Dərsə gedən bir uşağın xərci - SİYAHI
31 avqust 2009 15:04 (UTC +04:00)

Dərsə gedən bir uşağın xərci - SİYAHI

Hər bir şagird özünün geyiminə və məktəbli ləvazimatına görə ən azı 200 manat xərcləməlidir

Yeni tədris ilinin başlanmasına cəmi 15 gün qaldı. Deməli, müəllimlərin, valideynlərin və şagirdlərin dərs ilinə hazırlaşması üçün cəmi ikicə həftə vaxtları var. Vaxt daraldıqca bazar və dükanlarda məktəbli ləvazimatları, və məktəbli formalarının qiyməti də böyüyür.

Lent.az yeni dərs ilində bir şagirdin məktəbə hazırlaşması üçün nə qədər pul tələb olunduğuna dair kiçik araşdırma aparıb. Bəri başdan qeyd edək ki, məktəbli ləvazimatlarının qiymətində ötən illə müqayisədə o qədlər də artım yoxdur. Bununla belə, alıcılarla əksəriyyəti məktəbli ləvazimatlarının baha olduğu qənaətindədir. Biz bu məsələlərə heç bir şərh vermədən bazarlarda satışa çıxarılan məktəbli ləvazimatlarının qiymətlərini elan edirik. Nəticəni özünüz çıxarın.

Beləliklə:

40 vərəqli dəftər - 30-40 qəpik
60 vərəqli dəftər - 45 qəpik
100 vərəqli dəftər - 60 qəpik
Gündəlik - 60 qəpik
Karandaş (sadə)- 40 qəpik
Karandaş dəsti - 1 manat
Rəngli karandaş dəsti - 1 manatdan 5 manatadək
Xətkeş - 80 qəpik
Fiqurlu xətkeş -3 manatdan 5 manatadək
Rəsm albomu - 2 manatdan 5 manatadək.
Plastilini (bir qutu) - 2 manat
Qələm (sadə) - 20 qəpikdən 1 manatadək
Pozan - 20 qəpikdən 2 manatadək
Karandaş yonan - 80 qəpikdən 2 manatadək
Flomaster (bir qutu) - 2 manatdan 10 manatadək
Məktəbli çantası - 20 manat.

Geyimlərin qiymətinə gəlincə, iki il əvvəl Təhsil Nazirliyinin qərarı ilə vahid məktəbli formasının hər bir şagird üçün məcburi olduğu elan edilib. Yəni məktəb rəhbərliyi vahid forma üçün ağ köynək və qara yubka, yaxud şalvar seçibsə, hamı bu formanı almalıdır.

Doğrudur, hələ ki, valideynlərin hamısı öz uşaqlarının məktəbə hansı geyim formasında gedəcəklərini müəyyənləşdirə bilməyib. Amma bazarlardakı müşahidələr göstərir ki, ağ-qara məktəbli forması bu il də dəbdə olacaq. Hazırda bazarlarda belə geyimlərin qiyməti parçanın keyfiyyətindən asılı olaraq dəyişir. Belə ki, indi bazarlarda;

ən ucuz məktəbli köynəyi (oğlan üçün) - 10 manat
Ən bahalı köynək (oğlan üçün) - 25 manat
Qara şalvar - 15 manatdan 30 manatadək
Kostyumlar (oğlan üçün) – 25 manatdan 50 manatadək
Ən ucuz köynək (qız üçün) – 15 manat
Ən bahalı köynək (qız üçün) - 50 manat
Ayaqqabı (qız üçün) - 40 manat
Ayaqqabı (oğlan üçün) – 30 manat.
Yubka - 20 manatdan 40 manatadək dəyişir.

Göründüyü kimi, bir şagirdin məktəb tədarükü valideynlərə təxminən 200 manata başa gəlir. Məktəbli bazarlığına aid olan məhsullar arasında ən çox xərc geyimlərin payına düşür. Belə ki, minimum xərclərlə bir dəst məktəbli formasının orta qiyməti 100 manatdan yuxarı çıxır. Nəzərə alsaq ki, bir dərs ilində hər bir şagirdə ən azı iki-üç dəst geyim tələb olunur, onda xərclər də analoji olaraq, 2-3 dəfə baha olacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812

Oxşar yazılar