“Bizim işimiz rahat deyil...” – REPORTAJ
Azərbaycan ictimai həyatının yeni mərhələsi olan Şuranın yaranmasından 2 il ötdü
Aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının 2 yaşı tamam olur. Bəs Şura ötən 2 ili necə başa vurub?
Lent.az-ın müxbiri Şuranın ofisində olub, təşkilatın və kollektivin bu tarixi necə qarşıladıqlarını müşahidə edib.
Şuranın mətbuat xidməti jurnalistlərdən narazı deyil
Şurada yubiley ab-havası yox, adi, bir az da gərgin iş rejiminin şahidi olduq. Şuranın mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı ilə də elə iş otağında, iş başında danışdıq. Səfər Alışarlı dedi ki, tək mətbuat xidmətinin rəhbəri kimi yox, ümumiyyətlə, ictimai sektorla işləmək üçün müəyyən bir təcrübə lazımdır. Birdən-birə bu işi başlayıb, böyük uğurlar qazanmaq çətindir. Səfər Alışarlı ictimai işdə hələ gənclik yaşlarında, komsomolda olan zaman çalışmağa başlayıb. 2000-ci ildən isə Milli QHT Forumunda işləməyə başlayıb, hazırda Şuranın sədri olan Azay Quliyevlə də Milli QHT Forumunda birgə çalışıb. QHT sektorunun işinə və problemlərinə yaxından bələd olub, Forumun da maliyyə imkanları məhdud olub. Ancaq Forum 500 QHT-ni bir araya gətirib və əlaqələndirici qurum kimi səmərəli fəaliyyət göstərib: “Şura da çalışır ki, QHT-lərə əlindən gələn köməyi etsin və ictimai sektorun inkişafına, vətəndaş cəmiyyətinin formalaşmasına töhfə versin”.
Şuranın az əvvəl ofisini dəyişməsinə toxunan Səfər Alışarlı bildirdi ki, köhnə ofisdə də, hazırkı ofisdə də işləri çoxdur: “Sadəcə, öncəki ofisdə iş görmək imkanlarımız məhdud idi. Bu ofisdə isə, Allaha şükür, elə məhdudiyyət yoxdur”.
Bəs jurnalistlər Səfər Alışarlını incidirlərmi?
Səfər Alışarlı jurnalistlərdən narazı deyil: “Mən jurnalistika ilə kifayət qədər məşğul olmuşam. Hər bir jurnalistin zənginə böyük həssaslıqla yanaşır, istəyini yerinə yetirməyə çalışıram. Onlar da sağ olsunlar, verdiyimiz məlumatları dəqiq və operativ işıqlandırırlar”.
“Ayrı-sekçkiliyə yol vermədik”
Şuranın sədri Azay Quliyevlə də görüşdük. Azay Quliyev ötən 2 ilin kifayət qədər intensiv, maraqlı və hadisələrlə dolu keçdiyini söylədi: “İlk dəfə ölkədə yaradılmış milli donor institutu necə olmalıdır, necə işləməlidir, hansı kriteriyaya cavab verməlidir? 2 il böyük müddət olmasa da, biz müəyyən ənənənin başlanğıcını qoya bilmişik”. Onun sözlərinə görə, ötən 2 ildə həm ölkə ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət görüb ki, Azərbaycan dövləti çox səmimi şəkildə vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır və bu səmimiyyəti sözdə, bəyanatda deyil, əməldə nümayiş etdirməyi bacarır. 