Nazim İbrahimov 2010-cu ilin yekunları ilə balı mətbuat konfransı keçirib
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Yeni Azərbaycan Partiyasının başa çatmaqda olan 2010-cu ilin yekunları ilə balı mətbuat konfransı keçirib. Lent.az-ın verdiyi məlumata görə, Nazim İbrahimov deyib ki, bu il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.
Dövlət Komitəsinin sədri noyabrın 7-də Frankfurt Əcnəbi Vətəndaşlar Şurasına keçirilmiş seçkilərdə Azərbaycan diasporunun fəal üzvlərindən olan Cümə Məmmədovun Şuranın deputatı seçildiyini xatırladıb. Bu qurum Frankfurtda yaşayan 168 mindən artıq xarici vətəndaşı təmsil edir. 37 deputatdan ibarət Əcnəbi Vətəndaşlar Şurası 5 il müddətinə seçilir. Azərbaycanlı deputat Frankfurt Əcnəbi Vətəndaşlar Şurasında postsovet məkanından təmsil olunan ilk və yeganə şəxsdir.
Nazim İbrahimov bildirib ki, xaricdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərimizə sədaqətinin qorunub saxlanılması, onların ölkəmizin maraqlarının qorunmasında fəal iştirakının təmin edilməsi dövlət gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, Rusiya Azərbaycan Gəncləri Təşkilatı (RAGT) artıq 3 ildir ki, “Qanın milləti yoxdur” şüarı altında geniş xeyriyyə aksiyası keçirir. Aksiyanın təşəbbüskarı RAGT-nin başçısı, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevadır. Xeyriyyə aksiyasından məqsəd onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərməkdir. Rusiya qanunlarına əsasən xeyriyyəçilik məqsədilə verilən qan üçün də pul ödənildiyi üçün əldə olunan vəsait N.Bloxin adına Rusiya Elmi Uşaq Onkologiyası və Gematologiyası Mərkəzinin hesabına köçürülür və xəstə uşaqların müalicəsinə sərf olunur. RAGT Moskvada mütəşəkkil qanvermə aksiyası keçirən ilk təşkilatdır. Bu aksiya müntəzəm olaraq hər ay keçiriləcək.
O, 2010-cu ilin fevral ayında Diasporla İş üzrə Dövlət Komitəsi ilə Şimali Kipr Yaxın Şərq Universiteti arasında əldə olunmuş anlaşmanı da xüsusi qeyd edib. Yeni tədris ilindən etibarən hər il 20 azərbaycanlı gəncin Yaxın Şərq Universitetində ödənişsiz əsaslarla təhsil almasına şərait yaradılıb. Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, habelə yüksək ixtisaslı gənc kadrların hazırlanmasına yardım göstərmək məqsədilə protokolda nəzərdə tutulmuş 20 yerə namizədlərin Gürcüstanda yaşayan və qəbul imtahanlarında yüksək bal toplayan, lakin müsabiqədən keçməyən azərbaycanlı gənclər arasından seçilməsini məqsədəuyğun hesab edib. Yaxın Şərq Universitetinin rəhbərliyinin, yerli dövlət və ictimaiyyət nümayəndələrinin, abituriyentlərin valideynlərinin, iştirakı ilə keçirilmiş açıq müsahibənin nəticəsi olaraq 18 nəfər soydaşımız müxtəlif ixtisaslar üzrə universitetə təhsil almaq üçün göndərilib. Dövlət Komitəsi Yaxın Şərq Universitetinə qəbul olunmuş tələbələrin əksəriyyətinin aztəminatlı ailələrdən olduğunu nəzərə alaraq, onların hər birinə 300 dollar məbləğində təqaüd verilməsini öhdəsinə götürüb.
