İlk dərs günündən məktəblər mühafizə olunacaq
08 sentyabr 2009 14:00 (UTC +04:00)

İlk dərs günündən məktəblər mühafizə olunacaq

Təhsil Nazirliyi ölkənin müvafiq hüquq-mühafizə orqanları ilə birgə iş aparır

“Valideynlər, ictimaiyyət bizdən məktəblərin mühafizəsinin gücləndirilməsini gözləyir. Bu, Təhsil Nazirliyini ən ciddi düşündürən məsələlərdən biridir”.

Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bütün məktəblərin mühafizəsi təmin olunacaq: “Sentyabrın 15-dək məktəblərin mühafizəsi ilə bağlı bir sıra yeniliklərin şahidi olacaqsınız. Hazırda bu istiqamətdə ölkənin müvafiq hüquq-mühafizə orqanları ilə birgə iş aparılır”.

Misir Mərdanovun Daxili İşlər Nazirliyinin mühafizə idarəsinin məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair Təhsil Nazirliyindən onlara müraciət olunmaması barədə məlumatına da münasibəti belə olub: “Darıxmaq lazım deyil, hər şey lazımi səviyyədə təşkil olunacaq”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar