Lenin babanı necə tanıyırsınız? - SORĞU
Bu gün 1917-ci il oktyabr inqilabının ideya müəllifi, Sovet dövlətinin qurucusu Vladimir İliç Leninin doğum günüdür. O, 1870-ci il aprelin 22-də dünyaya gəlib. Gəncliyindən iqilabi fəaliyyətə başlayan, iki dəfə mühacirətdə olan, oktyabr inqilabını reallaşdıran Leninin həyatı Rusiyadan başqa 14 dövlətin 70 illik əsarətinə səbəb olub. 1924-cü ildə 54 yaşında vəfat edən Lenindən bu günə sadəcə onun mavzoleyi qalıb. Bu gün Vladimir İliç Lenin barəsində Azərbaycan gənclərinin demək olar ki, məlumatı yoxdur. Lent.az bununla əlaqədar paytaxt məktəblərinin birində “Lenin babanı necə tanıyırsınız?” sualı ilə sorğu aparıb.
İlk olaraq, şagirdlərin münasibətini öyrəndik.
Amal Əsgərov:
- Lenin baba dahi siyasətçi olub. Amma buna baxmayaraq, Azərbaycana xeyirdən çox ziyan edib. Onun barəsində xoş sözlər deyə bilməyəcəm.
Emil Əliyev:
- Vladimir İliç Lenini yaxşı adam adlandırmaq düzgün olmaz. Çünki bizi müstəqilik əldə etməyimizə mane olanlardan biri də elə Lenin baba olub.
Kamil Əliyev:
- Lenin çox böyük şəxsiyyət olub. O, sovet sosialist hakimiyyətinin yaradıcısı olub. Həm də çox qəddar olub. Çar 2-ci Nikolayın ailəsini güllələtdirib. Bu yaxınlara kimi Bakıda Lenin adlı saray da fəaliyyət göstərirdi. Mən şəxsən Leninin 2-ci Nikolaya qarşı qəddarlığını ondan qorxması ilə izah edirəm. Lenin qorxurdu ki, onun yaxın qohumları ona qarşı çıxış edərlər.
Tarix müəlliməsi Səlimə Qurbanova da sorğumuzu cavablandırdı:
- Mənin fikrimcə, Lenin yaxşı siyasətçi olmayıb. Onun hər kəsi özünə qul etmək ideyası özünü doğrultmadı. Lenin ateist olduğundan o, insanlara Allaha səcdə etməyə qadağa qoyurdu.
Uşaqlığını, gəncliyini və ömrünün böyük bir hissəsini Lenin ideyalarının hakim olduğu sovet dövlətində yaşamış yaşlı nəslin nümayəndələri Lenin barədə nə düşünür?
Təqaüdçü Xeyrulla Əhmədov:
- Lenin nə dərəcədə pis insandırsa, onun hətta torpaq belə qəbul etmir. Onu hələ də basdıra bilmirlər. O, həmişə Azərbaycandan qisas almağa çalışıb.
Kimyə Rüstəmova

1427