Dövlət Dəstəyi Şurası QHT-lərin şikayətinə baxdı
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 4 Şura üzvü - Sahib Məmmədov (komissiyanın sədri), Vüqar Qədirli, Dilarə Vəliyeva, Ceyhun Osmanlı (iştirak etmirdi) və Katibliyin hüquqşünası Vüsal Quliyevdən ibarət Komissiya Katibliyin icraçı direktoru Fərasət Qurbanovun, Katibliyin baş mühasibi Tofiq Həsənovun və ekspert Aydın Kərimovun, eləcə də tədbirə dəvət edilmiş bir sıra mətbuat nümayəndələrinin iştirakı ilə maliyyə müsabiqəsinin nəticələrilə razılaşmayan 8 QHT-nin şikayət ərizəsini araşdırıb.
Komissiya elm və təhsil sahəsinə aid layihə təqdim etmiş aşağıdakı təşkilatların apelyasiya şikayətlərinə baxıb:
1. Azərbaycan Respublikası Təhsil Şurası
2. XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyi
3. Məcburi Köçkünlər Cəmiyyəti
4. Azərbaycan Gənc Alim, Aspirant, və Magistrlər Cəmiyyəti
5. “Yayım” Assosiasiyası
6. “Təhsil” Cəmiyyəti
7. Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası
8. Təhsilin Harmonik İnkişafı İctimai Birliyi
Müzakirələrdən sonra Komissiya hər bir şikayət üzrə ayrılıqda qərar qəbul edib.
Komissiya Azərbaycan Gənc Alim, Aspirant, və Magistrlər Cəmiyyətinin layihəsinə ekspertlər səviyyəsində yenidən baxılmasını Şuranın Katibliyinə tövsiyə edib. Qalan 7 təşkilatın layihəsi üzrə Şuranın maliyyə yardımı göstərməmək haqda əvvəlki qərarı qüvvədə saxlanılıb.
Şuranın Katibliyinə daxil olmuş daha 29 QHT-nin şikayətinə Apelyasiya Komissiyası növbəti iclaslarında baxacaq.

Oxşar yazılar

Hər BÜRC üçün iyun ayının uğurlu tarixləri
2 iyun 2025 , 00:02
Gecə heç bir halda yeyilməməli olan 5 MEYVƏ
1 iyun 2025 , 18:42
İyun ayında fəlakətli uğursuzluqlarla üzləşəcək BÜRCLƏR
1 iyun 2025 , 18:29
Bu ərazilərdə külək "adam aparacaq" - SİYAHI
1 iyun 2025 , 18:03
XƏBƏRDARLIQ - Leysan yağacaq, dolu düşəcək
1 iyun 2025 , 17:53
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
1 iyun 2025 , 16:41
Bu gün keçirilən imtahanın düzgün cavabları
1 iyun 2025 , 15:59