“İçərişəhər” metrostansiyası bağlandı
15 iyul 2009 16:15 (UTC +04:00)

“İçərişəhər” metrostansiyası bağlandı

Bu gün “İçərişəhər” metrostansiyası bağlanıb.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bu gün səhərdən metro qatarları «Sahil» stansiyasından əks istiqamətə qayıdır.

Qeyd edək ki, stansiyanın fəaliyyətinin dayandırılması rekonstruksiya işlərinin aparılması ilə izah edilir. Bu gündən etibarən stansiyada eskalatorların əvəzlənməsi işlərinə başlanacaq. Eskalatorların əvəzlənməsi işləri sentyabr ayının 10-dək tam başa çatdırılacaq. Yeni eskalatorlar Fransanın “Systra” şirkətinin istehsalıdır.

Pərvin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar