Azərbaycan ölümcül virusun hücumuna hazırlaşır
Sanitar-Karantin Müfəttişliyi hava limanında işçilər və sərnişinlər arasında xəstəliyin əlamətlərinin olub-olmadığını öyrənir
““Donuz qripi” daha çox Amerika qitəsində və Rusiya ərazisində yayıla bilər. Hazırda həmin ölkələrlə Azərbaycan arasında intensiv əlaqə, gediş-gəliş var, təyyarələr uçur. Ona görə də biz bu təhlükəyə qarşı tədbirlər görməliyik”.
Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, artıq Sanitar-Karantin Müfəttişliyi hava limanında işçilər və sərnişinlər arasında xəstəliyin əlamətlərinin olub-olmadığı öyrənir.
Son bir neçə gündə Meksikada 81 nəfər “donuz qripi” virusundan dünyasını dəyişib. “Quş qripi”ndən daha təhlükəli olan bu virus artıq Amerika Birləşmiş Ştatlarına da yayılır. Belə ki, Nyu-Yorkda 8 şagird də daxil olmaqla Kaliforniya, Kanzas və Texas ştatında virusa yoluxmuş 11 nəfər qeydə alınıb. Yaponiya və Honkonqda sərnişinlər müayinədən keçirilir. Yeni Zelandiyada isə Meksikadan gəzintidən qayıtmış 25 şagird və onların müəllimləri karantinə salınıb. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, Meksikada 81 nəfərin ölümü ilə nəticələnmiş bu virus qlobal epidemiyaya səbəb ola bilər.
Donuzlardan insanlara təhlükə
“Donuz qripi” virusunun yayılması xəbərindən sonra Azərbaycanın baytarlıq, tibbi sanitar və karantin orqanları da gücləndirilmiş iş rejiminə keçib. Şair Qurbanov deyir ki, indiyədək Azərbaycan tarixində “donuz qripi” virusuna rast gəlinməyib. Ancaq indi ölkəmiz dünya dövlətləri ilə sıx əlaqədə olduğundan virusun Azərbaycana keçməsi istisna olunmur. Bu səbəbdən Taun Əleyhinə Stansiyası da şübhəli xəstələrin müayinəsi üçün özünün laboratoriyalarını tam hazırlıq vəziyyətinə gətirib. Onun sözlərinə görə, Meksikada “donuz qripi” virusunun yayılması xəbəri gələn andan Azərbaycanın müvafiq qurumları da hazırlıq tədbirlərinə başlanıb.
Virusa qarşı dərman ehtiyatının olub-olmadığına gəlincə, Şair Qurbanov bildirib ki, diaqnostik müayinələrin aparılması preparatlar var. Onun sözlərinə görə, H5N1 və H1N1 üçün preparatlarla həm də “donuz qripi” virusunun müayinəsi aparılır.
Vətəndaşlara məsləhət
Taun Əleyhinə Stansiyasının direktor müavini “donuz qiripi”nin yayıldığı ölkələrə gedib-gələn vətəndaşları öz səfərlərini bir qədər məhdudlaşdırmağı məsləhət görür. Onun sözlərinə görə, Amerikada, Meksikada və digər ölkələrdə şübhəli virusların aşkarlandığı artıq təsdiqini tapıb.
“Azərbaycanda hələlik qorxulu vəziyyət yoxdur. Ancaq insanlar soyuqdəymə, yüksək temperatur, zəiflik və yorğunluq kimi əlamətlər olduğu halda həkimə müraciət etməlidirlər. Çünki “donuz qripi” virusun yayıldığı ölkələrlə əlaqəsi olan, həmin ölkələrə gedib-gələn insanlarda ola bilər” - deyə, direktor müavini bildirib.
Xatırladaq ki, xarici mütəxəssislər “donuz qirpi” virusunun insandan-insana keçdiyini iddia edir. Şair Qurbanov da belə məlumatların olduğun deyir. Ancaq bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ təsdiq edilməyib. O onun sözlərinə görə, bu virus əsasən donuzlar arasında geniş yayılır və bu növ təsərrüfatla məşğul olan insanlar da virusa yoluxa bilər.
Azərbaycanda donuzçuluq harada yayılıb?