2 ildə bir çox şübhələr aradan qalxıb. Şura yaranmamışdan əvvəl belə bir fikir olub ki, Şuranın yaradılmasında əsas məqsəd yalnız hökumətyönlü təşkilatları dəstəkləmək, QHT-lərin daxili işlərinə qarışmaq, müxalif və müstəqil fikirli QHT-ləri kənarlaşdırmaq, hardasa bir monopoliya yaratmaq, qeyri-aşkar bir sistem qurmaqdan ibarətdir. Azay Quliyev məmnundur ki, ötən 2 ildə bu fikirləri alt-üst edə biliblər. Şura öz fəaliyyətində ayrı-seçkiliyə yol verməyib, QHT-lərin dünyagörüşündən, siyasi baxışlarından asılı olmayaraq yalnız onun ideyalarına, təşəbbüslərinə diqqəti cəlb edib, hansı əhəmiyyətli ictimai problemlərin qaldırılmasına, həll olunmasına önəm verib. Digər tərəfdən, Şura bu işləri çox şəffaf və aşkar şəkildə edib. Çoxlu haqlı-haqsız tənqidlərə, qərəzlərə, böhtanlara və şantajlara baxmayaraq, Şura ötən 2 ildə qəbul etdiyi dəyərləri qorumağa çalışıb. Hətta Şuranı həddən artıq demokratik və şəffaf olmaqda suçlayanlar da olub, deyilib ki, başqa donorlar bunu etmir, niyə siz bütün prosesləri açıq həyata keçirirsiniz, bu qədər apelyasiya imkanları yaradırsınız, layihələrin adlarını, mövzuları, hətta məbləğləri verirsiniz. Donorlar var ki, hətta təşkilatların keçməyən layihələri haqqında məlumat verməyi də özünə rəva bilmir: “Amma biz QHT-lərə kömək edir, layihələrin keçməməsinin səbəbini izah edirik. Hətta bu məsələlərin apelyasiya şəklində müzakirəsinə şərait yaradırıq. Çünki burada bizim məqsədimiz sözün əsl mənasında QHT-lərə kömək etməkdir. Əsas məqsədimiz QHT-lərə sadəcə maddi yardım göstərməkdən ibarət deyil. Əsas məqsədimiz bütövlükdə vətəndaş cəmiyyətinin, QHT sektorunun davamlılığını təmin etmək, QHT-ləri ölkənin ümummilli problemlərinin həllinə cəlb etməkdir. Ona görə də ötən 2 ildə tək QHT-lərə maddi yardım etməklə işimizi məhdudlaşdırmadıq, QHT-lərin digər sahələrdəki ehtiyaclarını qarşıladıq. Məsələn, QHT-lərin layihələndirmə bacarığının artırılması, şəffaf şəkildə fəaliyyətinin qurulması, QHT menecerliyi, üzləşdikləri problemlərin həlli, QHT - hökumət münasibətlərinin daha yaxşı formada tənzimlənməsi, bütövlükdə onların bilik və bacarığının artırılması ilə bağlı çoxlu təlim və tədbirlərimiz olub”.
“Xalqımızın başına gətirilən soyqırımların dünya ictimaiyyətinə çatdırılması işinə QHT-lər dəstək verməyə başlayıblar”
Şura sədri ötən 2 ildə QHT-lər haqqında maksimum məlumatlar verməyə çalışdıqlarını söyləyib. Bu məqsədlə “Vətəndaş Cəmiyyəti” jurnalı nəşr edilir, QHT-lərin elektron portalı (qht.xeber.az) fəaliyyət göstərir. İctimai Televiziya ayda bir dəfə QHT-lərlə bağlı ayrıca veriliş hazırlayır. Şura ölkə KİV-ləri ilə sıx əməkdaşlıq edir, QHT-lərin fəaliyyətini işıqlandıran jurnalistlərin mükafatlandırılmasını həyata keçirir. Şura bu il QHT mövzusunda yazan jurnalistlər üçün müsabiqə də təşkil edib və qaliblər üçün kifayət qədər böyük həcmdə mükafat fondu müəyyənləşdirilib. Əsas məqsəd odur ki, QHT-lər haqqında cəmiyyətə doğru-dürüst məlumat çatdırılsın. QHT-lərin formalaşmasında dövlət çox maraqlıdır.
Ötən dövr ərzində Şuranın QHT-lərə metodiki tövsiyələri də çox önəmli olub. Məsələn, qanunvericiliyə əsasən, hər il aprelin 1-ə qədər QHT-lər Maliyyə Nazirliyinə hesabat verməlidirlər. 4 ay ərzində Şura 789 QHT-yə metodiki tövsiyə verib, layihələrin hesabatının hazırlanması ilə bağlı üzərinə düşən missiyanı yerinə yetirib. Təkcə paytaxtda deyil, bütün regionlarda bu məsələ həllini tapıb.
