Etimad Əsədov: “Tənqid edin, ancaq ədalət hissini itirməyin”
“Qarabağ qaziləri, veteranları və şəhid ailələri ilə bağlı layihələri lağ obyektivinə çevirmək vicdansızlıqdır!”
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti maliyyə yardımı müsabiqəsinin nəticələri ilə bağlı “Qarabağ qaziləri” İctimai Birliyinin (QQİB) sədri Etimad Əsədovun açıqlaması yayılıb. Lent.az-ın məlumatına görə, E.Əsədov açıqlamada Şuranın növbəti maliyyə yardımı müsabiqəsinin nəticələrinin və bəzi layihələrin ədalətsiz şəkildə tənqid olunmasından təəssüfləndiyini, bir çox layihələrin isə lağa qoyulmasından narahat olduğunu deyib.
O, uzun illər QHT sektorunda çalışan bir insan kimi Şuranın ünvanına səslənən ittihamların əsaslandırılmamış və məntiqdən uzaq olduğunu qeyd edib: “Üç ildir, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir. Biz bu Şuranın yaranmasında da yaxından iştirak etmişik. Bu üç ildə Şuranın keçirdiyi müsabiqələrdə iştirak etmişik və təqdim etdiyimiz layihələrimizlə qalib gəlmişik. Adətən, bir çox qurumlar tərəfindən özümüzə qarşı həmişə bir ədalətsizlik hiss etmişik. Amma Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bizə fərqli bir münasibət sərgilədi. Layihələrimizə, müraciətlərimizə diqqət göstərdilər. Bu il “Qarabağ əlilləri üçün xeyir-şər çadır kompleksinin (mağarın) təşkil olunması” layihəmiz qalib gəlib. Yazıqlar olsun ki, bu layihə də kimlərinsə yuxusuna haram qatdı. Hamı üçün aydınlıq olsun deyə layihənin ideya və məqsədi barədə danışmaq istəyirəm. Təşkilatımızın müxtəlif vaxtlarda apardığı araşdırmalar zamanı bəlli oldu ki, bu gün Bakıda əsasən kommersiya məqsəd ilə yaradılan xeyir-şər çadırlarının (kompleks halda) bir günlük kirayə qiyməti 300 manatdan başlayaraq üzü yuxarı qalxır. Yas mərasimləri ən azı üç gün olur və orta aylıq pensiyası 140 manat olan Qarabağ əlilləri üçün bu məbləği ödəmək problem yaradır. Yaxınlarını, əzizlərini itirən Qarabağ əlilləri üçün ağır gündə onlar daha çətin vəziyyətə düşürlər. Bu da sağlamlıqlarını vətən torpaqlarının müdafiəsi zamanı itirmiş insanlar üçün əlavə bir problemə çevrilib. Bu layihə ilə biz bu problemin qismən həllinə nail olacağıq.”
E.Əsədovun layihənin mahiyyətini anlamayanların bu kimi humanist işlərə lağ etmələrinin düzgün olmadığını deyib: “Görünür, onların bu problemlərdən xəbəri yoxdur. Xəbərləri olsaydı, torpaqlarımızın müdafiəsi zamanı sağlamlıqlarını itirmiş insanların problemlərini həllini azacıq da olsa kömək edəcək layihələrə bu şəkildə yanaşmazdılar. Ümumiyyətlə Qarabağ qaziləri, veteranları və şəhid ailələri ilə bağlı layihələri lağ obyektivinə çevirmək vicdansızlıqdır! Tənqidin var elə, daha bu həqarət nəyə gərəkdir?”.
