ABU tələbələri üçün təhsil haqqını endirən özəl universitetlər - ARAŞDIRMA
Yeni tədris ilinin başlanmasına baxmayaraq, sentyabrın 1-dən fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbələri köçürüldükləri ali məktəblərdə təhsil haqlarının yüksək olmasına etiraz edərək dərslərdə iştirak etmirlər. Narazılıqlarının həlli üçün müxtəlif instansiyalara müraciət edən, hətta etiraz aksiyalarına əl atan tələbələr təhsil haqlarının azaldılmasını tələb edir, ABU-da il ərzində ödədikləri 400-500 manatlıq təhsil haqqından sonra belə yüksək təhsil haqqı ilə oxuya bilməyəcəklərini söyləyirlər.
Qeyd edək ki, təhsil naziri Misir Mərdanovun əmri ilə ABU-nun tələbələri 9 özəl ali məktəbə köçürülüblər. Əmrə əsasən, ABU-nun “Riyaziyyat və informatika”, “müalicə işi”, “pediatriya”, “hüquqşünaslıq”, “neft və qaz yataqlarının işlənməsi və istismarı”, “ekologiya”, “aqronomluq”, “stomatologiya” və “tibbi biologiya” ixtisasları üzrə təhsil alan tələbələr “Odlar Yurdu” Universitetində, “turizm və sosial-mədəni servis xidməti”, “dekorativ tətbiqi incəsənət və xalq sənəti”, “maliyyə və kredit” və “dövlət və bələdiyyə idarəetməsi” ixtisasları üzrə təhsil alan tələbələr Azərbaycan Kooperasiya Universitetində, “İbtidai təhsilin pedaqogika və metodikası” və “məktəbəqədər təhsilin pedaqogika və metodikası” ixtisasları üzrə təhsil alan tələbələr Bakı Qızlar Universitetində, “beynəlxalq iqtisadi münasibətlər” və “regionşünaslıq” ixtisasları üzrə təhsil alan tələbələr Azərbaycan İctimai-Siyasi Universitetində, “tarix və ictimaiyyət” ixtisası üzrə təhsil alan tələbələr Bakı Asiya Universitetində, “gömrük işinin təşkili” və “vergi işinin təşkili və idarə edilməsi” ixtisasları üzrə təhsil alan tələbələr Bakı Biznes Universitetində, “xarici dil (ingilis dili)” və “jurnalistika” ixtisasları üzrə təhsil alan tələbələr Bakı Avrasiya Universitetində, “nəqliyyatda daşınmaların və idarəetmənin təşkili”, “sənaye və mülki tikinti” və “bədən tərbiyəsi və idman” ixtisasları üzrə təhsil alan tələbələr Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində, “iqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə təhsil alan tələbələr isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsillərini davam etdirməlidirlər.
APA-nın apardığı araşdırma zamanı məlum olub ki, ABU tələbələrinin təhsil haqlarının yüksəkliyi ilə bağlı etdikləri narazılıqlardan sonra özəl ali məktəblərin çoxu onlar üçün təhsil haqqını artıq aşağı salıb. Lakin məktəblər bu güzəştlərdən sonra onlara yenidən əlavə imtiyazlar vermək fikrində deyil. Məktəb rəsmiləri hesab edirlər ki, ABU tələbələrinin onların öz tələbələrindən bu səviyyədə fərqləndirilməsi, yəni onlar üçün xüsusi olaraq, təhsil haqqının aşağı salınması düzgün deyil və edilmiş güzəşt yetərlidir.
“Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev APA-ya açıqlamasında rəhbərlik etdiyi məktəbdə təhsil haqqının çox yüksək olduğunu etiraf edib. Bununla belə, o, məktəbin Təhsil Nazirliyi ilə razılaşdırılmış şəkildə ABU tələbələri üçün güzəştlər etdiyini deyib: “Onların köçürüldüyü ixtisaslar üzrə də təhsil haqqı yüksəkdir. Məsələn, bizdə təhsil haqqı 3000 manat olduğu halda, onlar üçün təhsil haqqını 2000 manata endirmişik. 3900 manatlıq təhsil haqqını 2000, 2000-2200 manat olan təhsil haqqını isə 1800 manat etmişik. “Biologiya” ixtisası üzrə bizdə təhsil haqqı 3900 manatdır. Onlar isə “tibbi biologiya” ixtisasına köçürülüblər. Mən bu ixtisasın təhsil haqqını da 2000 manat etmişəm. Tibb ixtisasları üzrə dərslər klinikalarda keçirilir. Klinikalara da pul ödənilir. Bu, asan məsələ deyil. Təhsil haqqı təhsilin keyfiyyəti deməkdir. Əgər onlardan pul almıramsa, onda mən tələbəni kadr kimi başqa cür hazırlamalıyam. Dərs keçməməliyəm, müəllimə maaş verməməliyəm. Bu isə düzgün deyil. Özəl təhsil müəssisələri həm də vergiyə cəlb edilib. Vergini də ödəyəndən sonra bizim belə işləməyimiz mümkün deyil”.
Ə.Vəliyev deyib ki, “Odlar Yurdu” Universitetinə ABU-dan təxminən 300 tələbə köçürülüb. Rektorun sözlərinə görə, tələbələr o ixtisaslara köçürülüblər ki, həmin ixtisaslar digər özəl ali məktəblərdə yoxdur.
Bakı Qızlar Universitetində tələbələrin köçürüldüyü “ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə təhsil haqqı 1600, “məktəbəqədər təhsilin pedaqogika və metodikası” ixtisası üzrə isə 1200 manatdır. Bakı Qızlar Universitetinin prorektoru İradə Musayeva APA-ya deyib ki, onun təmsil etdiyi məktəbə ABU-nun 98 tələbəsi köçürülüb: “Dünən bütün tələbələrin valideynləri ilə görüşdük. Onların narazılığını həll etdik, razılığa gəldik”.
İ.Musayeva bildirib ki, bu razılıq əsasında tələbələrin təhsil haqlarının ödənilməsində güzəştlər edilib. Güzəştlərin hansı məbləğdə edildiyinə gəldikdə, prorektor bu məbləğin müxtəlif ixtisaslar üzrə fərqli olduğunu söyləyib: “Artıq dünəndən tələbələr qeydiyyatdan keçməyə başlayıblar. Qeydiyyat prosesi hazırda da davam edir. Yəqin ki, qeydiyyat bu həftənin sonuna kimi yekunlaşar”.
Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli APA-ya bildirib ki, tələbələrin köçürüldüyü “xarici dil (ingilis dili)” və “jurnalistika” ixtisasları üzrə təhsil alan tələbələrin təhsil haqqı 1500 manatdır. Bunu çox minimal təhsil haqqı sayan rektor bu məbləğin bundan da aşağı salınmasını qeyri-mümkün hesab edir. N.Hüseynli bildirib ki, hazırda tələbələrin qeydiyyat prosesi aparılır. Onun sözlərinə görə, Bakı Avrasiya Universitetinə ABU-dan 182 tələbə köçürülsə də, indiyədək onlardan yalnız 14-ü qeydiyyatdan keçib. Qeydiyyat prosesi 10 gün davam edəcək: “Bu müddətdə sənədlərin tutuşdurulması, fərq imtahanlarının çıxarılması məsələləri də həll ediləcək”.
Bakı Asiya Universitetinə köçürülən ABU-nun 89 tələbəsindən isə heç biri indiyədək təhsil haqqını ödəməyib. Universitetin prorektoru Rəhilə Nağıyeva APA-ya bildirib ki, həmin tələbələrə təhsil haqqının ödənilməsi üçün sentyabrın 30-a kimi vaxt verilib: “Tələbələr ABU-da qiymət kitabçalarına möhür vurdurmalıdırlar. Amma məktəb hələ də bu möhürü vurmayıb. Biz icazə verdik ki, məsələlər aydınlaşana kimi onlar dərslərdə iştirak etsinlər. Artıq dünəndən tələbələr dərslərə gəlirlər. Onların təxminən 60-ı dərslərə gəlir. Qalan tələbələr arasında qiyabi təhsil alanlar da var”.
