Metro vaqonlarına kamera quraşdırılması oktyabr ayınadək başa çatacaq
Bakı metropolitenində hərəkətdə olan vaqonlara təhlükəsizlik kameralarının qurulması oktyabr ayına qədər tam yekunlaşdırılacaq. Metropolitendən Lent.az-a verilən məlumata görə, artıq hərəkətdə olan vaqonların böyük bir hissəsində müşahidə kameralarının qurulması işləri başa çatıb. Lakin görüntünün hərəkət halında onlayn ötürülməsi zamanı sistemin proqram təminatında bəzi problemlər yarandığından işlərin iyul ayınadək başa çatdırılmasında ləngimələr olub. Sistemi quran Türkiyənin “Ekin” adlı şirkəti tərəfindən problem aradan qaldırılıb və testlər müsbət nəticələnib.
Hazırda Bakı Metropoliteninin inventarında olan digər vaqonlarda da kameraların qurulması ilə bağlı adıçəkilən şirkətlə danışıqlar davam etdirilir. Məlumat üçün bildirək ki, Türkiyə şirkəti metronun bütün stansiyaları və giriş tunellərində kameraların qurulmasını və proqram təminatını yaradıb.
Hərəkətdə olan vaqonlarda kameraların qurulması dünya tarixində ilk dəfədir həyata keçirilir. Bakı Metropoliteninin bu layihəsinin özəlliyi isə ondan ibarətdir ki, kameralar bir neçə kilometr deyil, bütün metro xətti boyunca görüntüləri real vaxt rejimində – onlayn olaraq mərkəzə ötürə bilir.
Kameraların inteqrasiyası başa çatandan sonra Metropolitendə kamera nəzarəti və təhlükəsizlik sistemləri ilə bilavasitə məşğul olan ayrıca strukturun yaradılması da nəzərdə tutulur.
Ramiz

610