Cəmilə İsmayılova: “Atam mənəviyyat adamıdır” - LAYİHƏ - FOTO
Lent.az-ın “Yaxın adam” layihəsinin budəfəki qonağı tanınmış vəkil Aslan İsmayılovun qızı Cəmilə İsmayılovadır.
Cəmilə İsmayılova Bakı Dövlət Universitetinin hüquq fakültəsini, magistraturanı bitirib. İxtisası üzrə çalışır. Atası Aslan İsmayılov barədə “Atam Aslan İsmayılov-50” adlı kitabın müəllifidir. Bizimlə söhbəti də idealı - atası barədədir. Söhbətə elə kitabdan başladıq...
Təhlükəli yalan, yoxsa xoş sürpriz...
Atamın 50 illiyi yaxınlaşırdı, düşünürdüm ki, nə sürpriz edim ki, həqiqətən sürpriz olsun. Bir gün atam gəldi danışdı ki, bir dostları var, yubileyində qızı ona haqqında yazdığı kitabı hədiyyə edib. Sadəcə dostlardan atası barədə fikirlərini alıb və onu kitab halında çap etdirib. Gördüm bu iş atamın çox ürəyincə olub, ideya da ağlabatandır. Ailəmizdə bir ənənə var, atam, anam həmişə keçmişdən, ata-babadan, olanlardan, keçənlərdən danışırlar. Yaddaşımda çox maraqlı məqamlar var. Fikrimi anama dedim, o da mənə kömək etməyə başladı. Atamın yaxşı arxivi nənəm gildədir, gətirdik onları. Xeyli maraqlı sənədlər tapdım. Gəncə, Sumqayıt hadisələri, Qarabağ müharibəsi ilə bağlı. Hərbi mükəlləfiyyətlə bağlı Daşkəsənə ezam olunduğu vaxt yazdığı gündəliyini tapdım. Başladım yazmağa. Onların hamısını yazdım, gördüm material azdır. Başladım atama suallar verib yavaş-yavaş danışdıqlarını telefona köçürməyə. Ata, filan hadisə necə olub? Atam danışırdı, telefonu da aşağıda tuturdum ki, onu da görsə əsəbiləşəcək, deyəcək mənə suallar verib telefonla oynayırsan. Bir neçə dəfə bu minvalla danışdırdım, sonra əsəbiləşdi ki, bu nədir, bəsdir daha heç nə danışmaq istəmirəm, mənə pis təsir edir. Təzyiqi qalxdı. Amma artıq mənə lazım olanları almışdım.
Səhər anam dedi ki, Cəmilə, bəlkə atana açıb deyəsən, yaman ürəyinə salıb deyir bu qız məni niyə belə sorğu-suala tutub, bəlkə düşünür ki, səhhətində problemlər var, birdən atam ölə bilər. Dedim yox, bura qədər gəlmişik, sürprizi korlaya bilmərəm. Yazdıqlarımı verdim atamın yaxın dostuna ki, oxusun. Elə faktlar var ki, o, daha yaxşı bilər, tarixi proseslərdə bir yerdə olublar. Qardaşım atamın daha bir neçə dostuna dedi, onlar da atam haqqında fikirlərini, düşündüklərini yazıb verdilər. Eyni vaxtda atam haqqında qısametrajlı film də edirdik, amma bundan xəbəri vardı, çünki çəkilişi evə çağırmışdıq. Yaxın adamlarından biri qardaşımın ona atam haqqında fikirlərini yazmaq təklifini əvvəl qəbul etməmişdi, sonradan hazırlayıb atama zəng etmişdi ki, oğluna de gəlib aparsın. Onda artıq atamdan gizlətmək mümkün olmadı, qardaşımdan soruşdu ki, nə məsələdir biz də açmalı olduq. Atam dedi verin oxuyum, nədəsə səhv edə bilərsiniz. Bu şərtlə verdim ki, hər hansı səhvi düzəldə bilərsən, amma üsluba toxunmayacaqsan. Fikrim kitabı yalnız bir nüsxə çıxardıb atama hədiyyə etmək idi, atam dedi bu qədər əziyyət çəkmisən, heç olmasa ad gününə gələcək qonaqların sayı qədər çap olunsun. Kitabın tarixçəsi budur.