Nazim İbrahimov Dövlət Komitəsinin dəstəyi ilə 2008-2010-cu illərdə Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan dilli məktəbin 84-də “Gürcü dili” kursları açıldığını nəzərə çatdırıb. Kurslara ümumilikdə 1700 şagird cəlb olunub və bunlardan da 510 nəfəri orta məktəb məzunlarıdır. Bundan başqa, 2009-cu ildə Azərbaycan məktəblərini bitirmiş və məhz gürcü dilini zəif bildiyinə görə ali məktəblərə qəbul oluna bilməyən gənclər də həmin kurslara cəlb edilib. Dövlət Komitəsi Gürcüstanda yaşayan soydaşlarımızın gürcü dilini mənimsəməsinə daha yaxşı şərait yaratmaq məqsədilə müvafiq dərslikləri, əyani vəsaitlərin hazırlanması istiqamətində də tədbirlər həyata keçirib. Dövlət Komitəsinin dəstəyi ilə gürcü dilinin tədrisi üçün hər biri 2000 nüsxə olmaqla “Gürcü dilini öyrənənlər üçün dərslik”, “Gürcücə-Azərbaycanca danışıq lüğəti”, “Gürcü dilinin qrammatikası” kitabları, gürcü dilinin qrammatikasına dair (hər birində 44 ədəd olmaqla) 300 dəst cədvəl hazırlanaraq Azərbaycan dilli məktəblərə və gürcü dili kurslarına təqdim edilib.
Təhsil haqqında Qanuna uyğun olaraq, Gürcüstanda 12 illik təhsil sisteminə keçidlə əlaqədar 2009-cu ildə Azərbaycan dilli məktəblərdə buraxılış nəzərdə tutulmadığından Azərbaycan məktəblərində təşkil edilmiş dil kurslarında təhsil alan gənclərin gürcü dilini daha yaxşı mənimsəyə bilməsi üçün iki illik şans yaranıb. Gürcü dili kurslarının səmərəli fəaliyyəti nəticəsində ötən müddət ərzində azərbaycanlı gənclərin Gürcüstanın ali məktəblərinə qəbul faizi əhəmiyyətli dərəcədə artıb. 2006-2007-ci tədris ilində Gürcüstanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak etmiş azərbaycanlı abituriyentlərdən 20 nəfər (3 dövlət, 17 özəl), 2007-2008-ci tədris ilində 40 nəfər (19 dövlət, 21 özəl), 2008-2009-cu tədris ilində 245 nəfər (55 dövlət, 190 özəl) tələbə adına layiq görülmüşdürsə, 2010-2011-ci tədris ilində bu rəqəm artaraq 458 nəfər (215 dövlət, 243 özəl) təşkil edib. Bu il Gürcüstan ali məktəblərinə qəbul olmuş 458 nəfər tələbənin 352 nəfəri Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilmiş «Gürcü dili» kurslarının dinləyiciləri olub.
Hesabat ilində Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasına dəstək məqsədilə Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin “Region press” qəzeti və “Meydan” jurnalını, Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin “Ziya”, “Qeyrət” xalq hərəkatının “Qeyrət”, Gürcüstan Azərbaycanlıları Konqresi “Gürcüstan Azərbaycanlıları”, Maarif” Hüquqi Elmi-Metodiki Maarifləndirmə Mərkəzinin «Maarif” qəzetlərinin nəşrinə dəstək göstərib. Gürcüstanda fəaliyyət göstərən “Tolerans” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyinin bir sıra layihələri Komitə tərəfindən dəstəklənib. 2010-cu il mayın 15-də Gürcüstan azərbaycanlı gənclərinin I qurultayı keçirilmişdir. Qurultayda çıxış edən gənclər təşkilatlarının nümayəndələri onları narahat edən problemlərdən danışıb, azərbaycanlıların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilmiş layihələri təqdir etdiklərini bildiriblər. Çıxışlarda bəzi gənclərin dövlət dilini bilməməsi, dövlət idarəçiliyində soydaşlarımızın məhdud şəkildə təmsil olunması, hüquqi maarifləndirmə sahəsində mövcud olan çətinliklər, insan hüquqlarının pozulması halları ilə bağlı bir sıra problemlərə toxunulub. Çıxış edənlər Gürcüstan azərbaycanlı gənclərinin I qurultayının çağırılmasını mühüm tarixi hadisə kimi qiymətləndiriblər. Qurultayda Gürcüstanda yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası sahəsindəki mövcud problemlər müzakirə olunub və Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqı təsis edilib.

493