QHT-lərə Dövlət Dəstəyi Şurası: ehtiyacdan doğan addım - SORĞU
Şuranın yaradılmasının 2 ili tamam olur
Aprelin 16-da Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının yaradılmasından 2 ili tamam olur. Bəs ötən dövrdə Şura özünü nə dərəcədə doğrulda bilib?
Lent.az bu yöndə dövlət qurumları, media təmsilçiləri və siyasətçilərin fikirlərini öyrənib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirdi ki, Azərbaycanda QHT sektorunun dəstəklənməsi üçün belə bir qurumun yaradılmasına ehtiyac vardı: “Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu ehtiyacı nəzərə alaraq, bununla bağlı müvafiq sərəncam verdi. Ötən dövr ərzində Şuranın fəaliyyətini də yüksək qiymətləndiririk. Azay Quliyevin rəhbərlik etdiyi bu qurum vətəndaş cəmiyyətinin inkişafı prosesinə töhfə verir, QHT-lərin müxtəlif istiqamətlər və sahələr üzrə təşəbbüslərini dəstəkləyir”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyir ki, nazirlik Şuranın fəaliyyətini çox yüksək qiymətləndirir. Onun sözlərinə görə, Şuranın QHT-lərlə, gənclərlə əlaqələri çox yüksək səviyyədə qurulub: “2 il ərzində Şura böyük nüfuz və inam qazanıb. Bu da nazirliyimiz tərəfdən çox yüksək qiymətləndirilir”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qeyd etdi ki, hansısa strukturun başında peşəkar dayananda həmin sahənin inkişafının şahidi oluruq. Baş redaktor xatırlatdı ki, Azay Quliyev uzun müddət QHT sektorunda çalışıb, Milli QHT Forumuna rəhbərlik edib və vətəndaş cəmiyyəti quruculuğu prosesindəki problemləri yaxşı bilən bir millət vəkili, ziyalıdır. O, Şuranın ötən dövr ərzindəki işini normal sayır: “Şuranın milli məsələlərə, Qarabağ problemi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması işinə, gənclərin hüquqi maarifləndirilməsi istiqamətlərinə diqqət ayırması müsbət haldır. Hər bir işdə nöqsanlar da yox deyil. Mən elə o fikirdə də deyiləm ki, qurumun fəaliyyəti idealdır. Amma çalışırlar, beynəlxalq əlaqələr qurur, bu barədə KİV-ləri müntəzəm məlumatlandırırlar. Onların fəaliyyətində şəffaflıq var. Mən Şuranı 2 yaşı münasibəti ilə təbrik edirəm. Hesab edirəm ki, vətəndaş cəmiyyəti quruculuğu prosesinə Şuranın töhfələrini gələcəkdə yenə görəcəyik”.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Şura yaranana qədər də Azərbaycanda yüzlərlə QHT fəaliyyət göstərdiyini və müxtəlif xarici donorlardan qrant alındığını söylədi: “Ancaq Şura yaranandan sonra artıq QHT sahəsində müəyyən bir sistemləşmə başa çatdı. Dövlətin QHT-lərə münasibətində bir sistemlilik yarandı. Gəliri olmayan QHT-lərin layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi mühüm hadisədir. Şura müxtəlif istiqamətlər üzrə QHT-lərin layihələrini maliyyələşdirir. O cümlədən Azərbaycanda fəaliyyət göstərən böyük şirkətləri QHT-lərin layihələrinə qrant ayrılması prosesinə də cəlb etməyə başlayıb və bu da təqdirəlayiq haldır. Digər tərəfdən, Şura beynəlxalq səviyyədə və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri ilə də əlaqələr qurub. Az müddətdə fəaliyyət göstərən Şura uğurlu start götürüb”.
Əflatun Amaşov əmindir ki, bundan sonra Şura cəmiyyətdə mövcud olan problemlərin QHT-lər vasitəsilə həlli, eyni zamanda QHT-lərin özlərinin problemlərinin aradan qaldırılması yönündə daha böyük işlər görəcək.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadəyə görə, cəmiyyətimizin belə bir quruma ehtiyacı var idi. Çünki QHT sektoru yaranırdı və bu QHT-lər ölkə daxilində sahibkarlıq dairələrindən, eyni zamanda xaricdən maliyyələşirdilər: “Ancaq dövlətin də QHT-lərə dəstək verməsinə ehtiyac vardı. Hesab edirəm ki, ötən 2 ildə bu qurumun mövcudluğu özünü doğrultdu. Bu gün ən böyük qrant verən, sosial layihələri maliyyələşdirən dövlət strukturu oldu. Beləliklə, qrant sahəsində bir sistem yaradıla bildi. Şəxslər və təşkilatlar ilk növbədə cəmiyyət naminə, cəmiyyətin diqqətdən kənarda qalan problemlərinin həlli istiqamətində təşəbbüslərlə çıxış etməyə başladılar. İkincisi, ciddi təklifə və konkret fəaliyyətə qiymət verilməyə başlanıldı”.
Aydın Mirzəzadə hesab edir ki, Şura çox demokratik şəkildə respublikada tanınan və nüfuzlu şəxslərdən formalaşdırılıb: “Azay Quliyev yaxşı təşkilatçı, yaxşı nəzəriyyəçi və yaxşı praktik kimi cəmiyyətdə tanınır. Onun da rəhbərliyi ilə bu Şura ötən müddət ərzində onun üzərinə qoyulan məsuliyyəti kifayət qədər doğrulda bildi. Mən onları ürəkdən təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram. Hesab edirəm ki, dövlətimiz qüdrətləndikcə Şuraya ayrılan vəsait də günü-gündən artacaq”.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də hesab edir ki, dövlətin QHT-lərə dəstəyi yönündə Şuranın fəaliyyəti genişlənir: “Şuranın fəaliyyəti nəticəsində QHT-lər bir neçə istiqamət üzrə müvafiq dəstək alır və layihələr həyata keçirir. Ümidvaram ki, ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün belə bir Şuranın fəaliyyətinə zərurət var”.
Ramiz Mikayıloğlu

504