Bakıda beynəlxalq konfrans başlayıb
18 noyabr 2010 16:43 (UTC +04:00)

Bakıda beynəlxalq konfrans başlayıb

2011-ci ildə Əmək Müfəttişliklərinin Regional Alyansına (ƏMRA) sədrlik Azərbaycana keçir. Bununla əlaqədar Əmək Müfəttişliklərinin Regional Alyansının üçüncü konfransı Bakıda təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildiriblər ki, konfrans Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyası (ƏMBA), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Dünya Bankının dəstəyi ilə Fransa və Almaniya şirkətlərinin konsorsiumunu təmsil edən AETS şirkəti tərəfindən icra olunan Azərbaycanda Dövlət Əmək Müfəttişliyinin Potensialının Gücləndirilməsi Layihəsi ilə birgə təşkil olunub. İki gün davam edəcək konfransda təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, işçilərin əmək hüquqlarının qorunması, qanunvericilik və beynəlxalq standartların vahid qaydada icrası və sosial tərəfdaşların fəallığının artırılması məsələləri müzakirə olunacaq.

Dövlət Əmək Müfəttişliyinin Əməyin Təhlükəsizliyi və Sağlamlığı sistemi mövzusunda təşkil olunan ilk böyük miqyaslı tədbirində Avstraliya, Bolqarıstan, Bosnia-Hersoqovina, Kanada, Litva, Latviya, Niderland, Norveç, Rusiya, Slovakiya, Türkiyə və digər ölkələrin dövlət əmək müfəttişliklərinin yüksək vəzifəli təmsilçiləri, beynəlxalq ekspertlər, Azərbaycanın aidiyyəti qurum və təşkilatlarının yüksək vəzifəli nümayəndələri iştirak edirlər.

Konfransın yekununda ƏMRA-nın 2010-2011-ci illər üzrə Fəaliyyət Planının müzakirə edilməsi və qəbul olunması nəzərdə tutulur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar