«Forbes»in siyahısına düşmüş milyarderlərin kəndindən reportaj
«Bax, bura bizim redaksiyadır. Azərbaycanda hansı kəndin qəzeti var? Amma bizim «Birlik-Edinstvo» qəzetimiz var. Özü də iki dildə çıxır; rus və azərbaycan dillərində».
Qırmızı Qəsəbəyə səfərimizi elə həmkarlarımızla görüşdən başlamağımız da təsadüfi deyildi. Qəsəbənin necə deyərlər, «kruq»unda rastlaşdığımız Nəcəfqulu Nəcəfov (qəzetin baş redaktoru) və qəsəbə üzrə icra nümayəndəsi Pisax İsakovla ilk öncə elə redaksiyaya üz tuturuq.
Azərbaycanda yeganə kənd qəzeti
«Birlik-Edinstvo» qəzetinin redaksiyası üç otaqdan ibarətdir. 7 işçisi var. Qəzet həftədə bir dəfə işıq üzü görür, özü də dörd rəngdə çap olunur. Həm keyfiyyətli çapına, həm texniki vəsaitlərinə görə, Bakıda nəşr olunan əksər qəzet qibtə edə bilər. Bakıda çıxan bir xeyli həftəlik qəzetin saytı olmadığı halda, bu kənd qəzetinin saytı da var və mütəmadi olaraq yenilir. Saytın niyə stmegi.com adlandırıldığını soruşuruq. Nəcəfqulu müəllim deyir ki, mərkəzi qərargahı Moskvada yerləşən STMEGİ adlı fond var. STMEGİ əslən bizim kənddən olan Zaxarayev qardaşlarının adlarının baş hərfindən götürülüb.
«Solomon, Telman, Maksim, Eduard, German və İsay qardaşları xeyriyyəçiliklə məşğuldurlar. Təsəvvür edin, bizim bu qəzet pulsuz yayılır. Özü də təkcə Qubada yox ha, Rusiyada, İsraildə, ABŞ-da. Hələ qəzetimizin əlavəsi, ildə 4 dəfə nəşr olunan «Qudyal» adlı jurnalımız da var. Sizə bir əhvalat danışım. Bir dəfə icra başçımız Almaniyaya getmişdi. Qayıdanda sonra məni çağırıb dedi ki, mənə bir hədiyyəsi var. Çaşıb qaldım, axı nə hədiyyə? Solun üstündəki «Qudyal» jurnalını göstərib dedi ki, Almaniyada aeroportda görüb. Deyirsən, qəzetdə nələr yazırıq? Hər şeydən. Respublikada baş verənlərdən tutmuş, kəndin həyatında baş verənlərədək» deyir Nəcəfqulu müəllim.
Şənbə günü sinaqoqun şəklini çəkmək qəti qadağandır
Redaksiyadan çıxıb kəndi gəzirik. Hə, kəndə isə söz ola bilməz. Tam ciddi deyirəm, Qudyal çayın sahilində yerləşmiş Qırmızı Qəsəbədə tikilən evlərin möhtəşəmliyinə bizim İnqilab küçəsi həsəd apara bilər. Küçələr səliqəli və ən əsası təmizdir. Deyilənə görə, sovetlər dönəmində kənddə yeddi mindən çox yəhudi yaşayıb. Amma Sovetlər Birliyi dağılandan sonra əhali xeyli azalıb. İndi təxminən 4 minə yaxın əhali yaşayır.
«Çoxu hələ 70-ci illərdə İsrailə, Amerikaya, Rusiyaya köçdü. SSRİ dağılandan sonra da köçənlər oldu. Amma maraqlısı odur ki, qayıdanlar da var. Çoxu da ahıllardır. Qayıdırlar ki, ömürlərinin son günlərini kənddə keçirsinlər» deyir Pisax müəllim.
Qəsəbədə vaxtı ilə 13 sinaqoq olub. Sovetlər dönəmində onlar müxtəlif təyinatlara uyğun fəaliyyət göstərib. Biri anbara çevrilib. Biri kluba, digəri başqa şeyə. Amma hazırda iki sinaqoq fəaliyyət göstərir. Biz həmin sinaqoqlardan birinə yaxınlaşıb ora yığışanlarla salamlaşırıq. Sinaqoqun şəklini çəkməyə icazə istəyirik. Binanı çəkib içəri keçib orda da çəkiliş aparmaq niyyətimiz isə puç olur. Məlum olur ki, qəti qadağandır. «Şənbə günü olduğu üçün icazə verilmir. Bu gün sizdə cümə günü olduğu kimi bizdə də müqəddəs gün hesab olunur. Ənənələrə görə olmaz. Məsələn, sabah və ya birinci gün gəlsəz, heç bir problem yoxdur» deyir yaşlı bir yəhudi.