Azay Quliyev QHT-lərin beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması istiqamətində də çoxlu təşəbbüslərinin olduğunu nəzərə çatdırdı. Şuranın maliyyə dəstəyi ilə onlarla QHT xaricdəki tərəfdaşları ilə əlaqələr qurmağa nail olub. Azay Quliyev üçün əsas qürurverici məqam odur ki, Şura yaranandan sonra Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ problemi ilə bağlı mövcud vəziyyəti bir daha təhlil edərək həqiqətləri, ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən soyqırımların, cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yeni bir imkan açılıb. Artıq indiyə qədər Azərbaycan Respublikası prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva tərəfindən bu istiqamətdə həyata keçirilən çox böyük bir işə QHT-lər başqa bir cəbhədən qoşulub və bu işə dəstək verməyə başlayıblar. Bu vaxta qədər heç bir donor Qarabağ müharibəsi şəhid ailələri və veteranlarının problemlərinin həllinə diqqət göstərməyib, onlara heç bir vəsait ayırmayıb: “Fürsətdən istifadə edərək cənab prezidentə təşəkkür edirəm. Prezidentin imzaladığı QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasında Dağlıq Qarabağ, ərazi bütövlüyü, qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətləri prioritet sayılıb. Prezident QHT-lərə bu dəstəyi verməklə, bu sektorda cəmləşən çox böyük intellektual potensialı və enerjini hərəkətə gətirməyi bacardı. Bu, çox önəmlidir.
Beynəlxalq təşkilatlarla birgə qrant layihələri
Şura bu iki ildə çalışıb ki, cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən QHT-lərlə yaxşı dialoq qursun. Azay Quliyevin sözlərinə görə, prezident də Şuranı yaradan zaman qarşıya məqsəd qoyub ki, QHT-hökumət münasibətləri yeni bir müstəviyə qədəm qoysun. QHT hökumətə, hökumət də QHT-yə həmişə tərəfdaş kimi baxsın. Şura yaranandan sonra bütün dövlət qurumlarında QHT-lərə münasibət tamamilə dəyişib. Artıq dövlət qurumları QHT-lərin fəaliyyətinə artıq yaşıl işıq yandırır, daha yaxşı şərait yaradır. Şura yaranandan sonra sosial məsuliyyət və sosial tərəfdaşlıqda da yeni yanaşma ortaya çıxıb: “Buna qədər biz təşəbbüs göstərirdik ki, qoy bir tərəfdən dövlət qurumu, bir tərəfdən beynəlxalq təşkilatlar, bir tərəfdən də QHT sektoru vətəndaş cəmiyyətinin inkişafına yardım etsinlər. Son 2 ildə Şura bu 3 tərəfli əməkdaşlıq formulunun tətbiqinə başlayıb. Şura BMT İnkişaf Proqram, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Açıq Cəmiyyət İnstitutu –Yardım Fondu (Soros Fondu), Dünya Bankı və digər beynəlxalq təşkilatlarla birgə qrant layihələri həyata keçirdi. Düzdür, burada vəsaitlər çox deyil, amma önəmli olan odur ki, artıq bu proses başlayıb”.
