Sosial yardımların verilməsi gələn ilə qaldı
Elnur Kələntərli: “Yanvarın ortalarında 3-4 ayda yığılıb qalmış vəsaitlərin hamısı hər kəsin hesabına köçürüləcək”
Azərbaycanda kasıb ailələr üçün nəzərdə tutulmuş ünvanlı sosial yardımların ödənilməsi yaxın günlərdə mümkün olmayacaq. Buna səbəb yardım alanlar haqqında məlumat bazasının serverin genişləndirilməsi prosesinin başa çatmamasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli Lent.az-a bildirib ki, hazırda qurumun mütəxəssisləri serverdəki problemin aradan qaldırılması ilə məşğuldur. Onun sözlərinə görə, texniki problem ən geci yanvarın ilk ongünlüyünədək aradan qaldırılacaq. Yanvarın 15-dən sonra isə bütün bölgələrdə ünvanlı sosial yardımların verilməsi bərpa olunacaq.
Ödənişlərin ləngiməsinin texniki problemlərlə deyil, büdcədə ünvanlı sosial yardım üçün ayrılan vəsaitin xərclənib qurtarması əlaqələndirilməsinə gəlincə, nazirlik rəsmisi bunu təkzib edir. Elnur Kələntərlinin sözlərinə görə, hazırda sosial yardımların ödənməsi üçün lazım olan qədər maliyyə vəsaiti var. Lakin məlumat bazası dağıldığından həmin vəsaitlərin sahiblərinə çatdırılması mümkün deyil.
O ki, qaldı sosial yardımların verilməsinin nə vaxtdan dayandırılmasına, nazirlik rəsmisi bu problemin müxtəlif rayonlarda müxtəlif vaxtlarda ortaya çıxdığını söyləyib. Onun sözlərinə görə, ölkə üzrə bütövlükdə götürsək, sosial yardımların verilməsi sentyabrın ortalarında dayanıb: “Amma yanvarın ortalarında 3-4 ayda yığılıb qalmış vəsaitlərin hamısı hər kəsin hesabına köçürüləcək”.
Elxan SALAHOV

Oxşar yazılar

"Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir" - Ekspertdən ŞOK AÇIQLAMA
9 iyul 2025 , 16:55
Xiyar iki dəfə daha uzun müddət təzə qalacaq: çox sadə həyat hiyləsi
9 iyul 2025 , 16:11
Avropada istilər səbəbindən 2300-dən çox insan ölüb
9 iyul 2025 , 15:42
"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
9 iyul 2025 , 14:40
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ
9 iyul 2025 , 14:00
Qadınlara bu hədiyyələri vermək olmaz - Bədbəxtlik gətirir
9 iyul 2025 , 12:17
Sabah 38 dərəcə isti olacaq - hava PROQNOZU
9 iyul 2025 , 12:03