Altay Göyüşov: “Azərbaycan cəmiyyəti dindar deyil, mühafizəkardır” - MÜSAHİBƏ
Üç il ABŞ-da yaşayan, əvvəlcə bir akademik dərs ili müddətində Vaşinqtondakı Corctaun Universitetində “Fulbright” proqramı çərзivəsində tədqiqat aparan, daha sonra Los Ancelosdakı Kaliforniya Universitetində son iki yüzillik Azərbaycan tarixi, müasir türk xalqlarının mədəni tarixi, SSRİ-də islam və Azərbaycan dili kursları keçən tanınmış ilahiyyatçı Altay Göyüşov Bakıya qayıdıb. Onunla müsahibəni təqdim edirik.
- Altay bəy, “Amerika islamı” və ya “Amerika müsəlmanı” haqda hansı müşahidələriniz, qənaətləriniz var?
- Yəqin desəm ki, Amerika azad ölkədir, Amerika aзmaram... Tarixən Amerika müxtəlif dinlərin, mədəniyyətlərin, etnik mənsubiyyətlərin, irqlərin birgəyaşayış eksperimentinin aparıldığı məkan olub. Ona görə də bütün dinlər kimi islam da Amerikada cəmiyyətin bir hissəsidir. Düzdür, xristianlıq və ya yəhudiliklə müqayisədə daha az nəzərə зarpır. Düşünürəm ki, Amerikada mühacir müsəlmanlar bir зox cəhətdən və o cümlədən dini nöqteyi-nəzərdən mühacirət etdikləri ölkələrdən daha azad yaşamaq imkanlarına malikdirlər. Bəzən ayrı-ayrı müsəlman ölkələrində bir aparıcı islami cərəyan olur, digərləri isə özlərini o qədər də rahat hiss etmirlər. Amerikada isə hər məzhəb və təriqətdən olan müsəlmanlara rast gələ bilərsiniz. Təbliğat da öz yerində... Şəhərlərdə islama dəvət edən iri plakatlar ən gözəgəlimli yerlərdə qarşınıza çıxır. Təbliğat vasitələri paylayan gənc dindar qruplara universitetlərdə, əyləncə parklarında, dayanacaqlarda - bir sözlə, hər yerdə rast gəlmək mümkündür. Fəqət problemlər də mövcuddur. 11 sentyabr hadisələri, üstəgəl digər törədilən və ya törədilməsinə cəhd edilən terror aktları Amerika cəmiyyətində öz izini qoyub, islamın inkişaf dinamikasına mənfi təsir göstərib, bütövlükdə cəmiyyətdə müsəlmanlara qarşı bir şübhəli yanaşma tərzi formalaşdırıb.
Amerika müsəlman həyatının məni möhkəm cəlb edən xüsusiyyətlərindən biri keзən əsrin 60-cı illərində irqi ayrı-seзkiliyə qarşı mübarizə dönəmində geniş vüsət almış yerli qaradərililərin kütləvi islamı qəbul etməsi və unikal yeni mədəniyyətin əsasını qoymasıdır. Sözsüz ki, Malkolm İks, Varis Din Muhəmməd kimi dini, siyasi, ictimai liderlər tərəfindən kütləviləşdirilmiş bu cərəyan sonradan Məhəmməd Əli, Kərim Əbdьl Cabbar kimi зox populyar idmanзıların islamı qəbul etməsi ilə daha da geniş vüsət almışdı. Bu hərəkat da təəssüf ki, sonradan Luis Farahan kimi ziddiyyətli liderlərin fəaliyyəti ilə xeyli səngisə də, kütləviliyini indi də qoruyub saxlayır.
- Müsəlman aləminin real durumu, bu aləmə məxsus dünyagörüşü ilə Qərbin görmək istədiyi islam adamı və ya müsəlman arasında hansı fərqləri, təzadları qeyd edərdiz?
- Bu çox geniş və yayğın məsələdir. Söhbət müsəlman aləminin siyasi durumundan gedirsə, yəqin ki, Liviyadan tutmuş Bruneyə kimi bütövlükdə müsəlman dünyasının yalnız bir-iki istisna ilə antidemokratik, müstəbid rejimlərin nəzarəti altında olması demokratik Qərbdə əksəriyyətin görmək istədiyi reallıq deyil.