Şura BP və “Azərcell”dən cavab gözləyir, dövlət qurumlarından xoş xəbər var
Azay Quliyev özəl sektorun vətəndaş cəmiyyətinin inkişafına cəlb olunmasına da toxundu. Şura sədri vurğuladı ki, böyük şirkətləri QHT-lərin layihələrini maliyyələşdirməyə cəlb etmək çox çətindir. Ancaq Şura artıq bu prosesə başlayıb. Məsələn, “Qaradağ-Sement” ASC xarici investisiyanın iştirak etdiyi böyük şirkətdir, Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən böyük şirkətdir, artıq “Qaradağ-Sement” və Şura birgə layihələrə başlayıb. Şura bu işi “Azərfon”la da davam etdirəcək, yaxın zamanlarda birgə layihə olacaq: Amma bu məsələdə bir çox çətinliklərlə qarşılaşırıq. Təəssüflər olsun ki, biz hələ müraciət etdiyimiz digər təşkilatlardan müsbət cavab ala bilməmişik. Məsələn, bu gün çox istərdik BP, “Azərcell”, “Azersun” kimi iri şirkətlər də Şuranın təşəbbüsünə qoşularaq QHT-lərlə yaxından əməkdaşlıq etsin və vətəndaş cəmiyyəti institutlarının ictimai əhəmiyyətli layihələrini dəstəkləsinlər. Məncə bu addım bütün cəmiyyətin, o cümlədən biznes sektorunun maraqlarına tam cavab verərdi. Ümid edirik ki, gələcəkdə həmin təşkilatlar və digərləri də bu prosesə qoşulacaqlar”.
Şura dövlət qurumlarını da bu işə təşviq edir. Azay Quliyev artıq ARDNŞ-ə müraciət etdiklərini nəzərə çatdırdı. Bu müraciətdə əsas qayəsi odur ki, Azərbaycan Respublikası Prezidenti 2010-cu ili Ekologiya İli elan edib: “Bizə verilən məlumata görə ARDNŞ Şuranın bu təşəbbüsünü dəstəkləyib və yaxın zamanlarda texniki məsələlərin müzakirəsi baçlanacaq. Əməkdaşlıq etdiyimiz digər dövlət qurumu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Artıq biz dünən protokol imzaladıq, birgə qrant müsabiqəsinə başlayacağıq. Yəqin ki, gələn həftə biz bunu elan edəcəyik. İnformasiya texnologiyaları sahəsində, virtual mühitdə QHT-lərə əlavə bir dəstək veriləcək. Çətin də olsa yavaş-yavaş tərəfdaşlarımızı inandırır, onları vətəndaşlar tərəfindən irəli sürülən ideya və təşəbbüsləri dəstəkləməyə təşviq edirik”.
“Şuradan hamı umur, dəstək istəyir... ”
Bəs Şura sədrinin iş rejimi nə dərəcədə gərgin, yaxud rahatdır?
Azay Quliyev dedi ki, QHT sektoru çox dinamik, çevik və eyni zamanda çox mürəkkəb bir sektordur: “Bizim işimiz rahat deyil, kifayət qədər gərgindir. QHT Şurasından hamı umur, dəstək istəyir. Bu dəstəyi almağa haqqı olan da, olmayan da, yaxud dəstək verilməsi üçün üzərinə düşən işi keyfiyyətlə görən də görməyəndə, hamı umur. Biz çalışırıq ki, ilk növbədə maksimum dərəcədə insanların gözləntilərini doğruldaq. Digər tərəfdən. Çalışırıq ki, effektiv layihələrə dəstək verək və bu layihələr müsbət mənada dəyişikliklərə gətirib çıxarsın, problemlərin həllinə yardımçı olsun. Düzdür, obyektiv çətinliyimiz var ki, vəsaitimiz çox azdır və bu səbəbdən iri həcmli layihələrə vəsait ayıra bilmirik. Ümid edirəm ki, gələcəkdə bu vəsait kifayət qədər artacaq”.
Azay Quliyev qeyd etdi ki, hazırda QHT-lərin illik ehtiyacı 20-30 milyon manat arasında dəyişir. Bu ehtiyacın yalnız 2 milyon manatını Şura təmin edə bilir. Az vəsaitlə böyük QHT ordusunun ehtiyaclarını qarşılamaq da asan məsələ deyil: “Bəzən bizdən narazılıqlar olur. Bəzi təşkilatlar əsassız olaraq hesab edirlər ki, ən yaxşı layihə elə onlarınkıdır, o layihəyə mütləq dəstək verilməlidir. Biz bəzən vaxtımızın böyük bir hissəsini bu cür məsələlərin həllinə sərf etməli oluruq. Bütün bunlara baxmayaraq hesab edirəm ki, nə qədər ağır olsa da, səhhətimiz hesabına başa gəlsə də, hər bir şəxsi qəbul edib dinləməyi, onlarla ünsiyyət qurmağı, onları razı salmağı bacarmalıyıq. Bu baxımdan işimiz çox ağırdır. Həm də biz elə etməliyik ki, cəmiyyətin bütün təbəqələri Şuranın fəaliyyətindən faydalana bilsinlər”.
