“Maskalı qaqaş, Ukraynadan gəlmisən?” - REPORTAJ
Bakı küçələrində “donuz qripi”nə qarşı qoruyucu maskadan istifadə edənlərə həqarətlə yanaşırlar
“Donuz qripi” kimi tanınan A/H1N1 virusu artıq ikinci həftədir ki, Azərbaycanda da ciddi təlatümlərə səbəb olub. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan 3 xəstə tam sağalmamış rəsmi qurumlar daha 8 nəfərin “donuz qripi”nə yoluxduğu barədə məlumat yayıb.
Bəs, paytaxt Bakıda əhalinin bu öldürücü virusa qarşı hansı mübarizə üsullarından istifadə edir? İnsanların dünyanı qorxuya salan və Azərbaycanda da sürətlə yayılan “donuz qripi” barədə düşüncələri nədir?
Lent.az-ın əməkdaşı bu suallara aydınlıq gətirmək üçün paytaxtın ən gur ərazilərində, metro stansiyalarında, avtobus dayanacaqlarında müşahidələr aparıb.
Metronun “Sahil” stansiyasından başlayan monitorinqimiz iki saatdan çox davam etdi. Təxminən 20 dəqiqə ərzində “Sahil” metrosunun giriş və çıxışlarında apardığımız müşahidə zamanı burada “donuz qripi”nə qarşı qoruyucu maskalardan istifadə edən bir nəfərə də rast gəlmədik. Rəyini soruşduğumuz paytaxt sakinləri isə qoruyucu vasitələrdən istifadə etməmələrini müxtəlif cür izah edirdilər.
Tələbə dostları ilə Dövlət Pedaqoji Universitetinə tələsən Vüsal Hacıyev qoruyucu maskadan istifadə etməsinə ehtiyac olmadığını düşünür: “Ən təhlükəli yer metro ola bilər. Deyilənə görə, bizdə stansiyaların hamısı dezinfeksiya olunub. Ona görə də maska taxmıram”.
Vüsal deyir ki, Azərbaycanda “donuz qripi” virusunun olduğuna çoxları inanmır: “Bizim universitetdə nə müəllimlər, nə də tələbələr maskalardan istifadə etmirlər. Onsuz da universitetdə bütün otaqlar, zallar, koridor hər gün neftlə yuyulur”.
Tələbələrlə ayaqüstü söhbəti yekunlaşdırıb metronun “Sahil” stansiyasına daxil oluruq, burada da nəinki sərnişinlər, heç metro işçilərinin də qripə qarşı qoruyucu vasitələrdən istifadə etdiyini görmədik. Qatarlarda da həmçinin. Növbəti stansiyada – “28 May”da qatardan düşüb, müşahidələrimizi metronun giriş və çıxışlarında davam etdiririk.
Apteklərdə qoruyucu maska tapılmır
Dərhal yaxınlıqdakı apteklərdən bir neçəsinə yaxınlaşıb, qripə qarşı qoruyucu maska axtarırıq. Birinci cəhd nəticəsiz qaldı, ikinci aptekdə isə 40 qəpiyə maska tapa bildik. Maskanı taxıb, yubanmadan metronun giriş-çıxış hissəsinə qayıdıb, burada müşahidələrimizi davam etdiririk.
Yeri gəlmişkən, müşahidələrə başlamazdan əvvəl qripə qarşı qoruyucu maska almaq üçün xeyli vaxt və əmək sərf etdik. Metronun “Sahil” stansiyası ətrafındakı 3 aptekə baş çəksək də, hamısından əliboş qayıtdıq. Apteklərin birində burada ümumiyyətlə maska olmadığını, digər ikisində isə bu qoruyucu vasitələrin artıq satılıb qurtardığını söylədilər. Bu barədə bir qədər sonra...
Metronun “28 May” stansiyası ətrafı həmişəki kimi sıxlıqdır. Əli dəyənəkli polislər küçə ticarəti ilə məşğul olmağa cəhd edən qadınları ora-bura qovur, özəlləşdirmə çeklərinin satışı ilə məşğul olanlar özlərinə müştəri axtarışındadır. Qarşı tərəfdəki keçidin girişi də həmişəki kimi adamlarla doludur. Ətrafdakılar ağzımızdakı qoruyucu maskanı görənlərin maraq və heyrətlərini gizlədə bilmədiyi də açıq hiss olunur. Kimisi ağzımızdakı maskanı görüb qımışır, bir başqası isə sanki yad planetdən gəlmiş adam görürlərmiş kimi sual dolu gözlərini bizə zilləyir. Böyük əksəriyyət isə heç bir şey olmayıbmış kimi buna əhəmiyyət vermir...
“İqtisadi böhran Azərbaycana təsir etməyibsə, “donuz qripi” də gəlməyəcək”
Nəhayət, təxminən 15-20 dəqiqəlik müşahidədən sonra burada ilk maskalı şəxslə rastlaşırıq. 20-25 yaşlı bu gənc xanıma yaxınlaşıb “donuz qripi” ilə bağlı fikirlərini öyrənmək istəyirik. Amma etiraz edir: “Mən heç nə deyə bilmərəm. Sadəcə, maskadan istifadə edirəm ki, xəstəliyə tutulmayım”.
