TQDK və Odlar Yurdu Universiteti arasında qalmaqal
Bu ilin payızında rezidenturaya keçiriləcək imtahan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Odlar Yurdu Universitetini üz-üzə qoyub.
Odlar Yurdu Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Əhməd Vəliyev Lent.az-a verdiyi açıqlamasında TQDK sədri Məleykə Abbaszadənin bu gün rezidenturaya qəbulla bağlı səsləndirdiyi fikirlərə etiraz edib.
Qeyd edək ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə adını açıqlamadan özəl ali məktəblərdən birində fəaliyyət göstərən tibb fakültəsinin 24 tələbəsi ilə bağlı ona müraciət edildiyini bildirib. Məleykə Abbaszadə deyib ki, həmin tələbələrin rezidentura imtahanlarına buraxılmasına kömək edilməsi xahiş olunub. Ancaq araşdırmalar zamanı həmin tələbələrin yalnız 6-nın TQDK-nın 6 il əvvəl keçirdiyi imtahanın nəticəsinə uyğun olaraq həmin ali məktəbdəki tibb fakültəsinə qəbul edildiyi üzə çıxıb: “Digər 18 nəfərin həmin ali məktəbin tibb fakültəsinə necə qəbul olaraq, oxuduqları məlum deyil. Belə adamları nəinki xəstəxanaya buraxmaq olar, heç onların əlinə meyit də vermək olmaz. Sözsüz ki, mən bu xahişi qəbul etmədim. Onlar ona görə bu xahişi etmişdilər ki, mən Müdafiə Nazirliyinə müraciət edərək xahiş etmişdim ki, rezidentura imtahanlarında iştirak edəcək oğlan məzunlara sentyabrda keçiriləcək imtahana qədər möhlət verilsin. Çünki rezidenturaya imtahan sentyabr ayında keçiriləcək. Lakin qanunsuz yolla ali məktəbə qəbul olanların rezidentura imtahanlarına buraxılması müzakirə mövzusu ola bilməz”.
Lent.az araşdırma nəticəsində həmin ali məktəbin Odlar Yurdu Universiteti olduğunu üzə çıxarıb.
Əhməd Vəliyev Lent.az-a deyib ki, ali məktəblərə tələbə qəbulunun bir neçə forması var. Odlar Yurdu Universitetinin rektoru bildirib ki, 2004-cü ilə qədər bir qrup tələbə özəl universitetlərin özü tərəfindən aparılan qəbul nəticəsində ali məktəbə qəbul olub. 2004-cü ilə qədər Azərbaycanda özəl məktəblərin tələbə qəbulu aparmaq hüququ olub: “Ona görə də bu məsələdə TQDK heç nə deyə bilməz. Bu, Azərbaycanın keçmiş təhsil haqqında qanununun 21-ci maddəsində əksini tapmışdı. İstər Beynəlxalq Universitet, istər Müstəqil Azərbaycan Universiteti, istər Odlar Yurdu Universiteti, istər Xəzər Universiteti və başqa özəl ali məktəblər olsun, bu ali məktəblərə TQDK 5 tələbə göndərirdisə, bu özəl ali məktəblərin 10, lap 100 nəfəri özləri qəbul etmək hüquqları vardı. Rezidenturaya imtahan vermək istəyən tələbələrin bir qismi o xətlə gələnlərdir”.
O, tələbələrin bir təhsil müəssisəsindən digərinə köçürülmə qaydaları da var: “Mobillik məsələsi var, hazırda Baloniya prosesidir. İkinci qrup tələbələr o istiqamətdən gələ bilər. Yəni digər yerlərdə, istər xarici ölkələrin universitetlərindən, istər respublikanın digər universitetlərindən Odlar Yurdu Universitetinin tibb fakültəsinə köçürülə və oxuya bilər bilər”.
Əhməd Vəliyev məhkəmənin qərarı, yaxud Təhsil Nazirliyinin qərarı ilə bağlanan özəl ali məktəblərdən də Odlar Yurdu Universitetinə tələbə köçürüldüyünü də nəzərə çatdırıb. Bu sırada Rusiya ali məktəblərinin filialları və Azərbaycanda mövcud olmuş ali məktəblər var: “O tələbələrin sırasında elələri var ki, biz təhsillərini yalnız dövlət hesabına aparmışıq. Həmin ali məktəblər bağlandığı və imtahan keçirmək hüququ olmadığı üçün o tələbələrin dövlət imtahanlarını aparmışıq. Bir qrup tələbələr də oradan tibb fakültəsinə gəlib. Digər tərəfdən, tələbə var ki, 10 il əvvəl xaric olunub, sonra bərpa olunub. Qanuna görə tələbənin istənilən vaxt gəlib təhsilini davam etdirmək hüququ var. Yaxud tələbə xaricdə qəbul olub, sonra sənədlərini götürüb, gəlib Azərbaycanda istənilən bir təhsil müəssisəsinə bərpa olunub. Tələbənin belə bir hüququ var”.
