57 rayonda fermerlərə subsidiya verilir
25 avqust 2009 14:30 (UTC +04:00)

57 rayonda fermerlərə subsidiya verilir

Ötən il yardımlar 1 milyon 344 min, bu il isə 1 milyon 500 min hektar əkin sahəni əhatə edib

Bu il 1 milyon 500 min hektar sahədə əkin işləri aparmış fermerlərə istifadə etdikləri yanacaq və sürtgü materiallarına görə subsidiyalar veriləcək. Bu isə subsidiyalaşdırılmış əkin sahələrinin əvvəlki illə müqayisədə 150 min hektar çox olması deməkdir.

Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a bildiriblər ki, artıq kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsinə başlanılıb. Subsidiyaya cəlb edilən 59 rayon üzrə sənədlərin qəbulu başa çatıb və 57 rayon üzrə respublika komissiyasının qərarı qüvvəyə minib.

Xatırladaq ki, yanacaq və sürtgü yağlarına görə subsidiyaların məbləği hər hektara 40 manat müəyyənləşdirilib. Subsidiyalar yalnız dənli və paxlalı əkin sahələrinə görə deyil, üzümçülük, kartofçuluq və digər əkin növlərinə yönəldilə bilər. 2008-ci ildə yardımlar 1 milyon 344 min hektar sahənin becərilməsi üçün ödənilmişdi. Vəsait plastik kartlar vasitəsi ilə ödənilir. Bu il daha 25 min şəxsə yeni plastik kart təqdim edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar