Şeyxülislam Allahşükür Paşazadənin 60 yaşı oldu
26 avqust 2009 20:00 (UTC +04:00)

Şeyxülislam Allahşükür Paşazadənin 60 yaşı oldu

Bu gün Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin doğum günüdür.

Lent.az-ın məlumatına görə, Allahşükür Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alan Şeyxülislam 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib.

1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, "Təzə-pir məscidi"nin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyx-ül-islam dərəcəsinə yüksəlib.

1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilib, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.

1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardin-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz xalqlarının Ali Dini Şurasının sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889

Oxşar yazılar