Bir məhəbbətin tarixçəsi
Anam atamın dayısı qızıdır. Anamgil Rusiyada yaşayıblar, atamgil rayonda. Atam da orta məktəbi qurtarandan sonra gedib dayısının yanına təhsil almağa. Babam icazə vermək istəmir ki, iqtisadiyyat üzrə tanışım var, get həmin ali məktəbə mən də kömək edim. Atam deyir, yox, mən hüquqşünas olacam. Babam da sözünə baxmadığı üçün atamı evdən qovur. Atam iki il rus dilindən çətinlik çəkdiyi üçün Rusiyada hüquqa daxil ola bilmir, üçüncü il istədiyinə nail olur. O vaxta qədər nənəm ona dayısı qızı ilə evlənməyi təklif edibmiş, atam istəməyib. Sonradan orda özü də bilmədən anamı sevir. İndi istəyir ki, məsələni açıb desin böyüklərə, deyə bilmir. Axırda bir gün qaldıqları tələbə yataqxanasında əmimə deyir. Əmim rayona zəng edir. Səhər açılan kimi nənəm əlində də nişan çamadanı ilə olur Krasnodarda. Qardaşı çamadanı görüb, məsələdən hali olur və bacısını elə qapıdan qaytarır. Sonra böyüklər yığışıb onu da yola gətirirlər, atamsız və anamsız nişan mərasimi edirlər.
“Öz prinsipini heç nəyə qurban vermir”
Atam mənim üçün idealdır, amma hərdən ona atam kimi yox, bir vətəndaş kimi baxmağa çalışıram. Bəzən səhvlərini də görürəm. Əslində normal cəmiyyətlər üçün o addımlar səhv deyil. Öz prinsipini heç nəyə qurban vermir. Ondan ötrü doğru olan fikrindən heç vəchlə dönməz. Baxmaz ki, bunu eləsə kiməsə xoş gəlməz, düzgün olmaz. Haradasa uduzar, amma prinsiplərindən dönməz. Mənəvi cəhətdən uduzmur, maddi cəhətdən uduzmaq da onun üçün uduzmaq sayılmır. Hər şeyə həssas reaksiya verir, bu da bəzən düzgün başa düşülmür. İnsanlar indi daha çox siyasətcil olublar. Siyasətlə hərəkət edirlər ki, kimlərisə özlərindən incik salıb karyeralarına zərər gətirməsinlər. Atam bunları düşünmür nəyi düzgün bilirsə onu deyir, həqiqəti siyasətlə yox açıqlığı ilə söyləyir.
“Ən çox sevmədiyi məsuliyyətsizlikdir”
Atam heç vaxt konkret bu halda belə olar, yaxud olmaz demir. Bizdə hər gün mənəvi-əxlaqi söhbətlər olur. Danışır ki, məsələn bu gün işdə belə bir hadisə oldu, filan məsələ üçün gəldilər yanıma. Sonra o məsələyə öz fikrini bildirir. Beləliklə, biz bilirik ki, nə atamın xoşuna gələr, nə gəlməz. Artıq başqa cür hərəkət etmək də olmur, o söhbətlərlə yetişirik ki, həyat tərzimiz müəyyənləşir. Heç vaxt olmayıb ki, atam evdə bir cür danışsın, mətbuata verdiyi müsahibələrdə başqa cür. Atam bizə şəxsi nümunədir, ondan mühazirə dinləmədən ondan öyrənirik. Ən çox sevmədiyi məsuliyyətsizlikdir. Ailədə ata-anaya, nənə-babaya, bir-birinə məsuliyyətsizlik onu çox əsəbiləşdirə bilər. Eləcə də insanın işinə məsuliyyətlə yanaşmasını sevir. Birdən adi, xırda məsələyə kəskin reaksiya verər. Görünür, bu onun ümumi prinsiplərinə zidd olur. Evdə heç birimizi tərifləməz məndən başqa. Qız övladına münasibəti özəldir.
“Bizim xəngəli çox sevir”
Xarici görünüşündən də bəlli olduğu kimi yeməklə arası yoxdur. Heç vaxt eşitməmişəm ki, desin filan xörəyi bişir. Qəribədir ki, anam birdən çoxdan bişirmədiyi bir xörəyi bişirəndə atam deyir ürəyimdən keçirdi sənə deyim ki, bunu bişirəsən. Gizli tellərlə bağlılıqları var. Ət xörəyini sevmir, kotlet heç sevmədiyi yeməkdir. Qarşısına nə qoysan yeyən kişilərdən deyil. Xəmir xörəklərini, xüsusən bizim xəngəli çox sevir.