Kənd təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəis müavini Emin Şahbazov isə Azərbaycanda donuzçuluq təsərrüfatlarının fəaliyyət arealının məhdud olduğunu deyir. Onun sözlərinə görə, hazırda Azərbaycanın yalnız Abşeron yarımadasında (“Baksol” deyilən ərazidə), şimal bölgəsində (Qax, Zaqatala, Quba və Qusarda) və Gəncəbasar zonasında az miqdarda şəxsi donuzçuluq təsərrüfatları fəaliyyət göstərir. Dövlətin özünün birbaşa himayəsində isə bir dənə də olsun, donuzçuluq təsərrüfatı yoxdur.
“Azərbaycanda donuzçuluq ənənəvi sahə deyil. İndi Azərbaycanın donuzçuluq təsərrüfatlarında nə qədər donuzun olduğu məlum deyil, bilirik ki, bu təsərrüfat növü Azərbaycanda geniş yayılmayıb. Ona görə də bu virusun Azərbaycanda yayılma təhlükəsi yoxdur” - DBX-nin rəis müavini bu fikirdədir.
Bununla belə, Kənd Təsərrüfatı Nazirliyi də “donuz qripi” virusuna qarşı profilaktik tədbirlərə başlayıb. Belə ki, ABŞ-dan yeyinti məhsullarının gətirilməsinə bu gündən etibarən qadağa qoyulub. Emin Şahbazov bildirib ki, virusun daha çox yayıldığı Meksikadan Azərbaycana yeyinti məhsulları, o cümlədən heyvan və heyvan mənşəli məhsul gətirilmir.
Məcburi qadağa, xüsusi göstəriş
Bundan başqa, donuzçuluq təsərrüfatı ilə məşğul olanlar arasında virusdan qorunmaq üçün maarifləndirmə işləri də aparılır. Emin Şahbazov bildirib ki, həmin təsərrüfat sahiblərinə donuzları qapalı şəraitdə saxlamaq üçün xüsusi göstəriş verilib. Həmin təsərrüfatlardakı heyvanlar və onlarla təmasda olan insanlar arasında şübhəli xəstəliklər baş verdikdə dərhal baytarlıq və səhiyyə orqanlarına müraciət etmək tövsiyə olunub.
Yeri gəlmişkən, “donuz qripi” yaxın keçmişdə Azərbaycanda xeyli narahatlıq yaratmış “quş qripi” virusuna çox yaxındır. Baş baytarın müavini bildirir ki, “donuz qripi” “quş qripi”nin modifikasiya olunmuş formasıdır və baytarlıq elmində buna H1N1 deyirlər. Onun sözlərinə görə, “quş qripi” genetik formasını dəyişib donuzlara keçsə, insanların da həmin virusa yoluxması ehtimalı artır.
Qohum viruslar
Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət idarəsinin rəisi Viktor Qasımov bu ehtimalın arta biləcəyini istisna etmir: “Hər hansı virusa qarşı profilaktik tədbirlər aparmaq Səhiyyə Nazirliyinin daimi və gündəlik işidir. Xüsusi təhlükəli infeksiyalar olsa da, olmasa da biz profilaktik tədbirlər həyata keçiririk”.
Konkret olaraq, “donuz qripi”nə qarşı profilaktik tədbirlər, dərman ehtiyatının toplanmasına gəlincə, nazirlik hər bir təhlükəli vəziyyətə hazırdır. Onun sözlərinə görə, ehtiyac yaranarsa, operativ analizlər aparılacaq və nəticə təhlil ediləcək.
“Bizim həm xaricdə təhsil almış, təcrübə keçmiş mütəxəssislərimiz, həm də maddi-texniki bazamız var. Xaricdən avadanlıq alınıb, artıq laboratoriyalarımız işləyir və mütəxəssislərimiz səlahiyyətləri daxilində bu işləri yerinə yetirirlər. Ümumiyyətlə, Səhiyyə Nazirliyi bu tip infeksiyaların Azərbaycanda yayılmasının qarşısını almaq üçün tam hazırdır” - deyir, Viktor Qasımov.
İdarə rəisi onu da vurğulayır ki, “donuz qripi”nin yayılması ilə bağlı heç bir panikaya yer yoxdur. Onun sözlərinə görə, adi qripə qarşı profilaktik tədbirlər necə aparılırsa, “donuz qripi”ə də qarşı eyni tədbirlər aparılacaq.
Elxan SALAHOV

1617