Məleykə Abbaszadə: “Onların əlinə meyit də vermək olmaz...”
15 iyul 2011 13:13 (UTC +04:00)

Məleykə Abbaszadə: “Onların əlinə meyit də vermək olmaz...”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə özəl ali məktəblərdən birində fəaliyyət göstərən tibb fakültəsinin 24 tələbəsi ilə bağlı ona müraciət edildiyini bildirib.

Lent.az-ın verdiyi məlumata görə, Məleykə Abbaszadə deyib ki, həmin tələbələrin rezidentura imtahanlarına buraxılmasına kömək edilməsi xahiş olunub. Ancaq araşdırmalar zamanı həmin tələbələrin yalnız 6-nın TQDK-nın keçirdiyi imtahanın nəticəsinə uyğun olaraq həmin ali məktəbdəki tibb fakültəsinə qəbul edildiyi üzə çıxıb: “Digər 18 nəfərin həmin ali məktəbin tibb fakültəsinə necə qəbul olaraq, oxuduqları məlum deyil. Belə adamları nəinki xəstəxanaya buraxmaq olar, heç onların əlinə meyit də vermək olmaz. Sözsüz ki, mən bu xahişi qəbul etmədim. Onlar ona görə bu xahişi etmişdilər ki, mən Müdafiə Nazirliyinə müraciət edərək xahiş etmişdim ki, rezidentura imtahanlarında iştirak edəcək oğlan məzunlara sentyabrda keçiriləcək imtahana qədər möhlət verilsin. Çünki rezidenturaya imtahan sentyabr ayında keçiriləcək. Lakin qanunsuz yolla ali məktəbə qəbul olanların rezidentura imtahanlarına buraxılması müzakirə mövzusu ola bilməz”.


Qeyd edək ki, Məleykə Abbaszadə həmin özəl ali məktəbin adını açıqlamayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar