ATƏT rəsmisinin babası Bayıl təxridxanasında saxlanıb
02 iyun 2009 17:00 (UTC +04:00)

ATƏT rəsmisinin babası Bayıl təxridxanasında saxlanıb

Stalinin “yatdığı” Bayıl təcridxanası muzeyə çevrilə bilər

Bayılda yerləşən 1 saylı İstintaq Təcridxanasının muzeyə çevrilməsi təklif olunur. Lent.az-ın məlumatına görə, belə bir təkliflə hüquq müdafiəçisi Arzu Abdullayeva ikinci Zabrat ərazisində yerləşən Bakı İstintaq Təcridxanasına baxış zamanı keçirilən görüşdə çıxış edib. O, İosif Stalin və başqa məşhur şəxslərin də vaxtilə həmin təcridxanada saxlanıldığını xatırladaraq deyib ki, təcridxananın bir korpusu, yaxud bir neçə kamerası tarixi abidə kimi saxlanılmalıdır: “Mənim ulu babam da vaxtilə həmin təcridxanada işgəncələrə məruz qalıb”.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov isə deyib ki, bu, ölkə rəhbərliyinin səlahiyyətində olan məsələdir: “Ancaq mən bu təklifi ölkə rəhbərliyinə çatdıracağam”.

N.Ələkbərov maraqlı bir məqamı da açıqlayıb. Onun sözlərinə görə, bir müddət əvvələ qədər ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsini icra edən Aleks Şahtaxtinskinin babası da Bayıldakı təcridxanada saxlanılıb: “O, bizə müraciət edərək, babasının hansı şəraitdə saxlanılması barədə arxiv sənədlərini istəmişdi”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1030

Oxşar yazılar