R.Nağıyeva qeyd edib ki, tələbələr sentyabrın 30-a kimi təhsil haqlarının dördə birini, oktyabrda yenə də dörddə birini, qalan vəsaiti isə hissə-hissə may ayına kimi ödəyə bilərlər.
Rektorun sözlərinə görə, həmin tələbələrə təhsil haqlarının ödənilməsində 1000 manat güzəşt edilib. Tələbələrin köçürüldüyü ixtisaslar üzrə təhsil haqqı 3000 manat olduğu halda, məktəb Təhsil Nazirliyi ilə razılaşdıraraq məbləği 2000 manata endirib. R.Nağıyeva yenidən hər hansı güzəşt edə bilməyəcəklərini də söyləyib: “Çünki biz vergi ödəyirik”.
“Təfəkkür” Universitetinin Tədris-Metodik İdarəsinin rəisi İlham Musayev isə APA-ya ABU-nun tələbələrinə xüsusi güzəştlərin edilməyəcəyini söyləyib: “Biz dövlət məktəbi deyilik, özəlik. Ona görə də təhsil haqqı qanuni nə qədərdirsə, o qədər də ödəməlidirlər. Onsuz da bizdə təhsil haqqı yüksək sayılmır, 2000 manatdan yuxarı deyil”.
İ.Musayev deyib ki, məktəb həmin tələbələrdən yalnız maddi vəziyyəti aşağı olan, şəhid ailələrinə, hər iki ailə başçısını itirənlərə təhsil haqqının ödənilməsinə güzəşt edə bilər: “Bizim məktəb yalnız ABU-nun tələbələrinə deyil, bütün tələbələrə belə güzəştlər edir. ABU-nun tələbələri arasında da belələri varsa, müvafiq sənədlərini təqdim edib, bu güzəştlərdən yararlana bilər”.
Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov da rəhbərlik etdiyi məktəbə köçürülmüş tələbələrə hər hansı güzəştin edilməsinə ehtiyac görmür: “Çünki bizdə də təhsil haqları elə ABU-da olan qədərdir. Buna görə də heç bir şikayət ola bilməz. Bizə III və IV kurs tələbələri köçürülüblər. Təhsil haqqı III kurs üçün 1000, IV kurs üçün isə 625 manatdır”.
H.Qaraşov deyib ki, ABU-nun Əmək və Sosial Münasibətlər Akademiyasına köçürülən 54 tələbəsi artıq dünəndən dərslərdə iştirak edir. Rektorun sözlərinə görə, həmin tələbələrin təhsil haqlarını tədris ili ərzində hissə-hissə ödəməsi barədə razılıq əldə edilib.
Təhsil Nazirliyinin İcra Aparatının baş məsləhətçisi İlyar Vahabov isə APA-ya bildirib ki, artıq bır sıra məktəblərdə tələbələr normal qaydada dərslərdə iştirak edirlər: “Bakı Qızlar Universiteti və bir necə ali məktəbdə təhsil haqqı 900-1200 manatdır. Belə ixtisaslarda təhsil alacaq tələbələr təhsil haqlarını ödəyirlər. Onlarla razılaşdırma artıq başa çatıb. “Odlar Yurdu”, Bakı Biznes, Bakı Asiya universitetində isə təhsil haqqı 2500-2800 manatdır. Tələbələr də istəyirlər ki, təhsil haqqını 1800-2000 manat etsinlər”.
Tələbələrin şikayətlərinin sonda necə həll ediləcəyinə gəldikdə, İ.Vahabov bu məsələnin ali məktəblərlə tələbələr arasında əldə edilən razılıq əsasında həll ediləcəyini deyib: “Bu proses artıq öz yolundadır. Tələbələrin əksəriyyəti artıq digər özəl ali məktəbə köçürülərək təhsillərini davam etdirirlər. Bəzi imkansız ailələr isə vəsaiti ödəyə bilmir, bu isə müvəqqəti çətinlikdir. Mənə elə gəlir ki, ümumi razılığa gəlib onlar da təhsillərini davam edəcəklər”.
İ.Vahabov onu da əlavə edib ki, tələbələrin təhsil haqlarının ödənilməsi üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılmayacaq.

3508