“Biz hələ də təkmilləşmə dövrü yaşayırıq”
Azay Quliyev son 2 ildə Şuraya 1000-dən çox təşkilatın müraciət etdiyini, 500-dən çox layihənin dəstəkləndiyini, QHT-lərə 5 milyon 200 min manatdan çox vəsait verildiyini xatırlatdı: “Əvvəllər, bu, bizim üçün böyük arzu və istək idi ki, dövlət QHT-lərə dəstək versin. İndi çox şükürlər olsun ki, dövlət bunu edir. Gələcəkdə bu istiqamətdə fəaliyyətimiz daha da genişlənəcək. Əsas məsələ dövlətin, cənab prezidentin siyasi iradəsinin ortada olmasıdır. 10-15 il əvvəl dövlətin siyasəti təzə-təzə formalaşırdı, bəzən hökumət QHT-ləri özünə opponent, müxalif, QHT-lər hökuməti özləri üçün “arzuolunmaz” qurum hesab edirdilər və hökumətlə əməkdaşlığı özlərinə yaraşdırmırdılar. Hesab edirdilər ki, hökumətlə əməkdaşlıq onların malik olduğu bütün azadlığı və müstəqilliyi məhv edəcək. Amma son illərin təcrübəsi göstərdi ki, bütün dünyada olduğu kimi Azərbaycanda da vətəndaş cəmiyyətinin inkişafı əsasən hökumət və QHT sektorunun sıx əməkdaşlığından çox asılıdır. Əməkdaşlıqsız, dialoqsuz heç bir nəticə əldə etmək mümkün deyil”.
Bəs Azay Quliyev 2 il əvvəl Şurada formalaşdırdığı idarəetmə aparatından, katiblikdən nə dərəcədə razıdır? Bu aparatı formalaşdırmaq nə qədər çətin, nə qədər asan olub, ümidləri doğruldubmu?
Şura sədri bu katibliyi formalaşdırmağın bir qədər asan, eyni zamanda çətin olduğunu dilə gətirdi: “Baxmayaraq ki, biz hələ də təkmilləşmə dövrü yaşayırıq. Mən hələ də katibliyin işini tam qənaətbəxş hesab etmirəm. Çünki mövcud tələblərə tam şəkildə cavab verməliyik. İşi elə səviyyədə qurmalıyıq ki, sistemli bir iş olsun. İdarə edənin, rəhbərin ən böyük üstünlüyü odur ki, idarəetmədə konkret mexanizmlər formalaşdırsın, iş birliyi yaratsın. Sistem oturuşsa, artıq o sistemi idarə etmək asan olacaq. Yox, pərakəndəlik olsa, hansı qabiliyyətli, bacarıqlı şəxsi gətirməkdən asılı olmayaraq bu iş nəticə verməyəcək. Mənim üçün o baxımdan asan oldu ki, uzun müddətdir ki, QHT sektorunda çalışıram və 10 il QHT Forumunun rəhbəri olmuşam. Buna görə də QHT-lərin bilik və bacarığı ilə yaxından tanış olmaq imkanım olub. Bu baxımdan əvvəllər birgə işlədiyim və QHT işində formalaşmış bir neçə şəxsin (Fərasət Qurbanov, Tofiq Həsənov, Səfər Alışarlı və s.) Katibliyin işinə cəlb olunmağı ümumi işin xeyrinə oldu. Ədalət naminə deməliyəm ki, iş zamanı hələ də onlara bu və ya digər iradlarım olmasına baxmayaraq, onlar üzərilərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilirlər. Bütövlükdə mən katibliyin əməkdaşlarının işindən razıyam. Onlar o qədər yüksək əməkhaqqı almadan fədakarlıq nümayiş etdirir, üzərilərinə düşən işi yüksək səviyyədə yerinə yetirməyə çalışırlar.
