Azərbaycana miqrantlar hansı ölkələrdən gəlir?
Küçədə alver edən çinlilərə malın pulsuz verildiyi iddia olundu
Bu gün Bakıda “Azərbaycandakı miqrantların mövcud durumu və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. Lent.az-ın məlumatına görə, tədbir “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” və “İnsan Hüquqları üzrə İctimai Şura” ictimai birliklərinin birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctmai Birliyinin (AMMKHM İB) sədri Nadir Abdullayev deyib ki, BMT-nin son araşdırmalarına əsasən, son 35 il ərzində öz vətənlərindən kənarda yaşayan insanların sayı iki dəfədən çox artaraq, 175 milyona çatıb: “Bu gün dünyada hər 35 nəfərdən biri miqrantdır. Azərbaycana isə hazırda Çin, İndoneziya, İran, Çeçenistan, Əfqanıstan, Pakistan, İraq, Hindistan, Gürcüstan, Nigeriya, Özbəkistan, Vyetnamdan və başqa dövlətlərdən miqrantlar gəlirlər. Bundan başqa, hazırda Gürcüstanda yaşayan 500 mindən çox soydaşımız iş axtarmaq məqsədilə Azərbaycana üz tutub”.
Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya Siyasəti şöbəsinin müdir müavini Vahid Qəhrəmanov deyib ki, Azərbaycanda miqrantların sayı artdıqca, qanundankənar miqrantların da çoxalır: “Qanunsuz miqrasiya ilə mübarizə aparmaq məqsədilə maddi texniki baza inkişaf etdirilir, həmçinin, mövcud qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi də gözlənilir”.
Azərbaycanda Axıska Türkləri İcmasının rəhbəri İbrahim Burhanov ölkədə 70 min axıska türkünün yaşadığını, onların əksəriyyətinin miqrant olmadığını deyib. İ.Burxanov axıska türklərinin əsasən Azərbaycan Respublikasının vətəndaşlığını almaq istəyərkən problemlə üzləşdiyini bildirib.
Azərbaycan Miqrasiya Mərkəzinin prezidenti Əlövsət Əliyev isə diqqəti ölkəyə gətirilib qanunsuz olaraq, işlədilən Serbiya, Bosniya və Xorvatiya vətəndaşlarının hüququnun pozulmasına yönəldib. Onun sözlərinə görə, həmin şəxslərin işləməklə bağlı müvafiq icazəsi olmasa da, burada çalışıblar, son beş aylıq maaşları isə verilməyib: “8 nəfər 18 kvadratmetrlik ərazidə yatır, çarpayıları üçqatdır”.
Deyilənlərə reaksiya verən DMX-nin nümayəndəsi V.Qəhrəmanov iradları qəbul etməyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Miqrasiya şöbəsinin sektor müdiri Fuad Cabbarov eyni münasibəti göstərib: “Bununla bağlı bizə müraciət edilməyib. Müraciət olunsun, baxaq”.
Ə.Əliyev isə həm DMX-yə, həm də ƏƏSMN-ə yazılı müraciət etdiyini bildirib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nümayəndəsi Məhərrəm Zülfüqarlı isə maraqlı bir açıqlama verib. O deyib ki, Azərbaycanda küçə ticarətilə məşğul olan çinlilər həmin malları pulla deyil, havayı alır: “Bizdə olan məlumata görə bu, müəyyən şəbəkə vasitəsilə həyata keçirilir. Malı verib deyirlər ki, “sat, yaşa...”
Tədbirdə digər dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də çıxış edib.
Pərvin ABBASOV

788