Qırmızı Qəsəbədə dilənmək olmaz
Burdakı sinaqoqlarda da nəzir qutuları var. Və bu qutuların necə deyərlər idarə olunması həddən artıq şəffafdır. Qutu xüsusi komissiya tərəfindən açılır və yığılan vəsait kasıb, imkansız adamlar arasında bölüşdürülür. Qubanın digər küçələrində gördüyümüzdən fərqli olaraq, burda dilənçilərə rast gəlmək mümkün deyil. Əvvəla İudaizm də dilənmək çox böyük günah sayılır. İkincisi isə məşhur lətifədə deyildiyi kimi kasıb yəhudi olmur.
İcra nümayəndəsi Pisax müəllim deyir ki, onların da əsas məşğuliyyəti kənd təsərrüfatıdır: «Hamı kimi biz də pay torpaqları almışıq. Dolanışığımız da əsasən torpaqdan çıxır. Bir də Rusiyada, Amerikada, İsraildə işləyənlərimiz var. Onlar da kömək edirlər. Biri elə bayaq adını çəkdiyimiz STMEGİ fondu və ya başqa imkanlı adamlarımız».
Çəkməçinin milyarder oğlu
Qubanın bu kəndindən Moskvada, İsraildə, ABŞ-da yaşayan xeyli iş adamı var. Deyilənə görə, ildə ən azı iki-üç dəfə kəndə gəlir, camaatın problemləri ilə maraqlanır, həllinə kömək edirlər. Yeri gəlmişkən, bu unikal kənd haqda unikal fakt: Qırmızı Qəsəbədən çıxmış üç milyarderin - İliyev, Bunyaminov və Nisanovun adı məşhur «Forbes» jurnalına düşüb.
«Onlar hər şeyi öz bacarıqları hesabına əldə ediblər. Hamısı sadə ailələrdən çıxıb, zəhmətkeş uşaqlar olublar. Zarax İliyevə özüm dərs demişəm. Demirəm, lap belə əla oxuyurdu, amma hələ uşaqlıqdan öz fərasəti ilə seçilirdi. Bilirdim ki, ondan nəsə çıxacaq» deyir Pisax İsakov.
Kənd sakinlərinin dediyinə görə, Zaraxın atası ayaqqabı ustası olub. Övladlarını da uşaqlıqdan sənətə öyrədib. «Elə Zaraxın özü yaxşı papaq tikirmiş. Məktəbi bitirəndən sonra əksər yəhudi gənclər kimi o, da Moskvaya gedib özünü biznesdə sınamağa başlayır. Əvvəlcə Azərbaycandan Moskvaya konyak aparıb satırmış.
«Bir qədər pul qazanandan sonra iri bazarlarda konteynerlər alır. Hətta bir dəfə hansı bazardasa kiməsə borcu yaranır. Ona deyirlər ki, borcu qaytarmasa, həmin bazardakı konteynerlər əlindən alınacaq. Amma Zarax yerlilərindən pul götürüb həmin borcu qaytarır. Taleyin işinə bax ki, bir neçə ildən sonra həmin bazar bütünlükdə Zaraxın olur. Bazarın o vaxtkı sahibi isə sonradan Zaraxdan konteyner icarəyə götürüb işlədirmiş» deyir sakinlərdən biri.
Bunyaminov İbrahim Tatlısəsi Qırmızı Qəsəbəyə gətiribmiş
Elə 2 milyard dollar varidatla «Forbes»in siyahısına düşmüş Qod Nisanov da onun kimi. Bakıda texnikumu bitirən Nisanov da Moskvaya həmyerlilərinin yanına gedib ticarətlə məşğul olur. Artıq 25 yaşında o, Rusiyanın tanımış iş adamlarından biri kimi tanınırdı. Bunyanimov isə bütün xeyriyyə işləri bir yana Qırmızı Qəsəbəyə İbrahim Tatlısəsi belə gətirib: «Biz yəhudilərdə bir ənənə var. Uşaq 13 yaşını tamamlayan gün xüsusi mərasim düzənlənir. Bu mərasim uşağın yeniyetməlik dövrünə çatması ilə bağlıdır və həmin gün çox müqəddəs hesab olunur, böyük təntənə ilə qeyd olunur. Bunyaminov oğlunun həmin mərasiminə İbrahimi xüsusi təyyarə ilə gətirtmişdi. Bax, gördüyün bu «Prinsses» şadlıq sarayında oxudu. Elə həmin gün axşamı da geri qayıtdı. Bu kəndə Əmrah da gəlib. Amma o bir az özünü dartan idi, İbo kimi deyildi».
Kənd sakinləri onu da deyirlər ki, bir çox məşhur da burda olublar. Məsələn Soso Paviaşvili, Sofiya Rotaru, hətta Primakov belə. Maraqlıdır, adı çəkilənlərin hamısı sənətçidir, bəs Primakov kəndə niyə gəlibmiş? Kənd sakinləri deyir ki, sadəcə qonaq gəlmişdi, vəssalam.
