Açıq Hökumət Tərəfdaşlığı Forumunun Əsasnaməsi qəbul edilib - FOTO
Bu gün Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına yardım Fondunun ofisində Açıq Hökumət Tərəfdaşlığı Forumunun toplantısı keçirilib. Lent.az-ın məlumatına görə, toplantıda Açıq Hökumət Tərəfdaşlığı Forumunun yaradılması barədə Memoranduma qoşulan 30 QHT-dən 22 təşkilatın nümayəndələri qatılıblar. Toplantıda Forumun Əsasnaməsi müzakirə olunub. 2 saatdan çox davam edən müzakirələr nəticəsində irəli sürülən təkliflərlə bağlı səsvermə keçirilib. Səsvermədə iştirak edən 21 QHT nümayəndəsindən 13-ü “lehinə” olmaqla Forumun Əsasnaməsi qəbul olunub.
Əsasnaməyə görə, Forumun ali idarəetmə orqanı Forumun bütün üzvlərinin təmsil olunduğu Koordinasiya Şurasıdır. Şura öz fəaliyyətini iclaslar və komitələrdə iş formasında həyata keçirir. Forumun Əsasnaməsində qeyd olunur ki, Açıq Hökumət Tərəfdaşlığı Forumu “Açıq Hökumət" Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinə hərtərəfli dəstək vermək, bu təşəbbüsün tətbiqinə ictimai nəzarəti təşkil etmək məqsədilə yaradılan qeyri-hökumət təşkilatlarının birliyidir. Forum şəffaflıq, qərəzsizlik, peşəkarlıq və əməkdaşlığa açıqlıq prinsipi əsasında fəaliyyət göstərir. Forumun fəaliyyət predmetinə, informasiya əldə etmək, fiskal şəffaflıq, məmurların gəlir bəyannamələri, ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək və bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək, Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət planında ictimai iştirakçılıq və Fəaliyyət planının həyata keçirilməsinin monitorinqini aparmaq daxildir. Həmçinin, “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edilməsi də Forumun fəaliyyət sferasına daxildir.
Toplantıya "Konstitusiya” Araşdırmalar Fondu, Şəffaflıq Azərbaycan, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı, Korrupsiyaya Qarşı Mübarizə Fondu, Avrasiya Hüquqşünaslar Assosiasiyası, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Tacirlər və İstehsalçılar Birliyi, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına yardım Fondu, Effektiv Təşəbbüslər Mərkəzi, «Hüquq və İnkişaf» ictimai birliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “Demokratiyanı Öyrənmə” İctimai Birliyi, “Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi, “Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi, Media və Mülki Cəmiyyət İctimai Birliyi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, "Ümid” Beynəlxalq Mədəni Əməkdaşlıq Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi İnnovasiyalar Mərkəzi, Azad İqtisadiyyata Yardım İctimai Birliyi, Azərbaycan Hüquqi İslahatlar Mərkəzinin nümayəndələri qatılıblar.
Qeyd edək ki, 2011-ci ilin sentyabr ayında Azərbaycan Beynəlxalq "Açıq Hökumət" Tərəfdaşlığı Təşəbbüsünə qoşulub. Açıq Hökumət Tərəfdaşlığı şəffaflığın artırılması, vətəndaşların iştirakının gücləndirilməsi, korrupsiya ilə mübarizə və daha yaxşı idarəçilik üçün yeni texnologiyalardan istifadə üzrə hökumətin konkret öhdəliklərinə zəmanət verən çoxtərəfli təşəbbüsdür. Tərəfdaşlığa artıq 60-dan çox ölkə o cümlədən Türkiyə, Ukrayna, Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova, İspaniya, İsveç və digər ölkələr qoşulub. Dövlət başçısının sərəncamı ilə artıq Açıq hökumətin təşviqi üzrə Azərbaycan Respublikasının Milli Fəaliyyət Planı (2012 – 2014-cü illər) təsdiqlənib.

1313