Azərbaycanda 60 otel bağlanıb
08 iyul 2009 16:30 (UTC +04:00)

Azərbaycanda 60 otel bağlanıb

Lisenziyasız fəaliyyət göstərən otellərin fəaliyyəti dayandırılıb

Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 60-a yaxın otelin fəaliyyəti dayandırılıb.

«APA-ECONOMICS»in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Ə.Qarayevin sözlərinə görə, sənədləşmə işləri aparılmasa, bu otellərin fəaliyyətinə yay mövsümünün sonuna qədər icazə verilməyəcək.

Azərbaycanda 250-dən artıq otelin Mədəniyyət və Turizm Nazirliyindən lisenziya aldığını deyən Ə.Qarayev hazırda daha 60-a yaxın müraciətə baxıldığını vurğulayıb.

«Bu gün Azərbaycanda ulduz almış otellərin sayı 70-dir. Nabranda fəaliyyət göstərən 2 otel ulduz almaq üçün müraciət edib. Hazırda bu otellərin müraciəti araşdırılır», - deyə nazir vurğulayıb.

Ə.Qarayev cari ildə Azərbaycana gələn turistlərin sayında azalma olmadığını, əksinə artımın baş verdiyini desə də bunun nə qədər olduğunu ilin birinci yarısının statistikası hazır olmadığından açıqlamayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797

Oxşar yazılar