Bomba əhvalatı
Atamın həqiqətən dincəldiyini görməmişik. İdman edəndə də tələsir, elə bil o da bir borcdur, plandır, yerinə yetirib borcundan çıxır. Mütaliəni çox sevir, son vaxtlar Çapay Sultanovu oxuyur. Bəxtiyar Vahabzadənin şeirlərini məmnuniyyətlə oxuyur. Qəribə yaddaşı var. Yaxın qohumunun adı yadında qalmaya bilər. Rəfiqəmlə bir beş dəfə onu tanış etmişəm, amma hər dəfə rastlaşanda soruşur ki, bu qız kimdir? 15-20 il əvvəl baş verən hadisə elə dəqiqliklə yadında qalıb ki. Mənə elə gəlir bu şüuraltıdır, lazımsız informasiyanı atır. Mənim ağlım kəsəndən Sumqayıt hadisələrini danışır. Kitabında da bizə danışdıqlarını yazıb. Biz süfrə arxasına ailəlikcə yığışırıq, hətta atam zəng edib “məni gözləməyin, gec gələcəm” desə belə gözləyirik. Bizdə saat 23.00-dan o yana ayaq üstə qaldı yoxdu, yatmalısan. Ali məktəbdə oxuyurdum, yenə həmin rejimə riayət etməli olurdum. Bir dəfə atam xaricə gedirdi, 10 günlüyə. Biz də onu yola salıb sevincək gəldik evə ki, 10 gün ürəyimiz istəyəndə yatıb-duracağıq, azadlıqdır. İki gün keçməmiş qayıtdı. Deməli, Praqaya çatırlar. Gömrükdə başqa yerlərdən gələn həmkarlarını buraxırlar, bunu qara millətdən olduğu üçün çək-çevirə salırlar. Axırıncı dəfə çantanda nə var? - deyə soruşanda atamın əsəbləri dözmür deyir ki, bomba. Dərhal onu getdiyi təyyarə ilə geri qaytarırlar.
Qardaşım Fransada oxuyurdu, uzun illərdir evdə ad gününü keçirmir. Biz də yığışıb onun ad gününə getdik. Bu da pasxa bayramına təsadüf edirdi. Atam fransızca bilir, yolda azdıq bir nəfərdən ünvan soruşdu. Bu adam da rus imiş, bizim rusca danışdığımızı eşidibmiş ona görə də atam buna fransızca sual verəndə bu rus dilində “İsus voskres” dedi. Atam da qarşısındakının rus dilində danışdığından çaşıb qayıtdı ki, “vzaimno voskres”))) Əslində “voistinu voskres” deməli idi.
“6-ci hissi güclüdür”
Nəyisə onun bilməsini istəmirik, anam özünü pis hiss edir, yaxud dərsdən sonra ona demədən gəzintiyə çıxmışamsa hökmən atam zəng edir və gizlətmək mümkün olmur. Həmişə təkrarladığı bir söz var: “saxtakarlıqdan uzaq olun”. O elə bir şeydir ki, həyatının ən arzuolunmaz məqamında qarşına çıxacaq.
Qardaşlarıma kişi olmağın məsuliyyətini dərk etməyi aşılayır.
Sənət seçimində olduğu kimi həyat yoldaşı seçməkdə də seçimi öz boynumuza qoyur, amma yekun sözü mən deyəcəm deyir. Atam boşanma işlərinə çox baxır. Əsasən də boşanmaq istəyənləri barışdırıb yola salır. Həmkarları ona deyirlər ki, ən adi işə - boşanmaya niyə baxırsan? Görünür, atam barışdırmağı, ailələrin dağılmamasını çox istədiyi üçün belə edir. Yalnız qazancı düşünmür.
Ailəsi normal olmayan, ailəsinə münasibəti pis olan insan əxlaqlı insan deyil. Atamla fəxr edirik. Heç vaxt atamıza görə utanmalı olmayacağımızdan əminik. Əksinə, fəxrlə biz Aslan İsmayılovun övladıyıq deyirik və elə də olacaq. Ona görə yox ki, pulu, vəzifəsi var. Yox, biz böyüyəndən atamı vəzifədə görməmişik, vəkil bir peşədir. Həmişə deyir ki, bugünkülərin çoxunun övladı sabah onun xəcalətini çəkəcək. Maddiyyatın əleyhinədir. Bu yerdə bəzən fikirlərimiz də haçalanır. Maddiyyat yox, mənəviyyat adamıdır. Bununla da fəxr edirik, onun adı bəsimizdir.
Atam üçün həyatda müqəddəs üç şey var: vətən, ana, ailə.
Ramilə Qurbanlı

3274