Müşahidələr göstərir ki, paytaxt sakinlərinin əksəriyyəti Azərbaycanda “donuz qripi” virusunun olduğuna inanmır. Elə bu səbəbdən də Bakı əhalisi arasında qoruyucu maskalardan istifadə edənlərə tək-tək hallarda rast gəlmək olar. Hətta rəyini soruşduğumuz insanlar arasında “donuz qripi”nə yoluxma halları ilə bağlı rəsmi məlumatları zarafat sayanlar da var. Metronun “28 May” stansiyasının qarşısında tanışını gözləyən Səməd adlı Bakı sakini “dünyadakı qlobal iqtisadi böhran Azərbaycana təsir etməyibsə, “donuz qripi” də Azərbaycana gəlməyəcək”, - deyir.
7 qız, 1 oğlan...
Daha bir maraqlı fakt: Bakıda qripə qarşı qoruyucu maska taxanların əksəriyyəti qadınlardır. Metronun “28 May” stansiyasının qarşısında olduğumuz 1 saat ərzində cəmi 8 nəfərin qoruyucu maskadan istifadə etdiyini gördük. Burada rastlaşdığımız maskalı kişi – Dövlət mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Emin Yolçiyev deyir ki, hazırda “donuz qripi”nə qarşı qoruyucu vasitələrdən istifadə etmək lazımdır: “Mən üç gündür ki, maska taxıram. Görürəm ki, insanlar arasında bəziləri maska taxır. Universitetimizdə də maskadan istifadə edənlər var. Bəziləri buna birtəhər baxır. Amma səhv yanaşmadır, ola bilər ki, indi Azərbaycanda “donuz qripi” virusu yoxdur, amma külək vasitəsilə xaricdən gələ bilər. Ona görə də mən maskadan istifadə edirəm. İlk növbədə öz sağlamlığımı qorumaq üçün. Onsuz da adi qrip həmişə olur. Ona görə də maskalardan istifadə olunmalıdır”.
Müsahibimizdən şəklini çəkmək üçün icazə istəyirik. Razılıq vermir. Səbəbini isə belə izah edir: “Şəklimi saytda yerləşdirsəniz, uşaqlar məni “prikol”a tutacaqlar ki, maska taxıb “donuz qripi”dən danışır. Ona görə də lazım deyil”.
Gənclərin “donuz qripi” zarafatı
Eminlə sağollaşıb müşahidə nöqtəmizin ünvanın dəyişirik. Bu dəfə metronun “İçərişəhər” stansiyası qarşısındayıq. Yenə də nə stansiyanın içərisində, nə də qatarlarda, qoruyucu maskalardan istifadə edənlərə rast gəlmədik. Nəhayət, ağzı maskalı gənc oğlan metronun qarşısındakı kiçik lotereya köşkünə yaxınlaşır. Satıcı onu başdan-ayağa süzdükdən sonra həqarətlə soruşur:
- Maskalı qaqaş, Ukraynadan gəlmisən?
- Yox, nədir ki?
- Maska taxmısan ey, ona görə deyirəm.
Ətrafdakılar gülüşməsi maskalı oğlanın deyəsən, ürəyindən olmadı. Əlini qızarmış sifətinə tərəf aparıb qoruyucu maskanı çıxarmaq istədi. Ancaq nədənsə, fikrindən daşında. Bir qədər pərt halda gülümsəyib, oranı tərk etdi.
Boş meydanın ortasına qoyulmuş kiçik lotereya köşkünün ətrafına toplaşmış gənclər isə “donuz qripi” ilə bağlı yeni söhbətə başladılar. Satıcı oğlan bu virusla bağlı fikirlərini yanındakı tanışları ilə bölüşürdü: “Deyirlər, 3 nəfər xəstəxanada yatır. Allah bilir xəstəliyi nədir? Bəlkə də yazıqları məcbur tutub gətiriblər ki, sən Ukraynadan gəlmisən. Birdən xəstə olarsan, camaatı da yoluxdurarsan...”
Yaxınlaşıb satıcı oğlandan niyə qoruyucu maska taxmamasının səbəbini soruşduq. Cavabında dedi ki, Azərbaycanda “donuz qripi” virusunun olmasına inanmır. Amma bəziləri maska taxır: “Dünən istədim mən də alam, elə-belə maraq üçün. Amma bir-iki aptekdən soruşdum, dedilər qurtarıb. İndi görürəm ki, çoxları maska taxmır, ona görə mən də bənd olmuram”.
Sonda bir qədər də “donuz qripi”nə qarşı qoruyucu maskalar barədə. Bu gün bir neçə saat ərzində metronun “Sahil”, “28 May”, “İçəri Şəhər” stansiyaları ətrafında, Bakının ən sıx küçələrindən olan “Torqovı”da 11 aptekdə qoruyucu maskaların satış vəziyyəti və qiymətləri ilə maraqlandıq. Məlum oldu ki, həmin 11 aptekin cəmi 5-də qoruyucu vasitə var. Digərlərində isə bu vasitələr artıq qurtarıb. Apteklərdə deyirlər ki, “donuz qripi”nin Azərbaycanda yayılması xəbərindən sonra qoruyucu maskalara tələbat artıb. Bu səbəbdən də apteklərdə maska qıtlığı yaranıb. Bir neçə gün əvvəl 30 qəpiyə satılan maskaların qiyməti indi 40 qəpikdir.
P.S. Paytaxt əhalisinin özlərini “donuz qripi”ndən necə qorumasına dair müşahidələri başa vurub redaksiyaya qayıdarkən yolda media işçisi olan yaxın dostlardan biri ilə rastlaşdıq. Ağzımdakı maskanı görən kimi “Sən də “donuz qripi” oldun?” - deyə, zarafata başladı. “Bu virusla zarafat etmək olmaz” - deyib qoruyucu maskanı ona bağışladım. Çünki dostumuz and-aman elədi ki, apteklərdən maska tapa bilmir.
Elxan SALAHOV

871