildikdən sonra evə göndərilib”.
M. Həmidov bildirib ki, günvurma hadisələrindən yalnız 4-ü çimərliklərdə baş verib. Qalan 39 hadisənin şəhərdə, açıq havada qeydə alındığını deyən baş həkim əhaliyə müraciət edib: “Günvurma ilə bizə müraciət edənlərin çoxu gənclərdir. Bir daha əhaliyə xəbərdarlıq edirik ki, hərarətin yüksək olduğu saatlarda, saat 11-dən 17-dək açıq havada olmasınlar. Kənd təsərrüfatı, tikinti, kommunikasiya və digər sahələrdə çalışanların işi vacibdirsə, heç olmasa, bunu kölgədə etsinlər”.

489