Xaçmazda  SİLAHLI İNSİDENT:  qohumunu güllələyib öldürdü - YENİLƏNİB
20 oktyabr 2025 10:25 (UTC +04:00)

Xaçmazda SİLAHLI İNSİDENT: qohumunu güllələyib öldürdü - YENİLƏNİB

0

Xaçmazda qohumunu güllələyən kişinin kimliyi açıqlanıb. 

Lent.az xəbər verir ki, ötən gün saat 19 radələrində Xaçmaz şəhərinin ərazisində Köhnə Xaçmaz kənd sakini 1988-ci il təvəllüdlü Rafiq Sadıq oğlu Həbibov münaqişə zəminində ov tüfəngi ilə atəş açaraq qohumu, əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Emin Nəcmulla oğlu Cəlilovu öldürüb. 

R.Həbibov polis tərəfindən tutulub. 

Hadisə yerindən qanunsuz saxladığı 1 ədəd “İJ” markalı 7616 N-li ov tüfəngi götürülüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

***

saat 20:22

Xaçmaz şəhərində güllələnmə hadisəsi baş verib.

Lent.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Emin Nəcmulla oğlu Cəlilov odlu silahla vurularaq hadisə yerində dünyasını dəyişib.

İlkin məlumata əsasən, E. Cəlilov qohumu tərəfindən tüfənglə vurulub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1080

Oxşar yazılar