Meteoroloqlardan xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tibbi meteoroloji proqnozu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur rejimi gözlənilsə də, bəzi saatlarda durğun hava səraiti ilə yanaşı nisbi rütubətin normadan bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
512