Fəsil dəyişkənliyinin insan orqanizminə təsirləri - MƏSLƏHƏT
Fəsil dəyişəndə adam özünü yorğun, halsız hiss edir, yemək yeyə bilmir, yuxusuz olur və s. Bütün bunlardan yaxa qurtarmaq üçün yay-payız aylarında həkim məsləhətlərindən yararlanmaq lazımdır.
Lent.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, payızda günəş şüalarının hərarətinin azalması insan psixologiyasına mənfi təsir göstərir. Bu dövrdə uşaqlar, gənclər və yaşlılar daha diqqətli olmalıdırlar.
Əsasən yay tətilindən sonra xəstəlikdən şikayət edənlərin sayı daha çox olur. Gərgin iş saatlarına və məktəbə uyğunlaşmayan insanlar daha çox psixoloji problemlərlə qarşılaşırlar. Fəsillə əlaqədar yaranan gərginliklər 17-25 yaş arasında olan insanlarda üstünlük təşkil edir. Bu mənada, aşağıdakıları həmişə diqqət mərkəzində saxlamaq məsləhətdir:
1. Yuxu rejiminə diqqət yetirin.
2. Normal və kifayət qədər qidalanın.
3. Yumşaq və sulu yeməklərdən istifadə edin.
4. Kofeinli içkilər əvəzinə, bitki çaylarına üstünlük verin.
5. İlıq su ilə vanna qəbul edin.
6. Müsbət enerji ala biləcəyiniz insanlarla bir yerdə olun.
7. İzdihamlı və qaranlıq yerlərdən uzaq olun.
8. Günəş şüasından mümkün qədər istifadə etməyə çalışın.
Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin. Soyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. Çünki viruslara antibiotiklərin heç bir təsiri yoxdur. Antibiotiklərdən, sadəcə olaraq, orta qulaq iltihabı, sinuzit və bronxit zamanı istifadə etmək lazımdır. Düzdür, C vitamini sağlam həyat tərzi üçün vacibdir və antioksidant xassəyə malikdir, ancaq bu vitamin də nə qripi, nə də zökəmi müalicə edir.
Vitamin çatışmazlığını dərman şəklində deyil, təbii qidalardan, məsələn, meyvə-tərəvəzlərdən, süd, qatıq kimi məhsullardan istifadə etməklə aradan qaldırmaq məsləhətdir.
Müalicədə istirahət əsas şərtdir .
1. Soyuqlama zamanı müalicə məqsədilə dərman qəbul etməyin.
2. Mümkündürsə, ən azı 1-2 gün istirahət edin.
3. Bol isti maye qəbul edin. Cökə, adaçayı, nanə və limon çayları ideal vasitədir.
4. Mandarin, portağal, kök kimi meyvələrdən, hər növ tərəvəzdən bolluca yeyin.
5. Köklü, kartoflu, kərəvizli, soğanlı, cəfərili toyuq şorbaları soyuqlamanın qarşısını alır.
6. Otağınızın havası quru olmasın.
7. Qızdırmanız yüksəkdirsə, həkimlə məsləhətləşərək qızdırmanı aşağı salan dərman qəbul edin.
8. Uşağınızın burnu axarsa, öskürərsə, boğazı ağrıyarsa, azacıq qızdırması olarsa, o dəqiqə dərmanlara müraciət etməyin. Bu xəstəliklər müalicə edilsə də, edilməsə də, bir həftə ərzində keçəcək.
Kimyə

983