Naxçıvanın ilkin metal emalı mərkəzlərindən biri olduğu sübut edildi
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şərur arxeoloji ekspedisiyası bu abidələrdən birində - Şərur rayonu ərazisində yerləşən Birinci Maxta abidəsində tədqiqatlar aparır.
Lent.az-ın Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ekspedisiyanın rəhbəri, tarix elmləri namizədi Səfər Aşurov bildirib ki, bu il arxeoloji qazıntıların əhatə dairəsi genişləndirilmiş və ümumi tədqiq olunan sahənin həcmi 300 kvadratmetrə çatdırılıb.
Qazıntı sahəsində dairəvi və düzbucaqlı tikililərin, ocağın qalıqları və təsərrüfat tikililərinin qalıqları aşkar edilib. Tədqiqat sahəsindən düzbucaqlı tikililərin aşkar olunması diqqəti xüsusilə cəlb edir. Çünki son zamanlaradək elmi ictimaiyyətdə belə bir fikir formalaşmışdı ki, düzbucaqlı tikililər eneolit, dairəvi tikililər isə ilk tunc dövrünə aiddir. Birinci Maxta abidəsində aparılan tədqiqatlar isə təsdiq edib ki, ilk tunc dövrünün başlanğıc mərhələsində dairəvi ilə yanaşı, düzbucaqlı tikililərdən də istifadə olunub.
Tədqiqatlar zamanı Birinci Maxtadan müxtəlif çeşidli keramika məmulatları, toxuculuq alətləri, gil qadın və heyvan fiqurları aşkar edilib. Ən mühümü isə metal istehsalı ilə bağlı olan daş qəlibin tapılmasıdır. Kür-Araz mədəniyyəti abidələrindən indiyədək belə bir qəlib əldə edilməyib. Qəlibin üzərində üç ədəd balta və iki ədəd digər alətin tökülməsi üçün forma qazılıb. Qəlibin daşdan hazırlanması onun tarixi qiymətini daha da artırır. Gil qəliblərdən fərqli olaraq daş qəlibin daşınması mümkün deyil. Bu isə Naxçıvan ərazisinin ilkin metal emalı mərkəzlərindən olduğunu bir daha təsdiq edir.
Birinci Maxta abidəsində aparılan tədqiqatlar onu da sübut edir ki, Kür-Araz mədəniyyəti özündən əvvəlki eneolit mədəniyyəti zəminində yaranıb və sonrakı mərhələdə məhz Naxçıvan ərazisindən geniş bir areala yayılıb.

1124