Köçkün şagirdlər məskunlaşdıqları rayonda imtahan verəcəklər
02 iyun 2009 16:00 (UTC +04:00)

Köçkün şagirdlər məskunlaşdıqları rayonda imtahan verəcəklər

İşğal altında olan rayonların məktəbləri pərakəndə halda respublikanın müxtəlif regionlarında fəaliyyət göstərir. Bu səbəbdən həmin təhsil müəssisələrində mərkəzləşdirilmiş imtahanlar məktəbin faktiki yerləşdiyi rayonun məktəbləri ilə birlikdə keçiriləcək.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov dərs ilinin yekunlarına dair keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, məcburi köçkün olan şagirdlər hansı rayonda məskunlaşıblarsa, həmin rayonun məktəblərində imtahan verəcəklər.

“Biz bu məsələni dünən imtahan aparacaq müəllimlərlə müzakirə etmişik. Çox güman ki, bu məlumatlar “Aərbaycan müəllimi” qəzetində dərc olunacaq və həmin məktəblərin rəhbərləri bundan xəbər tutuacaq” – deyə, Misir Mərdanov bildirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900

Oxşar yazılar