“I və III qruplarda 9800 abituriyent 100-dən aşağı bal toplayıb”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə III və I ixtisas qrupu üzrə ən çoxu 100 bal toplayan abituriyentlərin sayını açıqlayıb. Lent.az-ın məlumatına görə, M.Abbaszadə I qrupda 5506, III qrupda isə 4331 abituriyentin 0 – 100 bal arasında, yəni çox aşağı nəticə göstərdiyini deyib.
O, I və III qruplarda ümumilikdə 9800 nəfərdən çox abituriyentin 100 baladək nəticə göstərdiyini söyləyib. M.Abbaszadə onu da bildirib ki, bu il qızıl və gümüş medal alanların imtahanlarda nəticələri normaldır. TQDK sədri qeyd edib ki, I qrupa 8 qızıl və 3 gümüş medal alan abituriyent sənəd verib. Onlar imtahanda minimum 596, maksimum 694 bal yığıblar. III qrupa 7 qızıl, 3 gümüş medal alanlar sənəd verib. Gümüş medal almış 1 abituriyent naməlum səbəbdən imtahana gəlməyib. Qalanlarının minimal nəticəsi 492, maksimum 670 bal olub: “Qızıl və gümüş medal alan abituriyentlərin imtahanlarda yüksək nəticə göstərmələri camaatı sevindirir. Lakin bu, vitrindir. Söhbət ümumi mənzərədən gedir. Ümumi mənzərədə isə 0 – 100 bal alanların sayı çoxdur. Orta məktəbi bu il bitirib 0 – 100 bal toplamağı başa düşmək olmaz. Orta məktəbdə imtahan verərək attestat alan məzunların 0 – 100 bal toplaması çox ciddi problemdir. Qızıl və gümüş medal alanların yüksək nəticə göstərmələri bu sahədəki ümumi mənzərəni dəyişmir”.
Ramiz MİKAYILOĞLU

737