QQİB-nin sədri qazilərin həmişə azad və demokratik mətbuatın yanında olduqlarını, bundan sonra da bu prinsiplərinə sadiq qalacaqlarını vurğulayır. Eyni zamanda o, mətbuat nümayəndələrinə də müraciət edib: “Əziz media mənsubları, bəri başdan qeyd edirik ki, biz hər hansı bir təşkilatın vəkili deyilik. Amma yaranmasında və fəaliyyətində iştirak etdiyimiz qurumun belə haqsız şəkildə tənqid edilməsini və bu zaman bizim də adımızın hallanmasını kənardan sakitcə müşahidə edə bilməzdik. Biz demirik ki, tənqid etməyin. Tənqid edin, ancaq bu zaman ədalət hissini itirməyin. Görülən bütün işlərin üstündən qara çəkmək olmaz. Təəssüflər olsun ki, bəzən elə tənqid etmək xətrinə də yazılar qələmə alınır, ittihamlar irəli sürülür. Bir çoxları heç qrant layihəsinin nə olduğunu anlamır, təşkilatların istiqamətinə, layihələrin məqsəd və vəzifələrinin fərqinə varmırlar. Axı ötən illərin təcrübəsi göstərdi ki, Şura tərəfindən cəmiyyətimiz və dövlətimiz üçün vacib olan xeyli layihələr maliyyələşib. Zaman-zaman ermənilər tərəfindən işğal olunan, dədə-baba torpaqlarımız Dağlıq Qarabağ, Zəngəzur, Göyçə, İrəvan haqqında, kimsəsiz və qayğıya olan uşaqların sosial müdafiəsi istiqamətində, Qaçqın və məcburi köçkünlərlə bağlı maraqlı və vacib layihələr həyata keçirilib. Ola bilsin ki, bəzi layihələrin adı bir çox insanlarımızda ikrah hissi yaradır. Onda zəhmət olmasa, o layihələrin özü ilə maraqlanın. Məqsəd və vəzifələrinə nəzər salın. İnanıram ki, fikriniz dəyişəcək. Bunun üçün Şuranın hazırladığı hesabatlar baxmaq yetər.”
E.Əsədov Şura yaranan qədər beynəlxalq qurumların, donorların, səfirliklərin və digər qurumların Ermənistanın Azərbaycan torpaqlarını işğalından zərərçəkən insanlara yönəlik layihələr kənarda qaldığını faktlarla qeyd edib: “Azərbaycanda, guya, demokratiya, insan haqları və digər dəyərlər uğurunda çalışdıqlarını bəyan edən bəzi “beynəlxalq donorlar”, “beynəlxalq qurumlar” bizlərin haqqı tapdananda səslərini də çıxarmadılar. Halbuki, bu qurumlar separatçılıqla, terrorla məşğul olan, ölkəmizin ərazi bütövlüyünə təcavüz edən şəxslərin qızğın müdafiəçiləri olublar. Dəfələrlə bu “qurumların” elan etdikləri müsabiqələrdə iştirak etmişik. Heç vaxt bizim layihələrimizə maliyyə vəsaiti ayırmayıblar. Əvvəllər elə bilirdik ki, haradasa layihələrin hazırlanmasında səhvlərə yol veririk, amma araşdırmamız zamanı onlar bizə açıq şəkildə dedilər ki, “Sizin təşkilat Qarabağ probleminin həllində müharibə tərəfdarıdır. Ona görə də sizə vəsait ayıra bilmərik”. Növbəti dəfə başqa bir təşkilatın adından layihə təqdim etdik. Bu dəfə isə dedilər ki, “Sizlərin adı gələndə cəmiyyətin yadına Qarabağ düşür. Bu isə bizim prinsipimizə ziddir”. Yəni bunların məqsədi Qarabağı unutdurmaq imiş. Təsəvvür edirsinizmi, bunu bizim üzümüzə deyirlər. Üç ildir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb və bu qurum imkan daxilində mövcud boşluğu doldurur, Azərbaycanın milli maraqlarına xidmət edən, sosial qayğıya ehtiyacı olan təbəqələrin problemlərinin həlini nəzərdə tutan vacib layihələri maliyyələşdirir. Biz bu işin davam etdirilməsini tərəfdarıyıq”.

609