İkincisi, kollektivdə sağlam, doğma mühitin formalaşdırılması gərəkdir. Hər bir şəxs işə gəlməyə tələsməlidir. Tək ona görə yox ki, saat 9-da onların tabelə imza atmalarını tələb edirik. Həm də ona görə ki, onlar öz işlərindən mənəvi zövq alsınlar”.
Azay Quliyev bunu Şuranın üzvlərinə də aid edir. Şuranın 11 üzvü var, onların 8-i QHT-ləri, 3-ü dövlət qurumunu təmsil edir. Bu 2 ildə Şura vahid komanda prinsipi ilə işləyib: “Daxildə bizim ən müxtəlif fikir ayrılığımız, mübahisələrimiz oldu. Amma mən çox məmnunam ki, bunlar daxildə qaldı. Yəni ümumi komanda, ümumi məsuliyyəti üzərinə götürmək hissi Şurada əsas olub. Fürsətdən istifadə edib, Şuranın bütün üzvlərinə və katibliyin əməkdaşlarına bu 2 ildə əllərindən gələni əsirgəmədiklərinə və Şuranın bir qurum olaraq formalaşmasında yaxından iştirak etdiklərinə görə minnətdaram”.
Şura sədri iş şəraiti ilə bağlı sualımızı da cavablandırdı. Azay Quliyev iş şəraitinin əvvəlki ofislə müqayisədə çox yaxşı olduğunu bildirdi: “Genişlikdir, hətta şəhərin mərkəzindəyik. Bura gəlib-getmək də çox asandır. Ən vacibi burada əməkdaşlarımız üçün gözəl bir şərait yaradılıb. Onlar da bu atmosferdən maksimum faydalanmağa çalışırlar”.
“Gərgin iş rejiminə alışmışıq”
Şuranın katibliyinin icraçı direktoru Fərasət Qurbanovun qəbuluna düşmək üçün bir xeyli gözləməli olduq, işlə məşğul idi. Bizimlə görüşdə o, bu gün qurumda bayram ab-havasından çox gərgin iş rejiminin hökm sürməsini təbii saydı. Onun sözlərinə görə, yeni yaranmış qurumda heyətin formalaşdırılması, peşəkar xidmətin təşkili, dövlət vəsaitinin səmərəli istifadəsinə nəzarət, layihələrin keyfiyyətinin artırılması, QHT-lərin təlimatlandırılması, maarifləndirilməsi, onlara metodik, konsultativ dəstəyin verilməsi çox vacibdir. Şura da müvafiq olaraq katibliyə hər il xüsusi tapşırıqlar verir, xüsusi layihələrin işlənməsini həvalə edir. Katiblik də Şuranın qərarlarından irəli gələn məsələləri həll etməyə çalışır.
Fərasət Qurbanov qeyd etdi ki, Şuranın yeni yarandığı, heyətin formalaşdığı, ilk maliyyə yardımı müsabiqənin keçirildiyi dövrdə də belə gərgin iş rejimində çalışıb: “2 illik yubiley də maliyyə yardımı müsabiqəsinin nəticələrinin elan olunması ərəfəsinə təsadüf edir. Bu ərəfədə Şuranın ofisinə çoxsaylı QHT-lərin gəlişini müşahidə edirik. QHT-lər müqavilə imzalayır, Şuraya təqdim etdiyi layihə təklifinin fəaliyyət planını təkmilləşdirirlər. Nəzərdə tutulan fəaliyyətə monitorinqi təmin etmək üçün monitorinq cədvəlləri hazırlanır. Eyni zamanda hər bir layihə ilə fərdi qaydada katibliyin əməkdaşları tanış olur, layihənin bütün xüsusiyyətlərini öyrənir və il boyu layihələrin həyata keçməsinə nəzarəti təmin etmək üçün monitorinq planlarını hazırlayırlar. Ona görə də Şuranın katibliyində belə bir gərgin iş rejiminin müşahidə olunması ənənəvi haldır, biz buna alışmışıq. Mən buna gərginlik yox, sadəcə, işgüzar əhval-ruhiyyə deyərdim. Bu, bizim üçün çox xoşdur. Bizim də arzu etdiyimiz odur ki, xidmət çox olsun. Xidmət çox olduqca bura bir “qaynar qazan”a dönür . İstərdik ki, “qazanımız” həmişə belə “qaynar” olsun”.