Əhməd Vəliyev qeyd edib ki, TQDK deyir ki, 24 nəfər rezidenturaya sənəd verib, bir qismi TQDK-nın keçirdiyi test imtahanı yolu ilə qəbul olub: “Digər metodlarla ali məktəbə qəbul olanlarla bağlı qeyri-qanuni heç bir məqam ola bilməz. Çünki dövlətin bu istiqamətdə nəzarəti var və diplomu da Təhsil Nazirliyi tərəfdən dövlət verir. Əgər onların hər hansı birində qanun pozuntusu olsaydı, Təhsil Nazirliyi heç vaxt ona dövlət diplomu verməzdi. Məsələ bu cürdür”.
Əhməd Vəliyev vurğulayıb ki, əgər TQDK Odlar Yurdu Universitetinin tibb fakültəsinin məzunlarını rezidentura imtahanına buraxmayacaqsa, bu, həmin insanların hüquqlarını tapdalamaq deməkdir: “Hətta bizə bir məktub da gəlib. Yazıblar ki, TQDK-ya rezidentura ilə bağlı müraciət olunub, həmin tələbələr TQDK-nın keçirdiyi qəbul test imtahanında aşağı bal topladığına görə onların rezidenturaya imtahan vermələri məqsədə müvafiq deyil. Bu, düzgün deyil. Tələbə TQDK-nın imtahanı ilə aşağı balla Odlar Yurdu Universitetinə qəbul olubsa, onu rezidenturaya buraxmamaq nə dərəcədə qanuni ola bilər? Orta məktəbi “3”-lə qurtaran bir şagirdin ali təhsil müəssisəsinə sənəd vermək hüququ yoxdurmu ki!? Necə ola bilər ki, Azərbaycan Tibb Universitetini “3”-lə qurtaran sənəd verə bilər, Odlar Yurdu Universitetini “3”-lə qurtaran sənəd verə bilməz? Mülkiyyət formasından asılı olmayaraq, ali məktəblər eyni təhsil qanunu ilə fəaliyyət göstərir. Hansı balla qəbul olmağından, hansı balla qurtarmağından asılı olmayaraq, hər bir məzunun rezidentura imtahanında iştirak etmək hüququ var. Məzun öz biliyini imtahanda nümayiş etdirəcək. Zəifdirsə, bal yığa bilməyəcəksə, qəbul olmayacaq. Zəif deyilsə, yüksək nəticə göstərəcək. TQDK-nın qəbul imtahanı mürəkkəb bir prosesdir. Elə insan olub ki, 120 bal yığıb, sonra gəlib bizdə “5”-lə oxuyub. Belələri də var. Biz qəbul olanda da belə hallar vardı. Orta məktəbi qurtaranda zəif olub, ali məktəbə qəbul olandan sonra “5”-lə oxuyub, Bu, insanın zəhməti ilə bağlıdır. Mən təhsildə bu cür məhdudiyyət qoymağı məqsədə müvafiq hesab etmirəm. Orta məktəbi 3 və 5-lə qurtaranlar arasında bakalavr pilləsinə qəbulla bağlı fərq olmadığı, ali məktəbi aşağı qiymətlə və yuxarı qiymətlə qurtarmasından asılı olmayaraq bakalavrların magistraturaya sənəd vermələrinə imkan yaradıldığı kimi rezidenturaya imtahana da belə yanaşılmalıdır. Onların bilikləri TQDK-nın apardığı imtahan zamanı sübut olunacaq. Ola bilər ki, tələbə qiymətinə fikir verməyib, ancaq güclü mütaliə qabiliyyəti var. Universitetimizin tibb fakültəsinin tələbələri qanun-qayda ilə rezidentura imtahanlarına buraxılmalıdır. Qanunlar, əsasnamələr var, insanların haqlarını tapdamaq olmaz. Bu gün Odlar Yurdu Universitetinin tibb fakültəsində oxuyanlarla bağlı hər hansı bir qanun pozuntusu ola bilməz...”
Ramiz Mikayıloğlu

3959