Azərbaycan korrupsiya ilə mübarizədə 14 pillə irəliləyib
Lent.az-ın məlumatına görə, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib. O, iyulun 16-da bu gün rəhbərlik etdiyi qurumun son 6 aylıq fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin Azərbaycanın korrupsiya ilə bağlı beynəlxalq hesabatları axırıncı yerlərdə olması barədə sualını cavablandırıb.
K. Əliyev deyib ki, 2008-ci ildə Azərbaycanda hesabatlarda 158-ci yeri tutsa da, bu göstərici 2010-cu ildə 134-ə qədər irəliləyib. Həmçinin, ölkəmizin korrupsiya indeksi də 1,9-dan, 2,2-yə qalxıb.
Anar GƏRAYLI

512