Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı ilə bağlı fətva
Qafqaz Müsəlmanları İdarəsi Qurban Bayramı münasibəti ilə fətva verib. İdarənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata deyilir ki, Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və eləcə də bütün müsəlmanları təbrik edir, belə bir əziz gündə Allah-Təaladan hamıya mərhəmət və məgfirət diləyir. Bu müqəddəs ayda Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti üçün dualar edir, Uca Allahdan hamınıza əmin-amanlıq və xeyir-bərəkət arzulayırıq.
Şəriət qanunlarına görə, qurban kəsmək əsasən, Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında çox bəyənilmiş əməllərdən hesab olunur, amma vacib deyil. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.
Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalıdır. Bundan əlavə, beş-altı adamın cəmləşib bir heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilmişdir. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-digərinə halallıq versinlər. Onlara yetişən pay üç hissə olsa yaxşıdır: bir hissə özünün, bir hissə fəqir və kasıb ailələrin, bir hissəsi də hədiyyə kimi qonşu və qohum əqrəbalara paylanır. Bir qayda olaraq İsmayıl qurbanını kəsərkən heyvanı üzü qibləyə uzatmalı, qoyundursa, qıçının birini azad saxlamalı, iribuynuzlu heyvandırsa dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən, yaxşı olar ki, Qurbankəsmə duası oxunsun, heç olmasa, “Bismillahi və billahi vəllahu əkbər” deyərək kəsilsin. Müstəhəbdir ki, kəsilməmişdən əvvəl heyvana su verilsin.
Dövlətimiz rəsmi olaraq, Azərbaycanda iki gün - 25-26 oktyabr tarixlərini Qurban bayramı elan edib. 25 oktyabr bayram axşamı, 26 oktyabr isə bayram günüdür. Bayram namazı 26 oktyabrda Əjdərbəy və Təzəpir məscidlərində saat 9-da qılınacaq. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günündə kəsilən qurbanlıqları baytarlıq qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz.
Jalə

Oxşar yazılar

Xarkov və Dnepr dronlarının kütləvi hücumuna məruz qaldı
30 aprel 2025 , 02:02
İyunun 17-nə qədər uğur qazanacaq 4 BÜRC
30 aprel 2025 , 00:02
İlon Maskın 5000 uşaq atası olması ilə bağlı gizli planı
29 aprel 2025 , 19:06
Aprelin sonunda böyük qazanc əldə edəcək BÜRCLƏR: Siz də onların arasındasınız?
29 aprel 2025 , 18:38
İbtidai siniflər üçün yaz tətili bu tarixdən başlayır
29 aprel 2025 , 18:15
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
29 aprel 2025 , 17:42
Bakıda bu küçə bağlanır, marşrutun istiqaməti dəyişir - YENİLƏNİB
29 aprel 2025 , 17:32