1
“Bir cinayət törədən şəxs cəza alır, ancaq cəmiyyəti, ən azı 1 nəfəri yoldan çıxaran aparıcı cəza almırsa, bu, düzgün deyil”
ABŞ-ın gücünü şərtləndirən əsas amillərdən biri də internetin ingilis dilində olmasıdır.
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə keçirilən “Elektron media: Dövlət tənzimlənməsi və ictimai nəzarət” elmi-nəzəri konfransında “Elektron mediaya ictimai nəzarətin zəruriliyi” mövzusunda məruzə ilə çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov söyləyib.
İsmayıl Ömərov teleməkana ictimai nəzarətin təşkilinin zəruri olduğunu vurğulayıb. O qeyd edib ki, biznes telekanalları ABŞ-da, ictimai telekanallar Avropada, dövlət telekanalları keçmiş sovet məkanında olub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru telekanallara ictimai nəzarətin təşkilinin zəruriliyini hələ televiziyanın yaradıldığı ilkin dövrlərdə İngiltərədə dərk edildiyini vurğulayıb. İsmayıl Ömərov bu səbəbdən də BBC-nin yaradılması ideyasının gündəmə gəldiyini vurğulayıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru deyib ki, telekanalları təsadüfi adamların əlinə vermək olmaz: “Çünki bu zaman biznes maraqları cəmiyyətin maraqlarından önə çıxır. Yaddan çıxarmaq olmaz ki, biznes maraqlarının nəticəsi olan təsadüfi verilişlərə tək biz yox, dünya da baxır. O verilişlər bizim haqda yanlış təəssürat formalaşdırır. Digər tərəfdən, bir cinayət törədən şəxs cəza alır, ancaq cəmiyyəti, ən azı 1 nəfəri belə yoldan çıxaran aparıcı cəza almırsa, bu, düzgün deyil. Ona görə də ictimai qınaq mexanizmi təsirli olmalıdır”.
İsmayıl Ömərov nəzərə çatdırıb ki, bu gün dünyada sosial məsuliyyətli televiziya anlayışı yayılıb: “Bu, çox önəmlidir. Məsələn, bizim İctimai Televiziyada həftə ərzində 500-550 insan problemlərini, fikirlərini dilə gətirir, çıxış edir. İrili-xırdalı sosial problemlərdən danışılır. Bəzən bir nazirlik hansısa məsələyə münasibət bildirir, sonra digər nazirlikdən bizə zəng vururlar ki, həmin nazirliyin dedikləri ilə razılaşmırlar, onlar da fikirlərini demək istəyirlər. Mən o nazirliklərin adını da çəkə bilərəm. Bu da artıq sosial məsuliyyətin bir nümunəsidir”.

481