Azərbaycanda qanunsuz tikilmiş 10-dək məscid fəaliyyət göstərir
Azərbaycanda qanunsuz tikilən 10-dək məscid fəaliyyət göstərir.
APA-nın məlumatına görə, bu məscidlər əsasən Bakıda və paytaxtına yaxın ərazilərdə inşa olunub.
Azərbaycan müstəqillik qazandıqdan sonra müxtəlif vaxtlarda tikilən və indiyə kimi də fəaliyyət göstərən bütün məscidlərin taleyinə aydınlıq gətiriləcək. Qanunsuz inşa edilən məscidlərin sökülməsi gündəmdə olmasa da, artıq icazə alınmadan tikilən ibadət ocaqlarının fəaliyyətinin qanuniləşdirilməsi ilə bağlı sənədləşmə prosesinə başlanılıb.
Məsələ bir neçə gün əvvəl Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər qəbul edildikdən sonra gündəmə gəlib. Belə ki, sözügedən qanuna edilən əlavə və dəyişikliyə əsasən, ölkədə müvafiq icra hakimiyyətinin rəyi olmadan məscid tikilməsi və dini icmaların qeydiyyatsız fəaliyyət göstərməsi qadağan olunur. Ona görə də, “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər qüvvəyə minəndən sonra vaxtilə qanunsuz tikilən məscidlərin fəaliyyətində problemlər yaranmaması üçün bu ibadət ocaqlarının sənədləşdirilməsi həyata keçirilir.
Azərbaycanda qanunsuz tikilən və geniş fəaliyyətlə məşğul olan məscidlərdən biri Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məscididir. Bu ibadət ocağında namaz qılanların sayı 10 min nəfərə yaxındır. Məsciddə həm sünni, həm də şiə məzhəbinə məxsus insanlar birlikdə ibadət edir. Yeri gəlmişkən, bu gün sözügedən məscidin bağlanacağı ilə bağlı məlumatlar yayılıb.
Qanunsuz inşa edilən və uzun müddətdən bəri fəaliyyətdə olan məscidlərdən biri də
Sumqayıt şəhər Ceyranbatan Türk məscididir. Bu məscidin də tikintisi üçün vaxtı ilə heç bir icazə alınmayıb. Hazırda məsciddə 2 mindən artıq insan ibadət edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə APA-ya bildirilib ki, hazırda ölkədə 1750 məscid var. Onlardan 998-i fəaliyyət göstərir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə 588 məscid inşa olunub ki, onlardan 92-si xarici ölkələr tərəfindən inşa olunub. Bu məscidlərin 63-ü Küveyt, 24-ü Türkiyə, 1-i Qətər, 1-i İran İslam Respublikası, 3-ü isə Səudiyyə Ərəbistanının payına düşür. Fəaliyyətdə olan 998 məsciddən isə yalnız 500-ün dini icması qeydiyyatdan keçib. Təxminən 500-dək məscidin isə hələlik qeydiyyatı yoxdur. 50 məscid isə mövsümü-yəni Məhərrəm ayında və digər vaxtlarda fəaliyyət göstərir.

877