Misir Mərdanov: “Müəllimələrin çoxu qısa geyinir...”
08 sentyabr 2009 13:30 (UTC +04:00)

Misir Mərdanov: “Müəllimələrin çoxu qısa geyinir...”

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, müəllimələrin çoxu qısa geyinir: “Mən geyim formasının adını çəkmək istəmirəm. Amma elə şalvar geyinmək olar ki, başqa geyimlərdən daha yaxşı olsun. Ona görə də müəllim özünə və qarşısındakına hörmət etməlidir ki, ona da hörmət etsinlər”.

Misir Mərdanov deyib ki, müəllimin geyimi cəmiyyətin tələbatına uyğun olmalıdır. Onun sözlərinə görə, cəmiyyət hansı geyim formasını xoşlayırsa, müəllimlər də onu geyinir: “Amma insanların hamısını bir çərçivəyə salmaq mümkün deyil. İndi onlara təzədən forma geyindirmək... Müəllim də sərbəst insandır, amma gərək geyimlərinə fikir versinlər”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar