Məcburi köçkünlər uşaq bağçalarından köçürüləcək
Misir Mərdanov: “Əsas məqsədlərdən biri bu təhsil müəssisələrin təmir edib uşaqların ixtiyarına verməkdir”
“Biz 5 yaşlı uşaqları məktəbə uşaq bağçalarında hazırlamağı nəzərdə tuturuq. Təəssüf ki, bu gün onların hamısını bağça təhsili ilə təmin etmək üçün şəraitimiz yoxdur”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, alternativ variant kimi 5 yaşlı uşaqlar üçün imkan olan məktəblərdə məktəbə hazırlıq qrupları yaradılıb. Bundan başqa, evdə valideynlərin məlumatlandırılması yolu ilə məktəbəqədər uşaqlar təhsilə cəlb olunur: “Bu üç istiqaməti müvəffəqiyyətlə həyata keçirə bilsək, 5 yaşlıların məktəbə hazırlığını qismən də olsa, təmin etmiş olarıq. Ancaq bunun üçün ən ciddi məsələ uşaq bağçalarının olmasıdır. Xüsusən rayon yerlərində bu sahədə vəziyyət ürəkaçan deyil. Açığını deyim ki, son hadisələr, yəni sel və daşqınlar da bizim bu sahədəki işimizə xeyli mənfi təsir göstərdi. Ancaq buna baxmayaraq, biz işimizi davam etdirəcəyik”.
Misir Mərdanov son bir neçə ildə Bakı şəhərində uşaq bağçalarına cəlb olunan uşaqların sayının 10 min nəfərə qədər artmasını sevindirici hal kimi dəyərləndirib. Nazir deyib ki, hazırda Bakı şəhərində bağçaların hamısı gücündən də artıq uşaq qəbul edir. Onun sözlərinə görə, indi nazirliyin qarşısında əsas məqsədlərdən biri yeni uşaq bağçalarının tikintisini genişləndirmək, uşaq bağçalarında məskunlaşan məcburi köçkünləri daha əlverişli yerlərə köçürmək və bu təhsil müəssisələrin təmir edib uşaqların ixtiyarına verməkdir: “Biz bu işləri həyata keçirə bilsək 5 yaşlıların məktəbə hazırlığı ilə bağlı ciddi irəliləyişlərə nail ola biləcəyik”.
Elxan SALAHOV

599