O ki qaldı bilavasitə islam və eyni zamanda belə demək mümkünsə, tarixən dinin ciddi təsiri altında formalaşmış müsəlman aləminin həyat tərzinə, bilirsiniz, tutaq ki, Amerikada saysız-hesabsız dünyagörüşləri var və bunların bir din kimi islama və müsəlmanlara münasibəti də çeşidlidir. İfrat inkardan fanatik rəğbətə qədər hər şey var. Uzun müddət prezident Obamanın şəxsi keşişi olmuş, onun kəbinini kəsmiş, uşaqlarını xaç suyuna çəkmiş, prezident seçkilərində iştirakına xeyir-dua vermiş Ceremia Rayt müsəlmanlara fanatik rəğbət bəsləyən bir xristian din xadimidir. Hətta deyilənə görə, dissertasiya işini də Şərqi Afrika müsəlmanları haqqında yazıb. Yeri gəlmişkən, onun seзkilərin qızğın çağında 11 sentyabr hadisələri haqqında dediyi sözlər nəticədə Obamanı ondan imtina etmək məcburiyyətində qoydu.
Bunları nəzərə alanda mən Qərb haqqında ümumi danışmağın tərəfdarı deyiləm, həmзinin mьsəlman dünyası haqqında da. Düşünmürəm ki, tutalım, müsəlman azərbaycanlı ilə müsəlman əfqanıstanlı çox oxşardır. Hətta düşünürəm ki, onları fərqləndirən cəhətlər ümumiləşdirən cəhətlərdən qat-qat зoxdur. Bununla belə, istər Amerikada, istərsə bütövlükdə Qərbdə inkişaf dövrünü yaşayan liberal düşüncənin doqmatik islama münasibəti üzərində dayanmaq mümkündür. Amerika həyatında din kifayət qədər güclü olsa da, liberal dünyagörüşün, liberal mədəniyyətin ağırlığı hər gün daha artıq sezilir. Dünya ictimai rəyi indi daha зox liberal dəyərlərin daşıyıcısı olan populyar mədəniyyət vasitəsilə formalaşır. Təzadlardan biri də odur ki, Qərbin intellektual mərkəzləri rolunu oynayan universitetlərin bir зoxu vaxtilə məhz dini qurumlar tərəfindən yaradılsa da, onlar indi liberal düşüncənin ən ciddi mərkəzlərindən birinə зevriliblər. Təsəvvür edin ki, liberal düşüncəli adamda din və dinlə bağlı hər şey ikrah doğurur. Çünki din mühafizəkarlıq deməkdir. İslam isə bu mənada xüsusilə tələbkardır. Bu gün liberal istəyir ki, din eyni cinsdən olanların kəbinini kəsməsə də heç olmazsa onların evlənməsini lənətləməsin.
Qərbdəki liberallar bu qarşıdurmanı məhz intellektual mübarizə kimi nəzərdən keзirir, зцzьmlərin məhz demokratik üsullar зərзivəsindən kənara çıxmamaqla tapılmasını istəyirlər. Bir sözlə, demokratik mühitdə əsas təsir vasitəsi olan ictimai rəy uğrunda gərgin mübarizə gedir. Bu intellektual rəqabət əsla məişət qarşıdurması təəssüratını yaratmamalıdır. Konkret olaraq Amerikada məişət həyatında istənilən dindar az qala məhdudiyyətsiz olaraq öz həyatını istədiyi kimi qurmaq, istədiyi kimi geyinmək, yemək, ibadət etmək imkanına malikdir. Bəzi xristian təriqətlər, ümumiyyətlə, liberallaşma və müasirləşmədən canlarını qurtarmaq üçün əsrlər boyu dağa-daşlara çəkilib özlərini hətta avtomobildən, digər texnoloji vasitələrdən təcrid ediblər və hələ heç kim onların işinə müdaxilə etmir...
