ARDNŞ-in strateji əhəmiyyətli obyektində xəbərdarlıq və toplanış məşqi keçirildi
İyulun 11-də Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncamına və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun illik Mülki Müdafiə üzrə tədbirlər planına müvafiq olaraq, ərazi Mülki Müdafiə qüvvələrinin birgə xəbərdarlıq və toplanış məşqi keçirilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqin keçirilməsində məqsəd, “Mülki müdafiə haqqında” qanununun tələblərinin yerinə yetirilməsi, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələrdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı Mülki Müdafiə qüvvələrinin hazırlığının, xəbərdarlıq sxemi üzrə hərəkətin , qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin operativ təşkilinin yoxlanılması olub.
Məşqdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 32 nəfərlik ərazi xilasetmə qüvvəsi və texnikası iştirak edib, onların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib. Məşqdə Nizami rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, digər müvafiq qurumlarının nümayəndələri və Heydər Əliyev adına BNEZ-nin Mülki müdafiə qərargahının əməkdaşları iştirak ediblər.
ARDNŞ-in Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ölkəmizin mühüm strateji əhəmiyyət kəsb edən obyektlərindən olduğu üçün burada rayon əhəmiyyətli mülki müdafiə tədbirlərinin keçirilməsi təqdirəlayiq haldır.

444