Uşaq ölümü azalmır
Azərbaycanda uşaq ölümü göstəriciləri Ermənistandan və Gürcüstandakından daha yüksəkdir
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Minilliyin İnkişaf Məqsədlərinə nail olunması sual doğuran və bu inkişafın qeyri-mümkün olan ölkələr siyahısındadır. Hazırda Azərbaycan 5 yaş və 1 yaşınadək uşaq ölümü göstəricilərinə görə Ermənistandan və Gürcüstandan pis vəziyyətdədir.
Lent.az-ın məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev “Ana və uşaq sağlamlığı sahəsində mövcud durum və problemlər” mövzusunda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2000-ci ildə Azərbaycanda 44, 2003-cü ildə 28 ana ölümü qeydə alınıb. 2007-ci ilədək ana ölümü tədricən artmağa başlayıb. Son iki ildə isə bu rəqəmlərdə bir qədər azalma müşahidə olunur.
Uşaq ölümü ilə bağlı vəziyyətə toxunan Azər Mehtiyev deyib ki, 2000-ci ildə hər 1000 diri doğulan uşaqlar arasında ölüm halları 16,4 olubsa, 2009-cu ildə bu göstərici 11,4-ə düşüb. Onun sözlərinə görə, səhiyyə sahəsində müəyyən tədbirlər həyata keçirilsə də, bu, ana və uşaq ölümü hallarının azalmasına ciddi təsir göstərmir.
Maraqlıdır ki, UNİSEF də ana və uşaq ölümü ilə bağlı hesabatlar hazırlayır və bu hesabatlardakı rəqəmlərlə Azərbaycan hökumətinin rəsmi göstəriciləri arasında ciddi fərqlər var. Azər Mehtiyev bu fərqlərin nədən yaranması səbəblərini belə izah edib: “Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsi hesab edirlər ki, onlar bu göstəriciləri real faktlar əsasında hesablayırlar. UNİCEF isə öz tədqiqatlarında daha çox ev təsərrüfatlarının müayinəsinə söykənir. 2007-ci ildə UNİCEF hər 100 diri doğulan uşaqlar arasında ölüm hallarının 34 olduğunu göstərir, rəsmi məlumat isə 12-dir. Lakin əsas məsələlərdən biri diri doğulma meyarının müəyyən olunması ilə bağlıdır. Bizdə diri doğulma meyarı kimi hamiləliyin 27-28-ci həftəliyində doğuş və çəkisi 2 kiloqrama yaxın olan uşaq hesab olunur. UNİCEF-in tələblərində isə 22 həftədə doğulmuş və 500 qram çəkisi olan uşaq diri doğulma sayılır. Azərbaycan qismən diri doğulma meyarlarına keçsə də, tam keçid hələ bu il başa çatmalıdır. Bu halda 2015-ci ildə qarşıya qoyulan hədəflərə çatmaq xeyli dərəcədə çətin olacaq”.
Elxan SALAHOV

702