Liberallar getdikcə daha зox ictimai rəyi öz ideyaları ətrafında səfərbər etməyi bacarırlar. Nəticədə dini cərəyanlar da aparıcı liberal düşüncənin tənqid hədəfi olmaqdan can qurtarmaq üçün qapılarını islahatlara daha geniş açmalı olur. Bu mənzərədə ən sərt müqaviməti məhz islam göstərir, nəticədə islamla daha da liberallaşmaqda olan Qərb dünyası arasında bir qarşıdurma yaranır, hər ikisi bir-birini sərt tənqid edir. Deməli, həm maksimal din azadlığı, hər yerdə gözə dəyən dini həyatın nişanələri, həm də güclənən liberal düşüncənin dinin minillik mühafizəkar tələblərinə qarşı apardığı mübarizə bugünkü Amerika reallıqlarıdır. Yəni müsəlmansansa hazırlaş ki, Amerikada (Avropada yox, məhz Amerikada) ürəyin istəyən kimi hicab geymək, halal yemək, maneəsiz ibadət etmək, dəvətini aparmaq, aşurada sinə vurmaq imkanın olacaq. Amma sənin ən müqəddəs hisslərini şübhə altına alan tənqidlərə, hətta istehzalara da rast gələcəksən.
- Sizcə, bəs Azərbaycanın dini durumunda Qərbin, Amerikanın diqqətini nələr зəkir? Hansı narahatlıqlar, yaxud pozitiv məqamlar var?
- Sözsüz ki, Azərbaycanın tarixi tolerantlıq mühiti pozitiv örnək kimi qiymətləndirilir. Amma son dövrlər məscidlərin bağlanması, dini sahədə tətbiq olunan məhdudiyyətlər narazılıq doğurur. Bu da Amerikanın təbiəti ilə bağlı məqamdır. Vicdan və dini azadlıq bayaq da toxunduğumuz kimi Amerika dövlətinin müqəddəs prinsiplərindəndir. Bir şey deyim, dini azadlıqları məhdudlaşdırmış rəsmi şəxs hətta ABŞ-a viza alanda da problemlərlə rastlaşa bilər. Səhv etmirəmsə, bu barədə Amerikaya viza almaq ьзьn nəzərdə tutulan yeni anketdə sual da mövcuddur.
- Azərbaycandakı dinlə bağlı narahatlıqları şişirdilmiş saymaq olarmı? Qeyd edək ki, dini ayinləri yerinə yetirənlərin sayı heç 15 faizə də çatmır...
- Baxır hansı mənada. Fakt odur ki, sovet dövründə dini biliklər boşluğu var idi. Amma paralel olaraq зox gьclь mьsəlman kimliyi də mövcud idi. Yəni camaat fəxrlə “biz müsəlmanıq” deyirdi, ancaq müsəlman olmaq nə deməkdir bilmirdi, dini həyatı yalnız ölüsünü “Yasin”lə basdırmaqdan və məhərrəmlikdə toy eləməməkdən ibarət idi. Ateist dövləti dağılan kimi müxtəlif mənbələr bu “bilik boşluğunu” doldurmağa cəhd etdi. Biliklərlə yanaşı o biliyi gətirənlərin mənsub olduğu mühitlərin siyasi mənafeləri də ixrac olundu. Əldə olunan yeni kimliklə azərbaycanlı kimliyi arasında problemlər ortaya çıxdı. Yeni yaranmış dövlət isə öz vətəndaşının dünyəvi dövlətə sadiq milli kimliyini qorumaqda intellektual acizlik nümayiş etdirdiyi üçün mümkün təhlükənin konturları görünməyə başladı. Dinin artım surəti ciddi olduğundan artıq bu təhlükəni зoxları hiss edirdi. Biri Novruza qarşı, bir başqası pirlərə qarşı söhbətlər eşidirdi. Gün-gündən daha da çox möminin toplaşdığı cümə namazları, yerli həyata xas olmayan geyim növləri dindar olmasa da kifayət qədər mühafizəkar cəmiyyəti narahat edirdi. Sonda dövlət problemi həll etmək qərarına gəldi. İndi problem səngimiş kimi görünür. Sözsüz, dinin artım dinamikasına təsir göstərilib, amma prosesin qarşısı alınmayıb. Yalnız intellektual yolla dini dövlət ьзьn təhlükəsiz duruma gətirmək mümkündür. İnzibati metodlar yalnız problemləri konservləşdirmə imkanlarına malikdir.
