Türkiyə Kürü Qara dənizə döndərir
Hüquqşünaslar hökumətin qərarının beynəlxalq problemə səbəb olacağını bildirirlər
Türkiyə Kür çayında suyun istiqamətini dəyişdirməyi planlaşdırır. Ankaranın Gürcüstanla sərhəddəki Ərdahan vilayəti yaxınlığında başladığı layihə yekunlaşandan sonra, Kür çayının Anadolu dağlarından toplanan suyunun böyük hissəsi Gürcüstan və Azərbaycandan keçməklə Xəzər dənizinə deyil, birbaşa Türkiyə ərazisindən Qara dənizə axıdılacaq.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, artıq belə bir planın olduğunu ətraf mühit və meşə naziri Veysil Əroğlu da təsdiqləyib: “Kürün suyu Türkiyənindir. Yönünü istədiyimiz istiqamətə çevirə bilərik. Artıq yeni su anbarının tikintisinə başlanıb və Kürün həmin anbara toplanan suyu Çoruh çayına buraxılacaq”. Nazir onu da vurğulayıb ki, bu istiqamətdəyişmədə Türkiyənin üç önəmli qazancı olacaq: “Əkin sahələrini suvarma imkanı əldə edəcək, enerji istehsal edəcək və daşqınların qarşısını alacaq”.
Türkiyə hökumətinin Kür çayının istiqamətini dəyişdirmək qərarı yerli hüquqşünaslar tərəfindən düzgün addım sayılmayıb. Ərdahanlı vəkil Müzəyyən Çiftçi bildirib ki, Kür çayı üç ölkənin ərazisindən keçir və suyu beynəlxalq əhəmiyyət daşıyır. Ona görə də hökumətin Kürün istiqamətini dəyişmə planı beynəlxalq səviyyədə dəstək qazanmayacaq və bir sıra problemlər yaradacaq. Digər tərəfdən, bu addımın ekoloji problem yaradacağını düşünən vəkil Ərdahanda fəaliyyət göstərən bəzi ekoloji təşkilatların hökumətin bu addımına qarşı məhkəməyə müraciət etmək niyyətində olduqlarını deyib.
Rəşad

358