Prezident təqaüdü alanlar harada oxuyur?
Bu sırada birinci yeri 29 nəfərlə Dövlət İdarəçilik Akademiyası tutur
2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərərmiş 102 gəncə prezident təqaüdü təyin edilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, təqaüdə layiq görülənlərin 29 nəfəri Dövlət İdarəçilik Akademiyasının, 25 nəfəri Azərbaycan Tibb Universitetinin, 18 nəfəri Bakı Dövlət Universitetinin, 12 nəfəri "Qafqaz" Universitetinin, 9 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının, 6 nəfəri Azərbaycan Dövlət İqtisad Universiteti, 2 nəfəri Xəzər Universitetinin və 1 nəfəri Naxçıvan Dövlət Universitetinin tələbəsidir.
Xatırladaq ki, bu il respublikamızın ali məktəblərinə keçirilən tələbə qəbulu müsabiqəsində 110 minə yaxın abituriyentin iştirak edib. Onlardan 996 nəfəri yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplayıb. TQDK-da bildirirlər ki, yüksək nəticə göstərənlərin 670 nəfəri şəhər, 326 nəfəri rayon və kənd məktəblərinin məzunlarıdır. 600-dən yuxarı bal toplayanlar sırasında mülki ali məktəblərlə yanaşı Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına (4 nəfər) və Polis Akademiyasına (6 nəfər) daxil olanlar da vardır. Yüksək nəticə göstərənlər I qrupda (texniki və təbiət elmləri üzrə ixtisaslar) 164, II qrupda (iqtisadiyyat üzrə ixtisaslar) 218, III qrupda (humanitar ixtisaslar) 391, IV qrupda (tibb ixtisasları) 223 nəfərdir.
Bu ilki imtahanlarda 2 nəfər maksimal nəticə – 700 bal toplayıb. Onların hər ikisi III ixtisas qrupunun abituriyentləridir. IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 4 abituriyent Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olunub.
Yeri gəlmişkən ənənəvi olaraq bu il də 600-dən yuxarı bal toplayanlar TQDK-ya dəvət olunaraq onlarla təntənəli görüş keçirilib, fikir mübadiləsi aparılıb. Həmin gənclərin həvəsləndirilməsi və ictimaiyyətə tanıdılması üçün silsilə tədbirlər həyata keçirilir. “Abituriyent” jurnalının bir nömrəsinin xüsusi olaraq yüksək nəticə göstərənlərə həsr olunması nəzərdə tutulub.
Elxan SALAHOV

967