Bütün bunlarla yanaşı sözünüzə qüvvət olaraq deyim ki, mənim şəxsi fikrimcə, Azərbaycan ziyalısının 19-20-ci əsrlərdəki intellektual fəaliyyəti ilə dünyəvilik bu məkanda o qədər sarsılmaz duruma gətirilib ki, mən həmişə, hətta dindarlığın ölkədə ən yüksək inkişaf tempində olduğu dövrdə belə, bunun Azərbaycan dünyəviliyi ьзьn ciddi təhlükə səviyyəsinə çatmadığı və hətta çatmayacağı qənaətində olmuşam.
- Bu yaxınlarda 18-30 yaşlı gənclər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, tam olaraq və ya ailə məsələləri sahəsində şəriət qanunlarının tətbiqini respondentlərin 53 faiz alqışlayır. Dini icmaların xüsusi fəal olmadığı bir ölkədə bu nəticə, sizcə, hansı amillərdən ortaya çıxıb?
- Fikir verdinizsə, mən əvvəlki sualınıza cavabda bir cümlə işlətdim. Azərbaycan cəmiyyəti dindar olmasa da mühafizəkar cəmiyyətdir. Azərbaycan toplumu hətta bəzi məqamlarda dindar Türkiyə və İran cəmiyyətlərindən də mühafizəkardır. İran və Türkiyədə xanımlar (hətta hicablılar) siqaret çəkirlər, bizdə buna qarşı ciddi təpki var. Hətta xanımların maşın sürməsi, işləməsi məsələsində Azərbaycan cəmiyyəti son dövrlərədək qonşu müsəlman ölkələrindən daha konservativ idi. Çoxları bu konservatizmə aid bir çox detalları “bizim müsəlmançılığımızla” izah edir, halbuki bir çox məsələlərin şəriətə heç bir aidiyyatı yoxdur. Ona görə də əksərən dini cəhətdən savadsız, şəriət haqqında ən elementar biliklərə sahib olmayan Azərbaycan gənci şəriət deyəndə həmin o mühafizəkarlığı nəzərdə tutur, klassik islam qaydalarının tətbiqini yox.
Məsələn, əgər həmin 53 faizə “Bəs gələcək xanımınızı hicabla örtülməsini istərdinizmi” və yaxud “Onun namaz qılmasını tələb edərdinizmi” sualları verilsəydi, məndə yüz faizlik əminlik var ki, “şəriət istəyənər”in зox cьzi hissəsi bu suallara təsdiqləyici cavab verərdi.
- Azərbaycanda dinlərarası münasibətlər зox zaman tolerant sцzь ilə ifadə olunur. Bəzilərisə bununla islamdan fərqli dinlərin inkişafına xüsusi şərait yaradıldığını iddia edir, başqaları isə unikal dini modeldən söz açırlar... Sizin fikriniz necədir?
- Tarixi tolerant mühitin mövcudluğu Azərbaycanın xarakterik xüsusiyyətlərindəndir. Mənim anamın babasının adı Məşədi Səməndərdi. Məşədi Səməndər sünni və hənəfi olub. Din haqqında bilikləri olanlar mənim nə demək istədiyimi anlayır. Bizdə məhərrəmlikdə sovet dövründə nəinki şiələr, hətta sünnilər də şənlik keзirmirdilər. Tarixən bu coğrafiyada bir зox dinlər və cərəyanlar dinc yanaşı yaşayıb. Problemlər çıxsa da, əndazəni aşmayıb.
Amma bu klassik tarixi tolerantlıqla müasir tolerantlıq anlayışı arasında ciddi fərq var. Biz heз vaxt dinini dəyişib başqa dini qəbul edən adama adi baxmamışıq. Bu bütün postsovet məkanında, bütün dinlərə xas xüsusiyyətlərdir. İstər islam olsun, istər pravoslav-ortodoks kilsəsi, istərsə də dağ yəhudiləri öz dədə-baba dinindən imtina edib başqa dini cərəyanlara meyl edənlərə “mürtəd”-satqın kimi baxır. Ona görə də missioner təşkilatlarına (dinindən asılı olmayaraq) cəmiyyətdə neqativ münasibət var. Halbuki müasir Qərb tolerantlığı bu hallara da dözümlü yanaşmanı, belə halların lənətlənməməsini tələb edir. Ona görə də, bizdə tarixi tolerantlıq ənənələri var, amma o müasir “dözümülülük” mədəniyyətini özündə bütövlükdə ehtiva etmir.
