8 ay ərzində 95 387 nəfərə şəxsi sığorta hesabı açılıb
04 sentyabr 2009 12:00 (UTC +04:00)

8 ay ərzində 95 387 nəfərə şəxsi sığorta hesabı açılıb

Dövlət Sosial Müdafiə Fondunda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı cari ilin əvvəli ilə müqayisədə 95 387 nəfər artıb. Ümumilikdə bu ilin 1 sentyabr tarixinə olan statistikaya əsasən, fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 586 738 nəfərə çatıb. Onlardan 866 480 nəfəri kişi, 720 258 nəfəri isə qadındır.

Fonddan Lent.az-a bildiriblər ki, fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan sığortaolunanların sayı 441 560 nəfərdir. Bundan başqa, 30 yaşa kimi sığortaolunan vətəndaşların sayı 376 257 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 354 580 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 294 833 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 119.503 nəfərdən ibarətdir.

Xatırladaq ki, fərdi uçot - əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar