Sığortaolunanların çoxu 40-50 yaş aralığında olanlardır
01 iyun 2009 13:10 (UTC +04:00)

Sığortaolunanların çoxu 40-50 yaş aralığında olanlardır

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) fərdi-şəxsi hesabı olan sığortaolunanların sayı ilin əvvəli ilə müqayisədə 62 min 439 nəfər artaraq 1 milyon 552 min 439 nəfərə çatıb. Onlardan 846 min 353 nəfəri kişi, 706 086 nəfəri isə qadındır.

DMSF-in mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, fərdi – şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir – 434 min 338 nəfərdir. 30 yaşa kimi sığortaolunan vətəndaşların sayı 358 min 902 nəfər, 30-40 yaşadək sığortaolunanlar 347 min 473 nəfər, 50-60 yaş arasında sığortaolunanlar 293 min 346 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 118 min 380 nəfərdir.

Fərdi uçot əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilini nəzərdə tutur və bu, mövcud qanunvericiliklə tənzimlənir. 2006-cı il yanvarın 1-dən tətbiq olunan “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783

Oxşar yazılar