- Cümhuriyyət dövründə fəaliyyət göstərmiş müsəlman birliyini məqsəd seзən İttihad Partiyasını araşdırmış yeganə alimsiz. Bu partiyanın siyasi dəsti-xətti, rus-sovet işğalıyla bağlı mövqeyi, sonrakı aqibəti və buraxdığı irs haqda nə deyə bilərsiz? Bu yöndə mübahisələr və müəmmalar var...
- Mübahisələrin olması təbiidir və bunun həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur. Subyektiv səbəb odur ki, Azərbaycanda cümhuriyyət dövrü ya sovet-kommunist, ya da Müsavat-milliyyətзi mцvqedən araşdırılıb. Hər iki ideologiyaya və siyasi düşərgəyə müxalifətdə olan bir təşkilatın onlara məxsus mənbələrdə tənqidi və pislənilməsi təbiidir. Nəzərə alsaq ki, cümhuriyyət dövrünün tədqiqi SSRİ-nin dağılmasından dərhal sonra Müsavatçılığın yeni yüksəliş dövründə baş verdi, İttihad haqqında mənfi rəyin formalaşması anlaşılandır. Burada subyektiv mülahizələr və qeyri-obyektiv təhlillər həddən artıq çoxdur.
Fəqət İttihadın obyektiv tənqidinə əsas verən mətləblər də az deyil. Xüsusən cümhuriyyətin çöküşü dönəmində. Düzdür, bu, bəzilərinin qeyd etmək istədiyi kimi “satqınlıq”, Azərbaycan istiqlaliyyətinə dönüklük deyil, sadəcə qrup və partiya maraqlarının ümummilli maraqlardan üstün tutulmasıdır. Bu da görünür, siyasi mübarizənin tez-tez rast gəldiyimiz təəssüf doğuran çatışmazlıqlarındandır.
Ümumən isə Sultan Məcid Qənizadə, Nəcəf bəy Vəzirov, Üzeyir bəyin dayısı Qara bəy Əliverdilər, Cəmil Ləmbəranski, Mir Yaqub Mehdiyev, Əli bəy Zizikski kimi ziyalıların rəhbərlik etdiyi təşkilat Azərbaycanı sevənlərdən, ona sadiq olanlardan ibarət bir qurum idi.
Partiya cümhuriyyət dövründə 5-ci hökumətdə qısamüddətli iştirakı nəzərə almasaq, ana müxalifət rolunu oynayıb. 5-ci hökumətdə iki nazirlə iştirak edib, amma koalisiya şərtlərinin Müsavat tərəfindən pozulması, yəni Məhəmməd Həsən Hacınskinin daxili işlər naziri vəzifəsindən uzaqlaşdırılması İttihadın ağır dönəmdə koalisiyadan çıxması ilə nəticələnib, hərзənd İttihad hökumətə passiv dəstəyini davam etdirib. Cümhuriyyət ьзьn ən təhlükəli dönəmdə hökumətin olmamasında İttihadın da üzərinə ciddi məsuliyyət düşür.
Sovet işğalından sonra isə islam ideologiyası ilə silahlanmış İttihad qısa müddətdə antisovet üsyanlara rəhbərlik edən gizli təşkilatlardan birinə, bəzilərinə görə isə aktiv silahlı müqavimət göstərən ən güclü təşkilata çevrilir.
- Azərbaycanda siyasi islamın perspektivləri haqda müxtəlif versiyalar var. Sizin fikirləriniz necədir? Nəzərə alaq ki, 90-cı illərin siyasi ideyalar üçün aşırı sərbəstlik dövründə siyasi islam (və ya islami motivi əsas götürən siyasi ideologiya) ortaya ciddi iddia qoya bilmədi...
