Gəncədə beynəlxalq konfrans keçiriləcək
Yeni aqrar təhsil modeli ilə bağlı konfrans 2 gün davam edəcək
Gəncədə mayın 15 və 16 tarixlərində beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunacaq konfrans kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması problemləri, müasir vəziyyət, beynəlxalq təcrübə və yeni aqrar təhsil modeli mövzularında təşkil olunacaq. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Universitetin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Cəfər Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, 2 günlük konfransda ABŞ, Almaniya, Türkiyə, İran, Gürcüstan, Norveç kimi ölkələrin ali təhsil məktəbləri, elmi-tədqiqat institutlarından mütəxəssislər, Azərbaycan Respublikası Kənd Təsərrüfatı, eləcə də Təhsil Nazirliyi nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Konfrans iştirakçıları Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti, təcrübə sahələri ilə də tanış olacaqlar.
Vüsalə Cənnətova

Oxşar yazılar

Azərbaycanda yeni yayılan virusdan necə qorunaq? - Nazirlikdən CAVAB
3 iyun 2025 , 14:12
Sabah bu ərazilərə qar yağacaq - Hava PROQNOZU
3 iyun 2025 , 12:23
UniDestin Təhsil Mərkəzi kurslara başladı
3 iyun 2025 , 11:53
Yağışlı, küləkli hava nə vaxtadək davam edəcək? - RƏSMİ
3 iyun 2025 , 10:12
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyun 2025 , 10:09
Qurbanlıq alarkən diqqətli olun: Ölümcül xəstəlik riski
3 iyun 2025 , 09:50
Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı olacaq
3 iyun 2025 , 09:09