Paytaxtda reseptsiz dərman satan apteklər bağlanacaq
Leyla Seyidbəyova: “Yaxın günlərdə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən paytaxtın bütün apteklərdə yoxlamalara başlanacaq”
“Səhiyyə naziri tərəfindən qəti tələb olunur ki, heç bir aptekdə reseptsiz dərman verilməsin. Təəssüflər olsun ki, bəzi apteklər əhaliyə reseptsiz dərmanlar satır”.
APA-nın məlumatına görə, bunu Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum tərəfindən də bu məsələyə çox ciddi yanaşılacaq. L. Seyidbəyova deyib ki, yaxın günlərdə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən paytaxtın bütün apteklərdə yoxlamalara başlanacaq: “Hansı aptekdə reseptsiz dərman verilməsi ilə bağlı fakt aşkar olunsa, bu apteklər bağlanacaq”.
Qeyd edək ki, hazırda Bakı şəhərində 300-dən artıq aptek fəaliyyət göstərir.

Oxşar yazılar

Hər BÜRC üçün iyun ayının uğurlu tarixləri
2 iyun 2025 , 00:02
Gecə heç bir halda yeyilməməli olan 5 MEYVƏ
1 iyun 2025 , 18:42
İyun ayında fəlakətli uğursuzluqlarla üzləşəcək BÜRCLƏR
1 iyun 2025 , 18:29
Bu ərazilərdə külək "adam aparacaq" - SİYAHI
1 iyun 2025 , 18:03
XƏBƏRDARLIQ - Leysan yağacaq, dolu düşəcək
1 iyun 2025 , 17:53
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
1 iyun 2025 , 16:41
Bu gün keçirilən imtahanın düzgün cavabları
1 iyun 2025 , 15:59