- Azərbaycan müsəlman ölkəsi olaraq qaldıqca islam daxili siyasi həyatın amillərindən biri kimi çıxış edəcək. Bu amilin məzmunu və forması isə müxtəlif ola bilər. Bu, həm daxili, həm də xarici faktorlardan asılı məsələdir. 90-cı illərdə islamın ciddi siyasi amilə зevrilə bilməməsinin müxtəlif səbəbləri var. Cəmiyyətdə islami biliklərin zəifliyi, siyasi islamı təmsil etmək iddiasında olanların cəmiyyətin ümumi inkişaf səviyyəsindən xeyli geridə qalması, ümumən cəmiyyətdə dünyəvi milliyyətзiliyin az qala 90 faizlik dəstəyə malik olması və sair... İndi bu faktorların çoxu yoxdur. Siyasi islamı təmsil iddiasında olanlar arasında hətta Oksford tələbələri var. Siyasi-dünyəvi milliyyətзilik hələ xeyli güclü olsa da, artıq qeydsiz-şərtsiz qəbul olunan ideologiya deyil, hətta romantik neokommunizm belə cavanlar arasında qismən populyarlaşmaqdadır. Ona görə də islamın bir siyasi amil kimi mövcud olacağı məndə heç bir şübhə doğurmur. Amma bu, radikal, silahlı və hətta saqqallı-cübbəli siyasi islam olmayacaq. Qalstukun əmmamə üzərində tam və qəti qələbə qazandığı Azərbaycan cəmiyyətində siyasi islam da məhz yerli cəmiyyətin modern vərdişlərinə uyğunlaşdırılmış şəkildə mövcud olacaq. Cümhuriyyət dövründə də beləydi - Şimali Qafqazda Şeyx Uzun əldə silah əmirlik elan edəndə Azərbaycan islamçıları Doktor Qarabəyovun rəhbərliyi altında parlament mübarizəsi aparırdılar.
- 21-ci əsrin Azərbaycan müsəlmanı haqda nə düşünürsüz? O necə idi, indi necədir və sizcə, necə olmalıdır?
- Formal fərqlər зoxdur. Misal ьзьn, dini nöqteyi-nəzərdən bugünkü ibadət əhli istər 100 il əvvəlin, istərsə də sovet dövrünün dindarından daha savadlıdır. Azərbaycan müsəlmanı son iki əsrdə rus işğalının, dünyəvi maarifзilik hərəkatının, 20-ci əsrin əvvəllərində sürətli modernləşmə dövrünün, Azərbaycan Xalq Cümhuriyyəti irsinin, ateist sovet dövlətinin və onun Mübariz Allahsızlar Cəmiyyətinin, qonşu İranda islam inqilabının, Azərbaycanın öz müstəqilliyini əldə etməsinin və bundan sonra dini dirзəliş dövrünün təsirlərinə məruz qalıb, çox təbəddьlatlardan keзib. Bьtьn bunlar mьsəlman həyatının hər sahəsində dərin iz buraxaraq ciddi fərqlərin yaranmasına gətirib çıxarıb.
Formal fərqlər bir yana, fikrimcə, əsas müqayisəni bir qədər qəribə səslənsə də, başqa istiqamətdə aparmaq lazımdır. Ceyhun bəy Hacıbəyli öz dövrünün, yəni rus inqilabına qədərki Azərbaycan müsəlmanı haqqında yazırdı ki, o namaz qılmaya, oruc tutmaya, digər dini ibadətləri yerinə yetirməyə bilər. Amma bu, əsla onun allahsızlığına dəlalət etmir və “allahsız” sцzьnь цzь ьзьn ən böyük təhqir hesab edir.
Bütün ibadətlərin bir məqsədi var - Allahın əmrlərini yada salmaq, onun buyurduğu əxlaqi dəyərlərə daimi sadiqliyi qoruyub saxlamaq. İbadət insanı insafsızlıqdan, vicdansızlıqdan, allahsızlıqdan qorumaq üçündür. Düzdür, Dostoyevski deyir ki, mənim vicdanlı olmaq üçün Allah ehtiyacım yoxdur... Amma islamda ibadətin məqsədi ilk əvvəldən böyük cihad olub, yəni əxlaqi nöqteyi-nəzərdən təkmilləşmə, hər gün hansısa pis xüsusiyyətdən imtina. Bu, dünən də, bu gün də, sabah da müsəlmanı müsəlman edəcək başlıca amillərdir. Bu baxımdan yanaşanda təzadlı bir situasiya yaranır. Mənə elə gəlir, dinin formal tərəfinin faktiki qadağa altında olduğu sovet Azərbaycanında islamın mənəvi-əxlaqi dəyərləri daha güclü idi. İndisə dinin formal tərəflərini yaşayanların sayı artsa da, sanki bu onun mənəvi-əxlaqi əsasları xeyli sarsılmış görünür. Bu təzad bu gün məni düşündürən əsas məsələlərdəndir.
Qurban Yaquboğlu

2209