Sumqayıt Musiqi Kolleci akkreditasiyadan keçmədi
Bu gün Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi satına istinadən verdiyi məlumata görə, iclasda Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti, Bakı Texniki Kolleci və Sumqayıt Musiqi Kollecinin akkreditasiyası məsələsi müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası istiqamətində aparılmış işlərdən söz açıb və bu işin təhsil sahəsinin daha da inkişafına xidmət etdiyini qeyd edib. Misir Mərdanov eyni zamanda şuranın üzvlərinə öz tövsiyə və tapşırıqlarını da verib.
Sonra iclas iştirakçıları Akkreditasiya Şurasının ötən iclasında Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə dair dinlənilmiş arayışa və həmin vaxtdan keçmiş dövr ərzində qüsurların aradan qaldırılması istiqamətində görülmüş işlərə əsasən, bu təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsi barədə qərar qəbul edib. İclasda Bakı Texniki Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Texniki Universitetinin dosenti Həmidulla Məmmədov Bakı Texniki Kollecinin akkreditasiyadan keçirilməsinə dair müvafiq hesabat hazırlandığını və Təhsil Nazirliyinə təqdim edildiyini bildirib. Həmidulla Məmmədov qeyd edib ki, həmin hesabatı təhlil etmək, Akkreditasiya Şurasının müzakirəsinə çıxarmaq məqsədilə Təhsil Nazirliyinin əməkdaşlarından və ixtisaslar üzrə ekspertlərdən ibarət Akkreditasiya Komissiyası yaradılıb. Həmidulla Məmmədov kollecdə tədrisin təşkili vəziyyətinin təhlil edildiyini, mütəxəssis hazırlığının keyfiyyətini öyrənmək məqsədilə sonuncu kurs tələbələrinin bilik səviyyəsinin yoxlanıldığını diqqətə çatdırıb. Daha sonra çıxışında iclas iştirakçılarını bu yoxlamanın nəticələri ilə tanış edən komissiya sədri kollecdə təhsil alan tələbələr, müvafiq ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi, burada çalışan müəllimlərin sayı və yaş tərkibi, habelə Akkreditasiya Komissiyasının gəldiyi qənaət barədə məlumat verib.
Sumqayıt Musiqi Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Hicran Hacızadə çıxış edərək bu tədris ocağında müvafiq araşdırmalar aparıldığından, ixtisaslar üzrə hazırlığın vəziyyətindən söz açıb. Hicran Hacızadə kollecin tədris şəraitindən, maddi-texniki bazasından və burada çalışan pedaqoji heyətdən də bəhs edib. O, Akkreditasiya Komissiyasının Sumqayıt Musiqi Kollecində akkreditasiyaya təqdim olunmuş 7 ixtisas üzrə sonuncu kurs tələbələrinin bilik səviyyəsini yoxlamaq məqsədilə test tapşırıqlarından istifadə etdiyini bildirib, tələbələrin müvəffəqiyyət və keyfiyyət göstəriciləri ilə iştirakçıları tanış edib. H.Hacızadə həmçinin bu tədris ocağının 2006-cı ildə yaradılmış Ağcabədi şöbəsi barədə də məlumat verib. Sonra müzakirə olunan məsələlərlə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər bildirilib.
Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara müəyyən əlavə və dəyişikliklər edilməsini də tövsiyə edib. Sonda Akkreditasiya Şurası Bakı Texniki Kollecinin akkreditasiyadan keçməsi barədə müsbət qərar qəbul edib. Sumqayıt Musiqi Kolleci ilə bağlı isə vurğulanıb ki, kollecin maddi-texniki bazasında mövcud olan problemlər həll edildikdən sonra onun akkreditə olunması barədə konkret qərar qəbul etmək olar.
İclasda Akkreditasiya Şurasının üzvü, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov da iştirak edib.

2251