Kəndin «şadxan»ı da var
Kənddə olduğumuz bir neçə saat ərzində maraqlıdır ki, küçədə qız-qadın gözə dəymədi. Bunu səbəbini soruşduqda məlum olur ki, yəhudi qızlar nadir hallarda küçəyə çıxarlar. Dükan-bazara getməkdən isə söhbət gedə bilməz. Kəndin maraqlı adətlərindən biri də odur ki, qızı oğlanın valideynləri bəyənib ona alırlar. Oğlanın da bununla razılaşmaqdan başqa əlacı qalmır. Bu kənddə boşanma az qala böyük faciə sayılır. Ümumiyyətlə, belə şeylər həddən artıq nadir hallarda baş verir.
Hə, bu məqamda Sava İxiilovdan söhbət açmamaq olmur. İndi soruşacaqsınız, kimdir axı bu Sava İxiilov. Sava dayı uzun illər kəndin poçtalyonu olub. Kəndi ev-ev tanıyırmış. Hətta o səviyyədə ki, məsələn, hansı evdə nə qədər adam yaşayır, onların neçəsi kişi və qadındır. Neçəsi subaydır. Sava dayıdan niyə söhbət açmağımızın səbəbi də məhz bu subaylıq məsələsidir. Məsələ ondadır ki, Sava dayı iudaizmdə «şadxan» adlı müqəddəs sayılan sənətin sahibidir. «Şadxan» obrazlı dildə desək, «elçigedən» deməkdir. Kənd sakinlərinin dediyinə görə, Sava dayının elçiliyindən sonra elə bir ailə olmayıb ki, dağılsın: «O, çox müdrik adamdır. Necə deyərlər, öz sənətinin mahir ustasıdır. Siz inanmazsınız, təkcə Qırmızı Qəsəbədə yox, dağ yəhudilərinin yaşadığı Dərbənddən, İsraildən, Moskvadan, hətta ABŞ-dan belə Sava dayını axtarırlar ki, məhz elçiliyi o, etsin».
Hazırda Sava dayı Moskvada yaşayır. Harada yaşamasından asılı olmayaraq, ona edilən müraciətlərə də həvəslə cavab verir.
Qırmızı rəngli Qırmızı Qəsəbə
Qırmızı Qəsəbədə əksər ev elə qırmızı rəngdədir. Və demək olar ki, bütün evlərin üzərində 6 guşəli ulduzlar həkk olunub. Kəndin əksər küçəsi burdan çıxmış tanınmış ziyalıların şərəfinə adlandırılıb. Amma mərkəzi küçə Fətəli xanın adını daşıyır. Pisax müəllim deyir ki, Fətəli xanın dövründə dağ yəhudilərinin təhlükəsiz yaşaması üçün çox işlər görülüb. Təhlükəsizlik demişkən, qəsəbədə əhalinin 90 faizi yəhudi olsa da, burda azərbaycanlılar və ləzgilər də yaşayır. Özü də heç bir milli ayrı-seçkilik salmadan. Nisim müəllim - yeri gəlmişkən, bu yəhudi xanəndə Qubaətrafı rayonlarda Azərbaycan muğamının məşhur bilicisi və ifaçısı kimi tanınır - deyir ki, 60 yaşı var, hələ qəsəbədə mili zəmində nəsə münaqişə olmasını görməyib.
“Olur ki, məsələn bir azərbaycanlı və yəhudi uşaq dalaşsın. Amma böyüklər arasında nəsə bir dava və ya hansısa iğtişaş ola bilməz. Qırmızı Qəsəbə dünyada yəhudilərlə müsəlmanların qonşuluqda yaşadığı ən sakit və təhlükəsiz məkandır» deyir Nisim müəllim.
MDB-də ilk unikal şadlıq sarayı da Qırmızı Qəsəbədə imiş
Qəsəbədə diqqətimizi çəkən möhtəşəm bir şadlıq sarayı oldu. Elə yuxarıda da adını çəkdiyimiz bu «Prisses» sarayı xaricdə yaşayan imkanlı yəhudilərin Qırmızı Qəsəbəyə hədiyyəsidir. Yeri gəlmişkən, Bakıda «Prisses» tipli bir şadlıq sarayı var, təəssüf ki adını xatırlamıram. Söhbət bəylə gəlinin maşınla birbaşa toy salonuna girməsidir. Sakinlərin dediyinə görə, bu tip şadlıq sarayı MDB məkanında ilk dəfə Qırmızı Qəsəbədə tikilib.
***
Bax belə! Qəbələnin Nic, İsmayıllının Lahıc kəndlərindən sonra YUNESKO-nun tarixi irsi qoruma siyahısına düşmüş üçüncü Azərbaycan kəndindən reportajımızı bitiririk. Nisim müəllimin dediyi kimi: dünyada yəhudilərlə müsəlmanların bir yerdə mehribancasına yaşadığı yeganə məkandan.
Səbuhi Məmmədli
Bakı-Qırmızı Qəsəbə-Bakı

1546