Fərasət Qurbanov bildirdi ki, Şura Konsepsiyadan irəli gələrək ənənəvi olaraq 15 istiqamət üzrə QHT-lərin layihələrini dəstəkləyir. Bu, 15 cür fəaliyyət növünün təklif olunması deməkdir: “Hər bir yanaşmada QHT-lərin özlərinə məxsus baxışları var. Amma cəmiyyətimizi uğurlu nəticə maraqlandırır. Bizim də işimiz ondan ibarətdir ki, fərqli münasibətləri, fərqli istiqamətləri uğurlu nəticəyə yönəldək. Bunun üçün QHT-lərə metodik tövsiyələr verilir. Hazırda metodik tövsiyələrin hazırlanması üzərində iş yekunlaşır. Yaxın zamanlarda Şura bunu çap edəcək. Katiblik tərəfindən 19 müxtəlif istiqamətdə QHT-lər üçün metodik vəsaitlər hazırlanır”.
İcraçı katib dedi ki, 2007-ci ilə qədər QHT üçün davamlı dəstəyin olmaması bir qədər QHT-lərdə peşəkarlığın aşağı düşməsinə səbəb olub: “Bunun aradan qaldırılması üçün hər il QHT-lər üçün müxtəlif mövzularda tədbirlər təşkil edirik. Tədbirlərdə bütün QHT-ləri əhatə etmək mümkün olmur. Ona görə də tədbirlər mütəmadi olaraq hər il keçirilir ki, əksər QHT-ləri əhatə etmək mümkün olsun. Bizə təqdim edilən QHT-lərin hesabatlarında qüsurla rastlaşanda düşünürük ki, QHT hesabatı yaxşı təqdim etməyin yolunu bilsəydi, təqdim edərdi. Görünür ki, bu sahədə dəstəyə və təlimata ehtiyacı var. Biz həmin dəstəyi göstəririk. Həmçinin katibliyin əməkdaşlarının apardıqları monitorinqlər zamanı da çoxsaylı qüsurların şahidi oluruq. Bütün bunlar da yoluna qoyulur. Beləliklə, biz maliyyə yardımı göstərməklə bərabər yaxşı QHT ofisi formalaşdırırıq. Beləliklə, Konsepsiyadan irəli gələn vəzifələri yerinə yetirməyə çalışırıq”.
Sonda icraçı katib iş şəraitinə də toxunmağı zəruri saydı: Şuranın ofisi əvvəlcə “Caspian Plaza”da yerləşirdi. Hazırda yeni ofisimiz Fikrət Əmirov 1 ünvanında yerləşir. Ofisimiz əvvəlkinə nisbətən xeyli genişdir, yaxşı iş görmək üçün hər cür imkan var. Əlbəttə, ofisimiz bundan bir qədər böyük olsa, daha yaxşı olardı. Mühasibatla proqram xidmətini ayrı-ayrı otaqlarda yerləşdirə bilsəydik, daha yaxşı olardı. Buna baxmayaraq, şəraitimiz əvvəlkinə nisbətən çox yaxşıdır. QHT-lərin qəbulu, onlarla birgə tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Hər halda bu gün bizə təqdim olunan imkandan razıyıq. Mövcud imkandan səmərəli istifadə etməyə çalışırıq...”.
Reportajımız Şuranın iş rejiminin 1 saatını əhatə etdi.
Ramiz Mikayıloğlu

684