Mərasimlər və Şou-biznes haqqında qanun qəbul olunacaqmı?
14 iyul 2011 14:32 (UTC +04:00)

Mərasimlər və Şou-biznes haqqında qanun qəbul olunacaqmı?

Lent.az-ın məlumatına görə, bunu iyulun 14-də Milli Məclisin yaz sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin sualını cavablayan parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.


Milli Məclisin sədr müavini Bahar Muradova da “Mərasimlər haqqında” qanunun qəbulu ilə bağlı Nizami Cəfərovun fikirlərini dəstəkləyərək bildirib ki, bunlar əsrlər ərzində yaranmış ənənələrə görə yerinə yetirilir: “Bunlar bizim şüurumuzla, hər kəsin öz düşüncəsi ilə bağlı məsələlərdir. Ona görə də ictimaiyyət özü buna nəzarət etsə, daha səmərəli olar. Bəzən insanlar qanundan daha çox, ictimai qınaqdan çəkinir”.

Bahar Muradova mətbuatın da bu məsələlərin yoluna qoyulmasında mühüm rol oynamalı olduğunu vurğulayıb.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə bildirib ki, mərasimlərlə bağlı problemin iki tərəfi var; bir, mənəvi tərəfi, bir də hüquqi tərəfi: “Dövlətin borcudur ki, vəfat edənin basdırılması üçün yer ayırsın, sənədləşdirmə məsələlərini bürokratiyadan kənar həll etsin və s. Bu, eynilə şou-biznesə də aiddir. Təəssüf ki, şou-biznes də əksər hallarda hüquqi tərəfə riayət olunmur”.

Aparat rəhbəri bildirib ki, bu baxımdan qanunda müəyyən tənzimləmələr aparılmalıdır və Milli Məclis bu barədə düşünür.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821

Oxşar yazılar