Təhsil nazirindən son zəng əmri
Yalnız məktəblərin həyətində, 3 saat ərzində...
Təhsil naziri Misir Mərdanov orta məktəblərdə son zəng tədbirlərinin təşkili barədə əmr imzalayıb. Əmrə əsasən, mayın 30-da bütün ümumtəhsil məktəblərində keçiriləcək son zəng tədbirləri yalnız hər bir məktəbin inzibati ərazisindən kənara çıxmamalıdır.
Lent.az-a daxil olan məlumata görə, nazir bu əmri şagirdlərin təhlükəsizliyini qorumaq məqsədilə imzalayıb. Əmrə əsasən, məktəbdən kənarda keçiriləcək son zəng tədbirləri zamanı hansısa xoşagəlməz hadisələr baş verərsə, bunun məsuliyyəti valideynlərin üzərinə düşəcək.
Məlumatı Təhsil Nazirliyində də təsdiqləyirlər. Nazirliyin şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Arif Muradov Lent.az-a bildirib ki, nazirin imzaladığı əmrə əsasən, bütün məktəblərdə son zəng tədbirləri 10.00-da başlamalı və 3 saat davam etməlidir. Son zəng tədbirlərinin yalnız məktəbin ərazisində valideynlərin və ictimaiyyətin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Təhsil nazirinin belə bir əmr imzalanmasının hansı zərurətdən yaranmasına gəlincə, Arif Muradov belə deyib: “İndiyədək məktəblərdə son zəng tədbirlərinin keçirilməsi heç bir normativ sənəddə qeyd olunmayıb. Bu, sadəcə bir ənənədir və sovet dövründən bəri mütəmadi olaraq təmtəraqla keçirilir. Ancaq indi dövr dəyişib və buna görə təhlükəsizliklə bağlı müəyyən tədbirlər görülməlidir”.
Nazirlik rəsmisi bildirib ki, adətən, məktəblilər son zəng günü şənlənmək üçün Milli Parka gəzintiyə çıxır, küçə və meydanlarda əyləncəli oyunlar keçirirlər. Onun sözlərinə görə, indiki şəraitdə belə kütləvilik arzu olunan deyil. Bu səbəbdən də məktəblilərin təhlükəsizliyi baxımından son zəngin məktəbin öz ərazisində keçirilməsi daha məqbuldur.
“İndi hər bir məktəbin özünün geniş həyəti var. İstəsələr, orada lap orkestr də gətirib şənlənə bilərlər. Belə tədbiri kənarda qeyd eləməkdənsə, məktəbin həyətində keçirmək daha yaxşıdır” – deyə, Arif Muradov bildirib.
Elxan SALAHOV

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 iyun 2025 , 08:17
Məşhur restoranda hamilə qadını ağrı içində işlədiblər-VİDEO
5 iyun 2025 , 00:24
Daha bir həkim əməliyyatdan VİDEO PAYLAŞDI: "Məmələr baş qaldırmış" - YENİLƏNİB
5 iyun 2025 , 00:06
Beş BÜRCƏ xəbərdarlıq: bu gün çətin problemlərlə üzləşə bilərsiniz
5 iyun 2025 , 00:02
Sabah qırmızı səviyyəli maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
4 iyun 2025 , 21:48
Beyləqan sakinləri avtobus üzünə həsrət qalıblar -VİDEO
4 iyun 2025 , 20:28
Keçmiş prezident parkda bələdçi işləyir
4 iyun 2025 , 19:20